İRQ
İRMƏK
OBASTAN VİKİ
Avropa irqi
Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar. == Xarakterik cizgiləri == Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid) ifadə edirdi.
Avstraliya irqi
Avstraloid irqi — böyük Melanesiya-Avstraliya irqinin tərkibində kiçik irq; bəzən ayrıca böyük irq kimi də qeyd edilir. == Haqqında == Avstraloid geniş irqi təsnifatdır. Konsepsiyası irqi təsnifatın bir tipoloji üsulu ilə yaranmışdır. Cənub-Şərqi Asiyanın,Avstraliyanın və Okeaniyanın tünddərili aborigen əhalisinin mənsub olduğu irq. Avstraloid irqinin klassik tipi, əsasən, avstraliyalılarla (aborigenlərlər) təmsil olunur: ayrı-ayrı xüsusiyyətlərinə Cənubi və Cənub-Şərqi Asiya və Qərbi Okeaniyanın bəzi populyasiyalarında da təsadüf edilir. Avstraloid irqi üçün dərinin tünd rəngli (lakin Afrika zəncilərinə nisbətən bir qədər açıq rəngli), gözün qüzehli qişasının tünd-qəhvəyi, saçın dalğalı, yaxud qıvrım, tünd-bənövşəyi, yaxud qara olması (bəzi populyasiyalarda uşaqların və gənc qadınların saçının nisbətən açıq rəngli olmasına baxmayaraq) səciyyəvidir. Zəncilərdən fərqli olaraq Avstraliya irqinin nümayəndələrinin bədənlərində və üzlərində 3-cü tük örtüyü inkişaf etmişdir, burunları enli, üst dodaqları hündür və qalın, kəllə qutusu orta böyüklükdə, sifətləri ortaenlidir, proqnatizm müşahidə edilir; dişləri çox iri, ətrafları uzundur.
İrqi ayrıseçkilik
İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrı-seçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur. Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar. Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir. Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir. Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir.
İrqi transformasiya
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır". Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir.
Avstraloid irqi
Avstraloid irqi (həmçinin kiçik avstraloid irqi, Avstraliya irqi, avstraloidlər) — insan irqlərindən biri. Avstraliya qitəsində yayılmışdır. Veddoid irqi ilə birlikdə böyük avstraloid və ya Veddo-avstraloit irqinə daxildir. Bu, ənənəvi populyasiya genetik təsnifatlarında Veddoid, Melaneziya və digər Şərqi Ekvator yerli irqləri ilə birlikdə avstraloid irq qoluna daxil edilir. Avstraloid irqinin klassik növünün nümayəndələri Avstraliya aborigenləridir. Avstraloid substrat Cənubi və Cənub-Şərqi Asiyanın bəzi populyasiyalarında, eləcə də Qərbi Okeaniyada da mövcuddur. ox güman ki, avstraloidlərin və veddoidlərin əmələ gəldiyi ərazi Qədim Dünyanın tropik qurşağının şərq hissəsi idi - Hindustandan Hind - Çin və Malay arxipelaqına qədər. Avstraliyanın bu ərazidən məskunlaşması paleolitdə. Alimlər güman edirlər ki, avstraloidlərin və veddoidlərin əmələ gəldiyi ərazi Qədim Dünyanın tropik qurşağının şərq hissəsi, Hindustandan Hind-Çin və Malay arxipelaqına qədər olan sahədə idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Алексеева Т. И. (ред.), Богатенков Д. В., Дробышевский С. В. Антропология: Учебно-методический комплекс (PDF).
Aralıq dənizi irqi
Aralıq dənizi irqi — ağ irqə daxil olan; çox geniş bir sahəni əhatə edən, amma tipik olanları İber yarımadasında, Qərb Aralıq dənizi adalarıyla Cənubi Fransa və İtaliyada, Cənub-Şərqi Balkanlarda görülən; tünd qəhvəyi, yatık-dalğalı saç, tünd qəhvəyi göz, əsmər dəri, qısa boy, narın quruluş , uzun baş, incə və uzun üz, dolğun dodaq və incə burun kimi xüsusiyyətlərlə sıralanan irq. Ümumiyyətlə əsmər yada tünd əsmər dərili, saçlar qara və dalğalı, gözlər tünd rəngli, burunlar incə və gine burunlarının kürəklərinə düz yada kəmərli, üz uzun və baş isə dolikosefal yada mezosefaldir. Ataları ön Akdenizlilerdir. Bundan 11 min il əvvəl İsraildə Natufiyen epipaleolitik (ən köhnə daş dövrü) dövrü yəni daşı daşı yonub şekillendirebiliyor. Narin quruluşlu Aralıq dənizi irqinin təməl kəllə xüsusiyyətləri; yüksək kəllə və gövdə qalınlığı daha kiçik, qol və qıç sümükləri isə daha incədir. İlk dəfə olaraq Aralıq dənizi irqinin fiziki və sosial təsviri 1851-ci ildə şotland alimi Vilyam Rhind tərəfindən verilmişdir. Vilyam Rhind 15-ci bölmədə Qafqaz irqini və onun keçid irqlərini aşağıdakı təsvirlərində vermişdir. Onun fikrincə, bu irq yaxşı formalaşmış baş, arxadan önə doğru uzanmış və mülayim genişlikdə oval sifət, xüsusiyyətləri yaxşı nəzərə çarpan və zərif formalaşan, qaraşın sifət rəngi, tünd qəhvəyi və ya qara gözlər, erkən bozlaşan qara saçlar, orta ölçüdə formalaşan yaraşıqlı əllər və ayaqlarla xarakterizə olunmuşdur. Onlar Avropanın cənubi və qapalı hissəsində məskunlaşmışdırlar. Vilyam Z. Ripleyə görə, Aralıq dənizi irqinə mənsub olan əhalinin irqi xüsusiyyətləri bunlardan ibarətdir.
