Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vladimir Rasskazov
Vladimir Qriqoryeviç Rasskazov (rus. Владимир Григорьевич Рассказов; 7 fevral 1927, Malaxovka[d], Saratov quberniyası[d] – 24 sentyabr 1969, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1963–1969). == Həyatı == Vladimir Rasskazov 1927-ci ildə hazırkı Saratov vilayətinin Malaxovka kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1944-cü ildə Odessa Dənizçilik Məktəbinə, bir il sonra isə Odessa Ali Dənizçilik Məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra o, mühəndis-elektromexanik diplomu ilə 1951-ci ildə Bakıya gəlmiş və "General Həzi Aslanov" dizel-elektroxodunda elektromexanik vəzifəsində işləməyə başlamışdır. Onun əmək fəaliyyətinin sonrakı mərhələsi Vano Sturua adına gəmi təmiri-gəmiqayırma zavodu ilə bağlı olmuşdur. Burada o, texniki şöbənin mühəndis-elektrotexniki vəzifəsində çalışmışdır. O, 10 ildən artıq partiya işində olmuşdur.Sonrakı illərdə Vladimir Rasskazov Xəzər Gəmiçilik İdarəsi siyasi şöbəsinin təlimatçısı, 1953-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatında təlimatçı, daha sonra isə sənaye və nəqliyyat şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır. 1963-cü ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmişdir.Vladimir Rasskazov 1964-cü ildən Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı seçilmiş, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.