Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazprom
Qazprom (rus. Газпром) — Rusiyanın ən böyük və dünyada ən çox neft-qaz çıxaran şirkət. == Haqqında == 2011-ci ildə 513 milyard ABŞ dolları dəyərində qaz ixrac edən şirkət həmin il 44,6 milyard $ dollar gəlir əldə etmişdir. Avropa bazarında payı 27 %-dir. Bu payla 150 m3 təbii qaz satmışdır. Şirkətin başçısının qənaətinə görə 2017-ci ildə şirkətin dəyəri 1 trilyon ABŞ dollarına çatacaqdır. Şirkət "Şalke 04" və "Zenit" klublarının baş sponsorudur. Şirkətin kompressor stansiyalarının, qaz-mədən idarələrinin, qaz emalı zavodlarının obyektlərində texniki xidmət, əsaslı təmir, yenidənqurma, istismara vermə, texniki xidmət, mühəndis dəstəyi və istismarı üzrə kompleks işlərlə məşğul olan "Qazprom centrenergogaz" ASC-nin törəmə müəssisəsi var.
Razoom
Qazprom Arena
Qazprom Arena (rus. Газпром Арена) və ya Krestovski stadionu (rus. стадион «Крестовский») – Krestovski adasının qərbində, Sankt-Peterburqda yerləşən futbol stadionudur. Adından da bəlli olduğu kimi Zenit ev oyunlarını bu stadionda keçirir. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku üçün tikilib başa çatdırıldı.. Stadionun başa çatdırılma vaxtı dəfələrlə gecikdirilmişdir. Belə ki, stadionun 2007-ci ildə təməli qoyulanda tikintisinin 2008-ci ilin dekabrında başa çatdırılacağı planlaşdırılmışdı., Sonralar isə 2011-ci ildə tikilişinin başa çatdırılacağı düşünülsə də müxtəlif səbəblərdən stadionun tikintisi 2017-ci ilə qədər gecikdirildi. Stadion 67000 tamaşaçı tutumuna malikdir. 1,1 milyard dollara tikilən Yeni Zenit Stadionu tarixə ən baha başa gələn stadionlar içinə adını yazdırdı. == Ümumi baxış == Stadionun arxitektural layihəsi barədə müsabiqədə qalib Kisyo Kurokavanın "The Spaceship" layihəsi oldu.
Ludoqorets Razqrad PFK
İlk dəfə 2010-11 sezonunda Bolqarıstanın ən üst liqası olan A Grupa'ya çıxmıştır. Ardıcıl beş sezonda çempion olmuş, həmçinin 2011-12 ve 2013-14 sezonlarında Bolqarıstan Kubokunu ve Bolqarıstan Super Kubokunu qazanmaqla tarixi nailiyyət əldə etmişdir. 2015-16 sezonunda Júnior Caiçara'nın Schalke 04 klubuna satışından əldə edilen €4.500.000 klub tarixində alınan ən yüksək transfer gəliri, həmin sezon São Paulo'dan alınan Jonathan Cafu üçün ödənilən €2.200.000 isə ən yüksək transfer xərci olaraq qeydiyyata alınmışdır. == Uğurları == A PFL: Çempion (5): 2011-12, 2012-13, 2013-14, 2014-15, 2015-16 Bolqarıstan Kuboku: Çempion (3): 2012, 2014, 2023 Bolqarıstan Super Kuboku: Çempion (2): 2012, 2014 B PFL: Çempion (1): 2010-11 == Avropada uğurları == Bolqarıstan təmsilçiləri arasında, bir sezonda Avropa kuboklarında ən çox oyun keçirən (16), qəbələ qazanan (9), səfərdə qələbə qazanan (5) klubdur. Həmçinin qrupda məğlub olmadan qrub birincisi olan ilk bolqar klubudur(2013-14 UEFA Avroliqa B Qrupu). Ən iri hesablı qalibiyyətini 2014-15 Çempionlar Liqasının İkinci Turunun ilk oyununda F91 Dudelanjla oyunda (4-0) əldə etmiş, ən iri hesablı məğlubiyyətə isə 2016-17 Çempionlar Liqasının A Qrupunda Arsenal səfərində uğramışdır (6-0). Avrokuboklarda ən çox qol vuran oyunçusu 8 qolla Roman Bezjak, ən çox oyun keçirən isə Svetoslav Dyakov, Cosmin Moti, Marcelinhodurlar (43 oyun). 16 avqust 2017 tarixində yenilənib *2013-14 ve 2016-17 sezonlarında Çempionlar Liqasında məğlub olaraq yoluna UEFA Avropa Liqasında davam etmişdir.