Nasist irqi siyasəti
Nasist irqi siyasəti — nasist Almaniyasında irqi gigiyena konsepsiyasına əsaslanan irqi ayrı-seçkilik və xarici düşmənçilik siyasəti. Bir çox Avropa və Amerika ölkəsində, XIX əsrdə və XX əsrin əvvəllərində irqçilik qadağan edilmədi və nasistlərin Almaniyada hakimiyyətə gəlməsi ilə dövlət dəstəyini aldı. İrqi gigiyena konsepsiyası, insanları üstün irq və alt ünsürlərin nümayəndələrinə bölmək və uyğun seçim ehtiyacını nəzərdə tuturdu. Bu konsepsiyaya görə birincisi süni şəkildə dəstəklənməli, ikincisinin çoxalmasının qarşısı alınmalı idi; irqlərin qarışması arzuolunmaz nəticələr verir. Bu konsepsiya ayrıca alkoliklərin, epileptiklərin, müxtəlif irsi xəstəlikləri olan və zehni xəstələrin sterilizasiyası və ya məhv edilməsini tələb edirdi. "İrq gigiyenasını" qorumaq istəyi, müxtəlif kateqoriyalı vətəndaşların məcburi məhvi üçün dövlət proqramlarında özünü göstərdi. "İrqi gigiyena" prinsiplərinə uyğun olaraq, zülmün əsas hədəfləri vətəndaşlıq hüquqlarından, dövlət işində işləmək, özəl bir təcrübəsi və öz işi ilə məşğul olmaq, Almanlarla evlənmək (Alman) ilə məhrum olan Yəhudilər idi. qadınlar) və dövlət təhsil müəssisələrində təhsil alırlar. Mülkləri və müəssisələri qeydiyyata alındı ​​və müsadirə edildi. Şiddət hərəkətləri davamlı idi və rəsmi təbliğat etnik Almanlar arasında yəhudilərə qarşı qərəz və kin hisslərini artırdı (və ya artırdı).
Turan irqi tipi
Turan irqi tipi əsasən Türk xalqları ilə əlaqədardır. Bu irqi tipin xüsusiyyətlərini keçmişdə Onoqurların , Hunların , Macarların , Peçeneqlərin , Kumanlarım (Qipçaqların) , Qədim Uyğurların , Avarların , Kabardinlərin , Xəzərlərin, Bulqarların (İdil-Volqa Bulqarları və Dunay Bulqarlarının) antropoloji xüsusiyyətləri ilə uyğun gəlir. Bartuez , Nemeskeri və Lipitak tərəfindən aparılmış və Macarıstanın İstila dövrünü araşdıran Conquest Anthropogical tədqiqatları zamanı üzə çıxarılan qəbr abidələrindəki skletlərin xüsusiyyətləri ən çox bu irqi tiplə uyğun gəlmişdir. Amerikan antropoloqu E. Wiesner və Alman alimi Ferdinand fon Rixtofenin araşdırmalarına görə qədim Skiflər çox əhəmiyyətli dərəcədə Turanoid xüsusiyyətlərinə sahib idilər. Macar antropoloqu İstvan Kiszelyə görə Turan irqi qədim Skiflər , Sarmatlar , Hunlar və Avarlar arasında ümumi bir irqi tip idi. Gyula Henkey (1974) Turan tipi Macarıstanın müasir Jasz əhalisinin təxminən 20 faizini təşkil edir. Hansının ki , təxminən 10 faizinin nəsilləri Kuman-Qipçaqlara, digər 10 faizin nəsilləri isə Alan-Sarmatlara gedib çıxır. Gyula Henkeyin araşdırmalarına görə (1990) Turanoid tipi Nagykunların 43,7%-ində, Orseglərin 41,2%-ində, , Kiskun-un 33,0%-ində, Paloc-un 27,9%-ində və Jasz qruplarının 25,5%-ində tapıla bilər. Ginzburqa görə (1966), Turan tipi eramızdan 1000 il əvvəldən eramızın 5–6-cı əsrlərinə qədər Orta Asiyada formalaşmış və Turan irqi Avropoid irqi ilə Andronovo tipinin qarışığından yaranmışdır və Tunc dövründən Orta Asiyada aborigen olmuşdur. Qazax antropoloqu İsmaqulova görə (1970, 13-cü əsrdəki monqol axınlarına qədər Orta Asiyada Turan irqi tipi hakim olmuşdur.
