Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vladimir Rasskazov
Vladimir Qriqoryeviç Rasskazov (rus. Владимир Григорьевич Рассказов; 7 fevral 1927, Malaxovka[d], Saratov quberniyası[d] – 24 sentyabr 1969, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1963–1969). Vladimir Rasskazov 1927-ci ildə hazırkı Saratov vilayətinin Malaxovka kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1944-cü ildə Odessa Dənizçilik Məktəbinə, bir il sonra isə Odessa Ali Dənizçilik Məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra o, mühəndis-elektromexanik diplomu ilə 1951-ci ildə Bakıya gəlmiş və "General Həzi Aslanov" dizel-elektroxodunda elektromexanik vəzifəsində işləməyə başlamışdır. Onun əmək fəaliyyətinin sonrakı mərhələsi Vano Sturua adına gəmi təmiri-gəmiqayırma zavodu ilə bağlı olmuşdur. Burada o, texniki şöbənin mühəndis-elektrotexniki vəzifəsində çalışmışdır. O, 10 ildən artıq partiya işində olmuşdur. Sonrakı illərdə Vladimir Rasskazov Xəzər Gəmiçilik İdarəsi siyasi şöbəsinin təlimatçısı, 1953-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatında təlimatçı, daha sonra isə sənaye və nəqliyyat şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır. 1963-cü ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmişdir.
Rasşua adası
Rasşua — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada Rasşua vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 948 metrdir. Adanın cənubunda Serp dağı (495 m) yerləşir. Ada 13 km uzunluğa, eni 6 km, sahəsi 67 km² təşkil edir. Burada cırtdan tozağacı və qızılağac ağacları bitir. Ərazisində Uria, Fratercula, ağılsızlar quşları yuva qurur. Ərazidində tülkü, qütb tülküsü və kiçik gəmiricilər yaşayır.
Raşka dairəsi
Raşka dairəsi (serb. Рашки управни округ) — Serbiyanın cənub-qərb hissəsində dairə. Serbiyanın Raşka adlı tarixi ərazisinin şərəfinə adlandırılmışdır. Dairənin əsas şəhəri Kralevo sayılır. Kralevo Vrnyaçka-Banya Raşka Novi Pazar Tutin Dairənin ərazisində 188 208 serb (60,9 %), 105 488 boşnak (34,1 %), 5255 müsəlman (1,7 %), 2435 qaraçı (0,8 %) və başqa xalqlar yaşayırlar (2011).
Raşka dövləti
Raşka dövləti (serb. Рашка / Raška) — orta əsr Serbiya dövləti (böyük jupa) və eyni adlı bölgə. Bizans imperatoru Konstantin Porfirogennetosun məlumatlarına görə, serblərin Balkan yarımadasına köçürülməsindən sonra Raska bölgəsi Sava, Vrbas və İbar çayları arasında yerləşirdi. Daha sonra Raşka toponimi bir qədər cənub-şərqdə yerləşən əraziyə şamil edilməyə başladı. XI əsrə qədər Raşka, coğrafi ərazi olaraq, Serbiya knyazlığının bir hissəsi idi. Serbiya knyazlığının süqutundan və 960-cı ildə Çaslav Klonimiroviçin ölümündən sonra Raşkanın bir hissəsi Bizansın tərkibinə daxil oldu və bir neçə femaya bölündü. XI əsrdə Raşka bölgəsində eyniadlı jupa yarandı, hansınınki hökmdarları həmin əsrin sonunda Bizansa qarşı mübarizəyə başladılar. XII əsr boyu serblər öz müstəqilliklərini qazanmağı bacardılar, XIII əsrin əvvəllərində isə Serbiya 1217-ci ildə krallığa çevrilən güclü dövlətə çevrildi. Nəzəriyyələrdən birinə əsasən, tarixi ərazinin adı romalılar tərəfindən qurulan Ras şəhərindən gəlir. X əsrdə burada Serbiya ilə Bolqarıstan arasında sərhəd yerləşirdi, XII əsrdə isə şəhər bütünlüklə Serbiyanın nəzarətinə keçdi və onun və hökmdarlarının baş şəhəri oldu.
Aşağı Raşkan (Sərdəşt)
Aşağı Raşkan (fars. ‎رشكان سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Yuxarı Raşkan (Sərdəşt)
Yuxarı Raşkan (fars. ‎رشكان عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.