Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakinski raboçi
"Bakinski raboçi" (rus. Бакинский рабочий) — Azərbaycanda rus dilində çıxan rəsmi dövlət qəzeti. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. Qəzetin təsisçisi Azərbaycan Respublikası Prezident Aparatının İşlər İdarəsidir. RSDFP Bakı təşkilatının orqanı olaraq 1906-cı ilin may ayında qeyri-leqal şəkildə çıxan "Bakinski raboçi" 1908-ci il senyabrln 6-dan "neft sənayəsi fəhlələrinin" həftəlik qəzeti kimi leqal çıxmış, bir qədər sonra "zərərli istiqamətlərinə" görə çar hökuməti tərəfindən bağlanmışdır. 1917–1918-ci illərdə RSDF(b)P Bakı Komitəsinin orqanı kimi çıxmışdır. Aprel çevrilişindən sonra 1920-ci il iyulun 15-də "Azerbaydjanskaya bednota" adı ilə çıxmışdır; 1920-ci il noyabrın 7-dən "Bakinski raboçi" adı ilə nəşr edilir. Sovet dövründə AKP Bakı Komitəsinin, AKP Mərkəzi Komitəsinin, Azərbaycan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı olmuşdur. == Yarandığı tarix == "Bakinski raboçi" 1906-cı ilin may ayından bəri çap olunan ictimai-siyasi qəzetdir. Qəzet fasilələrlə 1906, 1908, 1917–1918-ci illərdə rus dilində nəşr olunmuşdur.
Bakinski raboçi (gəmi)
"Bakinski raboçi" (azərb-kiril. Бакински рабочи; əvvəlki adı "Ukrayna", azərb-kiril. Украјна) — Qırmızıbayraqlı Xəzər Donanmasının kanoner qayığı. 1907-ci ildə Baltik donanmasına daxil olmuş, 1918-ci ildə Baltik donanmasının buz səfərində iştirak etmişdir. 1919-cu ilin sentyabrında Vladimir Leninin gəstərişi ilə Həştərxana, 1920-ci ilin iyulunda isə Bakıya gəlmişdir. Gəmi sentyabrda XI Qızıl Ordunun 28-ci atıcı diviziyası ilə birlikdə Lənkəran qəzasında üsyançıların məğlub edilməsində iştirak etmişdir. 1921-ci ildə "Bakinski raboçi" adlandırılmışdır. "Bakinski raboçi" 1941–1944 illərdə Xəzərdə müxtəlif hərbi tapşırıqları yerinə yetirir, hərbi sursat, xalq təsərrüfatı malları və s. daşıyırdı.
Bakinski raboçi (qəzet)
"Bakinski raboçi" (rus. Бакинский рабочий) — Azərbaycanda rus dilində çıxan rəsmi dövlət qəzeti. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. Qəzetin təsisçisi Azərbaycan Respublikası Prezident Aparatının İşlər İdarəsidir. RSDFP Bakı təşkilatının orqanı olaraq 1906-cı ilin may ayında qeyri-leqal şəkildə çıxan "Bakinski raboçi" 1908-ci il senyabrln 6-dan "neft sənayəsi fəhlələrinin" həftəlik qəzeti kimi leqal çıxmış, bir qədər sonra "zərərli istiqamətlərinə" görə çar hökuməti tərəfindən bağlanmışdır. 1917–1918-ci illərdə RSDF(b)P Bakı Komitəsinin orqanı kimi çıxmışdır. Aprel çevrilişindən sonra 1920-ci il iyulun 15-də "Azerbaydjanskaya bednota" adı ilə çıxmışdır; 1920-ci il noyabrın 7-dən "Bakinski raboçi" adı ilə nəşr edilir. Sovet dövründə AKP Bakı Komitəsinin, AKP Mərkəzi Komitəsinin, Azərbaycan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı olmuşdur. == Yarandığı tarix == "Bakinski raboçi" 1906-cı ilin may ayından bəri çap olunan ictimai-siyasi qəzetdir. Qəzet fasilələrlə 1906, 1908, 1917–1918-ci illərdə rus dilində nəşr olunmuşdur.
II Ferens Rakoçi
II Ferens Rakoçi-(mac. II Ferenc Rákóczi; 27 mart 1676 və ya 27 fevral 1676 – 8 aprel 1735, Təkirdağ) 1703–1711 Macar istiqlaliyyət hərəkatının rəhbəri, Transilvaniya şahzadəsi == Həyatı == Ferens Rakoçi 1676-cı ildə Transilvaniyada dünyaya gəlmişdir. I Ferens Rakoçi və İlona Zirininin 3 uşağından sonuncusudur. Atası hələ o uşaq ikən vəfat etdiyi üçün anası uşaqlarını tək başına yetişdirmişdir. Daha sonra İlona ikinci dəfə İmre Tököli ilə ailə həyatı qurur. Ögey ata Rakoçinin təhsilinə laqeyd yanaşır. Bütün diqqətini siyasət sahəsinə yönəldən Tököli 1683-cü ildə türklər Vyana şəhərini tuta bilmədikdə Yuxarı Macarıstan kralı olmaq aruzlarının puç olacağını başa düşür və Rakoçini Konstantinapola xoş niyyətinin simgəsi olaraq göndərmək istəyir. Lakin anası bu addıma qarşı çıxır. 1688-ci ildə I Leopold onu öz himayəsinə götürür və anası ilə birlikdə Vyana şəhərinə köçür. 1694-cü ildə Sarolta Amaliya ilə ailə həyatı qurur və Rakoçi qalasına yerləşir.