BİLİK

\[alm. Erkenntnis; fr. Connaissance; ing. Knowledge, cognition; lat. Cognitio; osm. tr. Marifet, malumat; ər. يؼشفح,ٌّ يؼهىياخ \] – bilinən, məlum olan şey, bilmək fəaliyyətinin yaxud prosesinin nəticəsi. Fəlsəfədə nəyinsə bir şey olaraq qavranıl-masıdır və müxtəlif formalarda özünü göstərir. Filosoflar əsrlər-dən bəri biliyin – qavranılan şeyin rasional yaxud irrasional olma-sı barəsində iki fərqli görüş üzərində dayanırlar. Rasional şüurla varılan, məntiqi nəticədə hasil olan və maddi cəhətdən sübut edi-ləndirsə, irrasional isə daha çox insanlarda ruhi-mənəvi hadisə-lərin nəticəsi olaraq ortaya çıxan məfhumdur. Bilik yaxud məlu-mat əlaqəsi bilinənlə bilən arasında təzahür edən əlaqəyə, bağa deyirlər. Biliyin meydana gəlməsi isə bilinənin biləndə bilmə fəaliyyətinin ortaya çıxmasından qabaqkı ilk fel, ilkin təsəvvürün, fikrin ortaya çıxmasıdır. Bilik məhsulu isə əldə edilən məlumat – informasiyanın başqasına müxtəlif vasitələrlə ötürülməsidir. Dilimizdə bilik mənasında əvvəllər daha çox mərifət sözü işlənir- di. Əslində mərifət sözü biılik sözünün ərəf dilindəki ekviva-lentidir və ərəfə felindən \[ػشف \] törəmişdir. Mərifət sözü onun məsdəridir. Sufi terminologiyasında mərifət əhli birləşməsi də işlənilir. Bundan başqa bilik nəzəriyyəsi \[alm. Erkenntnistheorie; fr. Theorie de la connaissance, gnoseologie, ing. Theory of knowledge, epistemology; osm. tr. marifet nazeriyesi; ظَش حَ يؼشفح \] ifadəsi də mövcuddur. Bilik problemi \[Alm. Erkenntnisproblem; ər. آن ؼًشفح يشكهح \] – bilmənin mahiyyəti, ortaya çıxması və olması ehtimalına aid olan bütün problemlər bütününə deyilir. Bu problem siyasi, ictimai, maddi və ya mənəvi ola bilər. Biliyin qaynağına yaxud da nəticəsinə uyğun olan hər şeyi əhatə edir.
BİLGƏ
BİOLOGİZM

Значение слова в других словарях