Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alcest
Alcest — 2000-ci ildə Bagnols-sur-Cèze, Fransada qurulmuş black metal qrupudur. == Tarixi == Alcest 2000-ci ildə Neige tərəfindən solo proyekt kimi yaradılmışdır. Tezliklə qrup 3 nəfərdən ibarət blək metal proyektinə çevrilmişdir. Argoth, Aegnor və Neigedən ibarət qrup 2001-ci ildə Tristesse Hivernale adlı ilk demo albomunu buraxdı. Elə bu albomdan sonra da qrup yenidən Neigenin şəxsi proyektinə çevrildi. 2005-ci ildə Le Secret adlı EP yayımladı. EPdə Şarl Bodlerin şeirlərindən istifadə olunmuşdur. Albomun yeni janrda olması Alcesti blək metaldan uzaqlaşdıraq şuqeyzinqə yaxınlaşdırdı. 2007-ci ildə ilk albomunu yayımlayan Alcest Souvenirs d'un autre monde ilə şöhrət qazandı. Sonrakı iki albomlarında post-metal tərzini qoruyan proyekt 2014-cü ildəki Shelter albomu ilə metal janrından tamamilə ayrıldı və post-rok janrına keçid etdi.
Asbest
Asbest — şəhər
Radest
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. == Coğrafiya == Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. == Tarix == Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Fasces
Fasces (latınca "bağlama" mənasını verən fascis sözündən götürülmüşdür) sadəcə olaraq gücü və yurisdiksiyanı və/və ya "birlikdə güc vardır" deyimini simvollaşdırır. Ənənəvi bir Roma fascesi silindrik formada olan tüklü ağcaqayın çubuqlarından hazırlanmış olan silindr formalı dəyənəyin və adətən bürünc baltanın iti tərəfi çölə baxan formada bağlamanın içərisinə yerləşdirilmiş və qırmızı dəri zolaqla möhkəm bağlanması ilə hazırlanırdı. Roma Respublikasında təntənəli paradlar da daxil olmaqla bir çox vəziyyətlərdə müasir bayraqlara oxşayan bir simvol kimi istifadə edilmişdir. == Simvolizm == Bir çox hökumətlər və hakimiyyət nümayəndələri Roma İmperiyasının dağılmasından müasir dövrə qədər "güc"ün simvolu olaraq fasces istifadə etməyə davam etmişdirlər. Hətta özünü Roma Respublikası ilə eyniləşdirən və onun ideallarına tabe olanlar tərəfindən istifadə olunmağa davam belə etdirilmişdir. Adını fascesdən götürmüş olan italyan faşizmi XX əsrin uzun bir dövründə bu simvoldan istifadə etməyə davam etmişdir. == Birinci dövr == “Liktorlar bağlaması” kimi tanınan Fasces lictoriae Qədim Romada güc və hakimiyyəti (imperium) simvolizə etmişdir. Lictors kimi tanınan aşağı səviyyəli məmurlar magistratların qarşısında hərəkət edir və onlar daşıdıqları fasceslərin sayına görə Roma Dövləti strukturundakı statuslarını nümayiş etdirirdilər. Fasces daşıyan Liktorlar tərəfindən müşayiət olunmaq hüququna malik yüksək rütbəli məmurlar arasında Praetorlar, Propraetors, Konsullar, Prokonsullar, Magister Equitum, Diktatorlar və Sezarlar var idi. Bəzi hallarda hərbi qələbələrdən sonra keçirilmiş olan paradlar zamanı; Yaralı və qəhrəman əsgərlərə fascesləri daşımağa icazə verilirdi.
Asbest (dəqiqləşdirmə)
Asbest — şəhər
Asbest (şəhər)
Asbest — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir. == Etimologiya == Şəhər adını burada inkişaf etmiş asbest sənayesinə görə alıb. == Tarixi == 1889-cu ildə Kudelka (rus. Куделька) adı ilə qurulub. 1933-cü ildə şəhər statusu və indiki adını alıb.
Raceş Xanna
Raceş Xanna (ing. Rajesh Khanna, hind. राजेश खन्ना — əsl adı azərb. Catin Xanna‎, ing. Jatin Khanna, hind. जतिन खन्ना; 29 dekabr 1942, Amritsar, Britaniya Hindistanı – 18 iyul 2012, Mumbay) — Hindistanlı aktyor, prodüser və siyasətçi. == Filmoqrafiya == Raceş Xanna bütün aktyorluq karyerası boyunca 163-ü tammetrajlı, 17-si isə qısametrajlı olmaqla 180 bədii filmdə rol almışdır.
İpək xrizotil və amfibol asbest təzahürü
== Yerləşməsi == Laçın rayonunun İpək kəndindən 2,0-2,5 km. cənub-şərqdə yerləşmişdir. Təzahürün şimal-qərb hissəsində xrizotil-asbest kütləsi yerləşir. O, orta ipək çayının sağ sahilində en dairəsi istiqamətində uzanmış zona əmələ gətirir. == Sahəsi == Zonanın uzunluğu 0,9- 1,0 km, eni 100–150 m.-dir. == Ümumi məlumat == Xrizotil-asbestin tor şəkilli damarcıqları serpentinitləri müxtəlif istiqamətdə yararaq, birbirlərinə müxtəlif bucaq altında yerləşmişdir. Damarcıqların qalınlığı 1–8 mm.-dir. Asbest eninə liflidir. Filiz zonasından götürülmüş az miqdarda sınaqlarda asbestin filizlərdə miqdarı 3,08 kq/t. və yaxud 0,3% müəyyən edilib.