Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Radoslav Kalujnıy
Radoslav Kalujnıy (pol. Radosław Kałużny;) — Polşalı futbolçu. 2002 FİFA Dünya Kubokunda Polşa milli futbol komandasında yarımmüdafiəçidir. O, Zaqlembe Lyubin FK, Visla Krakov FK və Bayer 04 FK klublarında, eləcə də Polşa millisində oynaması ilə tanınır.
Radoslav Vanko
Radoslav Vanko (1983, Jilinа) — tanınmış slovak Top-Model. Vanko fiziki tərbiyə və idman fakültəsini bitirmiş, müəllim və personal trener üzrə magistr dərəcəsi almışdı. == Karyera == Radoslav hakim qərb bazarları və "Valentino", "Dolce and Gabbana", "Giorgio Armani", "Gucci", "Pierre Cardin", "Louis Vuitton" və "Prada" kimi tanınmış brend kompaniyalar üçün çəkilmişdir. O həmçinin "Men’s Health" və "DNA" kimi populyar jurnalların üz qabığını da bəzəmişdi. İdmançı oğlan Vanko öz boş vaxtlarında velosiped sürməyi, tennis oynamağı və idman zalında məşq etməyi çox sevir. O həmçinin səyahəti sevir — yeni məkanları seyr etmək və çəklişlərdə iştirak etmək məqsədilə. O tanınmış fotoqraflar ilə çalışmışdı, onlar arasında Bryus Veberin adını xüsusi ilə qeyd etmək olar. Bu əməkdaşlığın bəhrəsi kimi, Radoslav keçən il Men's Health jurnalının alman dilində olan nəşrinin üz qabığını bəzəmişdi. === Maraqlı faktlar === Radoslav Vankonun anketi: Boyu : 1.85 sm Çəkisi : Sinə ətrafı : 98 cm Beli : 78 cm Omba genişliyi : 98 cm.
Radoslav Voytaşek
Radoslav Voytaşek (pol. Radosław Wojtaszek; doğ. 13 yanvar 1987) — Polşa şahmatçısı, qrosmeyster (2005), ölkəsinin ən yüksək əmsallı oyunçusudur. == Şahmat karyerası == 2004-cü ildə 18 yaşadək gənclər arasında Avropa və Dünya Çempionatının, həmçinin Krakov Open şahmat yarışının qalibi olub. 2005-ci ildə Polşa çempionatının qalibi olmuşdur. 2006-cı ildə Turində keçirilən 37-ci Şahmat Olimpiadasında Polşa komandasının tərkibində çıxış etmiş və 11 oyundan 9 xal toplamışdır. 2008-ci ilin dekabrında sürətli şahmat üzrə Avropa Çempionatının qalibi olmuşdur. 2009-cu ildə Polşa çempionatının və birinci dəfə keçirilən “Lyublin Qrossmeyster Turniri”nin ikincisi (İsrail şahmatçısı Mixail Royz ilə birlikdə) olub. Eyni ildə həmçinin, Varşavada Migel Naydorfun xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur. 2010-cu ilin yanvarında o, Stokholmda keçirilən 39-cu Rilton Kubokunda — Eduardas Rozentalis, Pavel Ponkratov, Lyuk Makşeyn və İqor Lısıyla birlikdə 6,5 xal toplayaraq birinci və beşinci yerləri bölüşdürmüş, həmçinin yenidən Polşa çempionatının ikincisi olmuşdur.