Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Raraka
Raraka (fr. Raraka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakaravadan 40 km şərqdədir. == Coğrafiya == Ensiz üzük formasına malikdir. Atollun sahəsi 7,2 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Fakarava kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Nazranka çayı
Nazranka (bəzən Nyasar) — İnquşetiya Respublikasında çay. Nazranka Sunja çayına tökülən Kambileevka çayının sol qoludur. Nazrankanın mənsəbi Sunji çayı mənsəbinin 68 km-də, sol sahildədir. Çayın uzunluğu 29 km-dir == Tarixi == Çayı rus mənşəli adı yaxınlıqda yerləşən Nazrani şəhərindən götürülüb (inquş Нясаре). Nazrani şəhərinin adı isə çayın orjinal adından götürülüb — Nyasar. Bir sıra alimlər Nazranka (Nasar) çayını Naya çayı ilə eyniləşdirirlər. Bu məlumat müxtəlif salnamələrdə qeyd edilmişdir. Məhs bu ərazidə Tver knyazı Mixail öldürülmüşdür. Bura həm də yoxa çıxmış orta əsr alan şəhəri Dedyakovun orientir yeridirNazranka və Sunja çaylarının sahillərində Mustye mədəniyyəti dövrünü təmsil edən bir qrup abidə var. Bu abidələr eyni tipli olmaqla müxtəlif ərazilərdə yerləşib.