Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.
Kakutsa Çolakaşvili
Kakutsa Çolokaşvili (gürcücə: ქაიხოსრო [ქაქუცა] ჩოლოყაშვილი, 14 iyul 1888 – 27 iyun 1930) — gürcü hərbi xadimi və Gürcüstandakı antisovet üsyanının komandanı. Gürcüstanın milli qəhrəmanı olaraq qəbul edilir. Zadəgan ailəsindən çıxan Çolokaşvili Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ordusunda rütbəli zabit idi. 1917-ci il Rus inqilabından sonra Gürcüstan Demokratik Respublikasının ordusuna qoşuldu. Respublikanın 1921-ci ildə Sovet işğalı ilə süqut etməsindən sonra Çolakaşvili bir qrup tərəfdarı ilə dağlara çəkildi və Kaxetiya əyalətində Sovet hökumətinə qarşı gerilla kompaniyası yürütdü. Çolakaşvilinin ən böyük üsyan qrupuna rəhbərliyi 1924-cü ildə uğursuz olduqdan sonra Fransaya qaçdı. Elə orada da vərəm xəstəliyindən vəfat etdi. Nəşi 2005-ci ildə dəfn edildiyi Paris yaxınlığındakı Leuville məzarlığından çıxarılaraq Gürcüstana gətirildi və Tiflis şəhəri yaxınlığındakı Mtatsminda panteonunda dəfn edildi. == Həyatının erkən dövrü == Kakutsa Çolakaşvili şərqi Gürcüstanın kaxetiya əyalətindəki Matanidəki ailə mülkündə aristokrat Oseb Çolokaşvili ailəsində anadan olmuşdur. O dövrki rus idarələrində soyadı Çelokayev deyə yazılmışdır.
Kakutsa Çolokaşvili

Azusa İvaşimizu
Azusa İvaşimizu (14 oktyabr 1986) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 122 oyun keçirib, 11 qol vurub.
Azusa çayı
Azusa çayı (梓川, Azusa-gawa) — Yaponiyanın Naqano prefekturasının qərb bölgəsində, Şimali Yapon Alplarında çay. Çay Şinano çayının su hövzəsinə aiddir və Sai çayının yuxarı hissəsini təşkil edir. Çayın adı çay hövzəsində bitən katalpa ağacından (梓, azusa, shi) götürülmüşdür. Bu ağacdan Şinto rituallarında müqəddəs ox olan Azusa yumi (Müqəddəs yay) etmək üçün istifadə olunur. == Coğrafiyası == Azusa çayının uzunluğu 65 km, su hövzəsi 559 kv.km-dir. Çay Çubu-Sanqaku Milli Parkında Yari dağının cənub-şərq yamacından başlayır. Çay Kamikoçi (上高地, Yuxarı Dağlar) vadisindən axır və Yaponiyanın Milli Mədəniyyət Varlıqlarından biri kimi Xüsusi Təbiət Abidələri və Yaponiyanın Ən Gözəl Yerləri siyahısındadır. Çay Azumino və Matsumoto şəhərlərindən keçərək şimal-şərqə axır, burada Naqano, yaxınlığında Narai çayı ilə birləşir və buradan Yaponiyanın ən uzun çayı olan Şinano çayının ən mühüm qolu olan Sai çayına axır. Azusa çayı Yari dağı, Hotakadake və Yake dağlarından axır. == İstifadəsi == === İpəkçilikdə === İngilis missioner və alpinist Valter Veston 1896-cı ildə yazdığı "Alpinizm və Yapon Alp dağlarında kəşfiyyat" kitabında yazırdı ki, Azusa çayı ipəkçilikdə istifadə olunan maşınları gücləndirmək üçün istifadə olunurdu: "İpəyi baramalardan ayırmaq üçün sadə mexanizm su ilə işləyir" === Su-elektrik stansiyası === Çay boyunca bir neçə bənd Tokio Elektrik Enerjisi Şirkəti tərəfindən idarə olunur: Naqavado bəndi, Midono bəndi, və İnekoki bəndi.