Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rasional gözləntilər
Rasional gözləntilər nəzəriyyəsi (ing. Rational expectations theory) (qısaca — RGN) — əslən 1961-ci ildə Con F. Mut tərəfindən yaradılan və 1970-ci illərin ortalarında Robert Lukas tərəfindən inkişaf etdirilən (Lukas 1995-ci ildə İqtisadiyyat üzrə Nobel Mükafatına layiq görülmüşdür) habelə Kristofer Sims və Tomas Sarcent (Nobel mükafatına layiq görülmüşlər) İqtisadiyyatda "makroiqtisadiyyatda səbəb əlaqələrinin empirik bir araşdırması üçün") tərəfindən də inkişaf etdirilmişdir . Rasional gözləntilər nəzəriyyəsi adaptiv gözləntilər nəzəriyyəsindən fərqli olaraq inkişaf etdirilmişdir. Əsas fikir ondan ibarətdir ki, iqtisadi subyektlər gözləntilərin yalnız tədricən (asimptotik) dəyişikliklərə uyğunlaşdıqları adaptiv gözləntilər modelindən fərqli olaraq, mövcud olan bütün məlumatları istifadə edir və proqnozlarında (gözləntilərində) sistematik səhvlər etmirlər. Rasional gözləntilər nəzəriyyəsində gözləntilərin formalaşması modeli reallıqla ziddiyyət təşkil edir və təsdiqlənən proqnozlar verməyə imkan vermir. == Əsas yanaşmalar == Nəzəriyyənin banisi John Moot, iqtisadi subyektlərin özlərində mövcud olan bütün məlumatlara sahib olduqlarını və onlardan iqtisadi təsəvvür etdikləri və doğru hesab etdikləri bir iqtisadiyyat modelində iqtisadi prosesi proqnozlaşdırmaq üçün istifadə etdiklərindən, subyektiv də olsa rasional olaraq hərəkət etdiklərindən irəli gəlir. Bu, bazar iştirakçılarının bazar mexanizmləri ilə tanış olduqlarını və qiymət dəyişikliyinə tələb və təklifin reaksiyasını proqnozlaşdırmağı bacardıqlarını göstərir. Rasional gözləntilər nəzəriyyəsi, gözləntilərin rasional gözləntilər nəzəriyyəsinin təklif etdiyi kimi mövcud olan bütün məlumatlara deyil, yalnız keçmişin göstəricilərinin müşahidəsinə əsaslandığı adaptiv gözləntilər nəzəriyyəsinə zidd olaraq inkişaf etdirilmişdir. Adaptiv gözləntilər nəzəriyyəsindəki tarazlıq yalnız asimptotik şəkildə əldə edilir, rasional gözləntilər nəzəriyyəsinin müəlliflərindən biri olan Tomas Sarcentə görə "yeni klassik makroiqtisadiyyatın əsas elementi ümumi tarazlığa sadiq qalmaq və optimallaşdırılmış strateji davranışdır". Rasional gözləntilər nəzəriyyəsi hələ də mübahisəli olaraq qalmaqda olan bir çox iqtisadi və siyasi nəticələrin əsasını təşkil edir.
Rasional ədədlər
Rasional ədədlər — sonsuz dövri onluq kəsr şəklində olan ədədlərə deyilir. Yəni, istənilən natural ədəd, tam ədəd və kəsr ədəd rasionaldır.Kəsr şəklində olan rasional ədədlərdə surətdə tam ədəd,məxrəcdə isə natural ədəd olur. Rasional ədədlər nisbət kimi, yəni kəsr kimi göstərilə bilər. Rasional ədədlər m n {\displaystyle {\frac {m}{n}}} şəklində göstərilə bilən ədədlərdir, burada m {\displaystyle m} tam ədəd, n {\displaystyle n} isə natural ədəddir. Rasional ədədlər çoxluğu Q {\displaystyle \mathbb {Q} } ilə işarə olunur. İstənilən tam ədəd həm də rasional ədəddir, çünki istənilən tam ədədi məxrəci natural ədəd olan kəsr şəklində göstərmək mümkündür. Rasional ədədlərə nümunə olaraq:⅝;0.15;5.6789(2333) göstərmək olar.
Rasional seçim nəzəriyyəsi
Rasional seçim nəzəriyyəsi — insanın iqtisadi, sosial, siyasi həyatında seçimlərini rasional bir varlıq kimi etməsinə əsaslanan nəzəriyyə. Bu nəzəriyyəyə görə insan bir rasional varlıq kimi fəaliyyətində və seçimində maksimum mənfəət əldə etməyə istiqamətlənmişdir. RSM nəzəriyyəsinin əsasında sosial mübadilə və rasional seçim haqqında iqtisadi nəzəriyyələr durur. RSM inkişaf edərək insanın fəaliyyət göstərdiyi bütün sahələrdə onun davranışını analiz etmək və proqnozlaşdırmaq üçün universal bir paradiqmaya çevrilmişdir. Nəzəriyyənin kökü XVIII əsrin ortaları-XIX əsrin əvvəllərinə, Şotlandiya əxlaq məktəbinin təlimlərinə söykənir. İlk dəfə olaraq onlar insanın individual rasional davranışı konsepsiyasını təklif etmiş, onunla ictimai hadisələrin izah edilməsinin məhsuldarlığına diqqəti çəkmişlər. Nəzəriyyənin başqa bir kökü kimi utilitarizm məktəbini götürmək olar. Bu məktəbin banisi C.Bentam onun əsas prinsiplərini irəli sürmüşdür. Utilitaristlər insan davranışına müəyyən növ aprior ideyalar və streotiplər əsasında baxmaqdan imtina edərək, insanın fəaliyyətinin nəticəsinə çox böyük diqqət yetirməyə başladılar.