Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazuka
Bazuka(bazooka) İkinci dünya müharibəsi dövründə istifadə olunan və Amerika Birləşmiş Ştatları istehsalı olan bir antitank daşına bilən silahıdır. İstifadə olunduğu dövrlərdə ABŞ ordusunun piyada qüvvələri tərəfindən istifadə olunan əsas antitank silahı olmuşdur. Bu silah yüksək partlayıcılı antitank (High Explosive Anti-tank /HEAT) döyüş başlığına malik ilk antitank silahlarından biridir. Alman silahlı qüvvələri də bu silahın dizaynına uyğun dərhal silah istehsal etmişdirlər. Bu silah 88 mm-lik Raketenpanzerbüchse silahıdır.
Canluka Bezzina
Canluka Bezzina (9 noyabr 1989) — 9 noyabr 1989-cu ildə anadan olan Maltalı həkim-müğənni. Canluka Bezzina 2013 Avroviziya Mahnı Müsabiqəsində Maltanı "Tomorrow" mahnısı ilə təmsil edib və bu kiçik ada ölkəsinə 8-ci yeri qazandırıb.
Canluka Mankuso
Canluka Mankuso (3 fevral 1998-ci ildə Buenos-Ayresdə anadan olub) — Argentina Primyera Diviziyası təmsilçilərindən olan Velez Sarsfild klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Argentinalı futbolçudur. == Klub karyerası == === Velez Sarsfild === Mankuso Velez Sarsfild akademiyası vasitəsilə inkişaf etmişdir. Mankuso öz peşəkar karyerasında debütünü 26 may 2017-ci ildə Leandro Nikeforo klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Velez Sarsfild liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib1Libertadores Kuboku görüşləri daxildir. 2Argentina Superkuboku görüşləri daxildir.
Canluka Palyuka
Canluka Palyuka (it. Gianluca Pagliuca;18 dekabr 1966, Boloniya) — italiyalı qapıçı və məşqçidir. == Bioqrafiyası == O, bəlkə də, 90-cı illərdə İtaliyanın ən yaxşı qapıçısı idi və bu müddətdə "Sampdoriya" (1987-94) və "İnter"in (1994-99) şərəfini qoruyub. Palyuka 1990-cı il ev mundialında "Skuadra Azzura"nın heyətində olmasına baxmayaraq, onun yığmadakı debüt oyunu 1991-ci ildə, İsveçdəki turnedə baş tutub. Ümumilikdə, Canluka millidə 39 matç keçirib və 27 qol buraxıb. 1999-cu ildə qolkiper "İnter"i "Bolonya"ya dəyişməklə kiçik vətəninə qayıdıb. == 2006/07-ci illər mövsümü == Ötən mövsümün başlanğıcından əvvəl qapıçı yenidən "A" Seriyasında çıxış etmək üçün "Askoli" ilə anlaşdı. Əvvəlcə hər şey yaxşı gedirdi. Palyuka 23 oyunda start fitindən final fitinə qədər meydanda oldu. Sonuncu görüş fevralın 18-nə təsadüf edir.
Canluka Rokki
Canluka Rokki – 25 avqust 1973-cü ildə İtaliyanın Florensiya şəhərində doğulmuş FİFA hakimi. 2000-ci ildə İtaliyanın sayca üçüncü liqası olan Seria C-də 38 oyuna təyinat alıb. 2010-cu ildə, Seriya A və Seriya B oyunlarını idarə edib. 2008-09 mövsümündə UEFA Kubokuna, 2010-11 futbol mövsümündən etibarən isə UEFA Çempionlar Liqası oyunlarına təyinat alır. Avro 2012-nin seçmə mərhələsində 3 oyun idarə etdikdən sonra 2012-ci ildə Yay Olimpiya Oyunlarına dəvət aldı. 2018-ci ildə FİFA Dünya Kuboku-nun final mərhələsində oyunlara təyinat alıb.
Canluka Vialli
Canluka Vialli (it. Gianluca Vialli ; 9 iyul 1964, Kremona, Lombardiya – 6 yanvar 2023, London) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Çempionlar Liqası, UEFA Kuboku və Kuboklar Kubokunu qazanan 8 oyunçudan biri və üç fərqli klubla qazanan yeganə oyunçu. == Oyunçu karyerası == Viallinin futbolçu karyerası "Kremonese" klubunda başlayıb. 1983/1984 mövsümündə 10 qol vurduqdan sonra "Sampdoriya" komandasına dəvət edilir. Vialli burada A seriyasını (1990/91), 3 İtaliya kubokunu (1985, 1988, 1989) və UEFA kuboklar kubokunu (1990-cı ildə) qazanır. "Sampdoriya"dakı çıxışları zamanı Vialli dəfələrlə İtaliya milli komandasına çağrılır, 1986 Dünya Kubokunda, 1990 Dünya Kubokunda və 1988 Avropa çempionatında iştirak edir. 1992-ci il Çempionlar liqası finalını "Barselona" klubuna məğlub olduqdan qısa müddət sonra Vialli, 12,5 milyon funt-sterlinqə "Yuventus" klubuna keçir. Bu o dövrun ən bahalı transferi olur. Futbolçu "Yuventus"da ilk mövsumdə UEFA kubokunu qazandı.
Canluka Qaytano
Canluka Qaytano (5 may 2000, Çimitile[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun oyunçusu. Hücumameyilli yarımmüdafiəçi və vinger kimi çıxış edir.
Yevgeni Lazuka
Yevgeni Lazuka (19 aprel 1989) — Belarusu və Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Yevgeni Lazuka Belarusu 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batteflay üsulula üzmə turnirnində 54.54 saniyə nəticə göstərdi və 43-cü pillənin sahibi olub.Yevgeni Lazuka 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib oldu. Daha sonra Yevgeni Lazuka Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batteflay üsulula üzmə turnirnində 52.86 saniyə nəticə göstərdi və 38-ci pillənin sahibi olub.