Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stanislav Vanseviç
Stanislav Stanislavoviç Vonsoviç və ya Stanislav Aleksandroviç Vonsoviç və ya Vanseviç (8 may 1888 – 1 noyabr 1937, Leninqrad) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Milli azlıqlar fraksiyasının üzvü. == Həyatı == Stanislav Vonsoviç 8 may 1888-ci il tarixində Vitebsk quberniyasının Dvin uyezdinin Starıy Zamok bölgəsində anadan olmuşdur.[mənbə göstərin] Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Rusiya İmperator Ordusunda zabit olaraq xidmət edib. Stanislav Vonsoviç Polşanın Bakıdakı Konsul agentliyinin katibi vəzifəsini yerinə yetirib. Stanislav Vonsoviç 1920-ci ilin avqustun 14-də Sovet hökuməti tərəfindən həbs edilmişdir. O, 1920-ci ilin dekabrına qədər həbsdə saxlanılıb. Vonsoviç həbs edilərkən həyat yoldaşı 28 yaşında, oğlu Stanislav isə 5 yaşında olub. Stanislav Vonsoviç istintaqa verdiyi ifadədə Bakıda çoxdan yaşadığını və buradakı polyakların hamısını tanıdığını bildirmişdir. Stanislav Vonsoviç sonradan həbsdən azad edilmişdir. Daha sonra Dno şəhərində qatar stansiyasında yanğınsöndürən işləmişdir.