Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pustoy adası
Pustoy adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasından 700 metr qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında kiçik adalar vardır: Kolosov adaları 9 km cənubda, Zabor 6,4 km cənubda və Blizkiy adası 4,5 km cənub-şərqdə yerləşir. Şimal-qərbdən cənub-şərqə 1,3 km uzunluğa, 800 metr enə malikdir. Hündülüyü böyük deyil. Ada alcaqboylu otlarla örtülü olur.
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Volfqanq Puşniq
Volfqanq Puşniq ing. Wolfgang Puschnig (21 may 1956, Klaqenfurt) — avstriyalı caz musiqiçisi (Saksofon, Fleyta, klarnet) və bəstəkardır. Vyana Konservatoriyasında saksafon və fleyta üzrə təhsil aldıqdan sonra Puşniq 1970-ci illərin ortalarında Vyana İncəsənət Orkestrinin qurucu üzvlərindən biri olmuşdur. Burada 1989-cu ilə qədər çalışmışdır. Eyni zamanda bu müddət ərzində o, müxtəlif musiqi qruplarında üzv olmuşdur. 1991-ci ildə caz musiqiçiləri ilə birlikdə çalışmağa başlamışdır. ( JazzFest Berlin 2006, Musikfest Waidhofen / Thaya 2007). Bundan əlavə, o, dəfələrlə Koreyanın SamulNori adlı zərb alətləri ansamblı ilə birgə çıxış edib. Puşniq həmçinin Vyana Musiqi və İfa Sənəti Universitetinin professorudur. 1998: Hans Koller mükafatı "İlin caz musiqiçisi" 2003: Karintiya Mükafatı 2004: Klagenfurt Universitetinin fəxri doktoru adını alan ilk musiqiçi 2016: Karintiya Zabit Xaç Ordeni 2022: Karintiya mədəniyyət Mükafatı (alm.
Belqard-Pusyo
Belqard-Pusyö (fr. Bellegarde-Poussieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38037. Kommunanın 1999-cu il üçün əhalisi 851 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 65 km qərbdə yerləşir.
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. == Şəxsiyyətləri == Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Puşino-na-Nare
Puşino-na-Nare — Rusiyada, Moskva vilayətinin Serpuxov şəhərində yerləşən malikanə, memarlıq abidəsi. Bu malikanənin tarixi XVIII əsrin sonu XIX əsrə aiddir. Oktyabr inqilabından sonra burada lazaret yerləşib. 13 oktyabr 1975-ci ildən memarlıq abidəsi kimi qeydiyyatdadır. Son zamanlaradək qəza vəziyyətində olub. 2014-cü ilin martında bərpa üçün özəl investor olan "ASG" şirkətinə verilib. Müqaviləyə əsasən, bərpa işləri başa çatdıqda investor obyekti güzəştli şərtlərlə (1 kv. m üçün 1 rubl) 49 il müddətinə icarəyə götürə bilər.