İrqi ayrı-seçkilik
İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrı-seçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur. Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar. Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir. Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir. Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir.
Ağ dəniz-Baltik irqi
Ağ dəniz-Baltik irqi — Böyük Avropa irqinin tərkibində kiçik irq. Atlantika-Baltika irqi ilə şimali avropoidləri birləşdirən və depiqmentasiyasının yüksək səviyyəsi ilə səciyyələnən vahid Baltika irqinə aid edilə bilər.. Fin-uqor xalqlarında (karellər, komi-zıryanlar, komi-permyaklar, udmurtlar və s.) rusların şimal qruplarında və belorusların əksəriyyətində üstünlük təşkil edir. Ağ dəniz-Baltik irqi nümayəndələrinin anklavları Baltikyanı ölkələrdə və Skandinaviyada, Mərkəzi Rusiyada və Şərqi Ukraynada mövcuddur. Ağ dəniz-Baltik irqi xüsusiyyətlərinin Ural irqinin elementləri ilə qarışması nəticəsində formalaşdığını ehtimal etmək olar. Ağ dəniz-Baltik irqi nümayəndələrinin dərisinin rəngi çox açıqdır (bəzən cəhrayıya çalır).. Saçları, adətən, yumşaq, düz və açıq rənglidir (təqribən 50%); Atlantika-Baltik irqi nümayəndələrinə nisbətən kürənçalarlıdırlar, həmçinin kişilərin saqqalı və tük örtüyü daha azdır. Başları nisbətən kiçik olan irqin nümayəndələrində mezokefaliya və orta braxikefaliya əlamətləri üstünlük təşkil edir. Atlantika-Baltik irqi ilə müqayisədə üzləri az profilləşmiş, daha yastı və enlidir. Burunları nisbətən qısa və enli,.
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya (ICERD) — 21 dekabr 1965-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş və 4 yanvar 1969-cu ildə qüvvəyə minən BMT konvensiyası. 2020-ci ilin dekabr ayından etibarən 182 ölkə Konvensiyanın iştirakçısıdır, daha 3 ölkə Konvensiyanı imzalamış, lakin təsdiqləməmişdir . Konvensiyaya uyğunluğa 18 mütəxəssisdən ibarət olan İrqi Ayrı-seçkiliyin ləğvi Komitəsi nəzarət edir. Konvensiyanın hər hansı bir üzv dövlət tərəfindən pozulmasına dair dövlətlərarası şikayətlərə və müvafiq bəyannamə vermiş 54 ölkəyə münasibətdə Konvensiyanın pozulmasına dair fərdi şikayətlərə baxıla bilər. 2014-cü il tarixinə komitə 30 şikayətin mahiyyəti üzrə qərarlar qəbul etdi və 15 işdə konvensiya pozuntuları aşkar etdi. Komitə daha 18 şikayəti mahiyyəti üzrə baxılmadan qəbuledilməz hesab etdi, 1 şikayətə baxılması başqa bir səbəbə görə xitam verildi və daha 6 işə baxılma mərhələsində idi . İlk üç dövlətlərarası şikayət - Qətər - Səudiyyə Ərəbistanı, Qətər - BƏƏ və Fələstin - İsrail - 2018-ci ilin baharında girdi. Preambula Hissə I (Maddə 1-7) - İştirakçı ölkələrin öhdəlikləri: M. 1 - irqi ayrıseçkiliyin tərifi. M. 2 - ümumi öhdəliklər. M. 3 - irqi ayrı-seçkilik və aparteidin xüsusi qınanması.
İrqi ayrı-seçkiliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü
İrqi ayrı-seçkiliyin (diskriminasiya) ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü — (International Day for the Elimination of Racial Discrimination) BMT-nin Baş Assambleyasının 1966-cı il 26 oktyabr tarixində keçirilən XXI sessiyasının qərara alınıb və hər il martın 21-i rəsmən bütün dövlətlərdə qeyd edilir. BMT-nin Baş Assambleyası bu günü elan edərək beynəlxalq birliyi, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üçün səylərini birləşdirməyə çağırıb.

Значение слова в других словарях