Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Retro Gamer
"Retro Gamer" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunur. Fərdi kompüterlər, "ZX Spectrum", "NES", "PlayStation" və başqaları kimi oyun konsolları üçün retrogeyminq və klassik oyunlar üzrə ixtisaslaşmışdır. "Retro Gamer" 2003-cü ilin dekabrından nəşr edilir. Jurnalın əsas mövzusu, əsasən, 1980–1990-cı illərdə buraxılmış köhnə oyunlardır. İlk illərdə jurnalın nömrələrində əlavə materiallardan ibarət CD də verilirdi, lakin sonradan bu, ləğv edilmiş, əvəzinə jurnalın vebsaytı fəaliyyətə başlamışdır. Jurnal öz dizaynında köhnə kompüter qrafikasının stilizasiyasından istifadə edir. "Retro Gamer"in ilk naşiri "Live Publishing" idi, lakin nəşriyyat 2005-ci ilin avqustunda müflis olmuş və jurnalın naşiri "Imagine Publishing" olmuşdur. 2016-cı ildən jurnal "Imagine Publishing" nəşriyyatını öz üzərinə götürmüş "Future plc" tərəfindən nəşr olunur. "Retro Gamer" 2010-cu ildə "İlin ən yaxşı jurnalı" kateqoriyasında "Games Media Awards" mükafatını qazanmışdır.
Sergey Rebrov
Sergey Stanislavoviç Rebrov (ukr. Сергій Станіславович Ребров; 3 iyun 1974[…], Qorlivka) — keçmiş sovet və ukrayna futbolçusu, hücumçu. Karyerasının sonuna yaxın daha çox hücuma meylli yarımmüdafiəçi kimi çıxış edirdi.Karyerasının böyük hissəsini Dinamo Kiyevdə (1992–2000 və 2005–2008-ci illər). Ukrayna, Rusiya və Türkiyə çempionatlarının qalibi olmuşdur. İngiltərə Premyerliqasında, həmçinin Ukrayna millisində çıxış etmişdir. 2009-cu ildə futbolçu karyerasını bitimişdir. Hal-hazırda Dinamo Kiyev klubunun baş məşqçisidir. Ukrayna çempionatında 100-dən artıq qol vurmuş ilk oyunçudur. 1992-ci ildə Dinamo Kiyevə keçməzdən əvvəl Şaxtyorun yeniyetmələrdən ibarət komandasında çıxış etmişdir. 1992–2000-ci illər ərzində Ukrayna çempionatının 189 oyuna 93 qol, Ukrayna kubokunun 25 oyununda isə 18 qol vurmuşdur.
Jerar Debrö
Jerar Debrö (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Jerar Debrö Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Garcinia rubro-echinata
Retro (veriliş, 1979)
"Retro" — 1983-cü ildən 2001-ci ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan film verilişi. Verilişin aparıcıları 1983-cü ildən 1985-ci ilə qədər kinorejissor Ayaz Salayev, 1985-ci ildən 2001-ci ilə qədər aktrisa Həmidə Ömərova olub. Veriliş ilk dəfə 1983-cü il mayın 5-də yayımlanıb. Verilişin ilk buraxılışında ABŞ-nin 1941-ci ildə çəkilmiş "Günəşli vadinin serenadası" tamaşaçılara nümayiş edilib.
Retro (veriliş, 1983)
"Retro" — 1983-cü ildən 2001-ci ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan film verilişi. Verilişin aparıcıları 1983-cü ildən 1985-ci ilə qədər kinorejissor Ayaz Salayev, 1985-ci ildən 2001-ci ilə qədər aktrisa Həmidə Ömərova olub. Veriliş ilk dəfə 1983-cü il mayın 5-də yayımlanıb. Verilişin ilk buraxılışında ABŞ-nin 1941-ci ildə çəkilmiş "Günəşli vadinin serenadası" tamaşaçılara nümayiş edilib.
Şova Retro Qablaşdırma Muzeyi
Şova Retro Qablaşdırma Muzeyi (昭和レトロ商品博物館, Şova Retoro Şohin Hakubutsukan) – Yaponiyanın Ome şəhərində yerləşən muzey. Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur. Muzey 1999-cu ildə Ome şəhərində açılmışdır. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir və tarixi tikili hesab olunur. Muzey Yaponiyada 1926–1989-cu illərdə davam etmiş Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarının kolleksiyasına ev sahibliyi edir. Yerli şəxslərin də töhfə verdikləri muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, Qodzilla və Ultramen kimi personajların kaycu fiqurları daxildir. Şova dövrünün retro məhsulları kolleksiyası ilə yanaşı muzeydə folklor haqqında sərgi yerləşir. Bu sərgi Lefkadio Hern tərəfindən populyarlaşdırılmış "Qar qadını" adlı hekayəyə həsr olunmuşdur. Belə ki, Lefkadio Hern bu hekayəni Omedə yaşayan bir fermerdən eşitmişdir.
Ebröy
Ebröy (fr. Ébreuil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebröy kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03107. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1270 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Ocaqda əhəng daşı hasil olunur. 2007-ci ildə əmək qabiliyyətli 703 nəfər (15-64 yaş arasında) 457 nəfər iqtisadi cəhətdən fəal, 246 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65.0%, 1999-cu ildə 61.4%). Fəal 457 nəfərdən 427 nəfəri (228 kişi və 199 qadın), 30 nəfəri işsiz (10 kişi və 20 qadın) idi.
Erebru
Erebru (isv. Örebro [œrəˈbruː]) — İsveçdə şəhər, Erebru lenin inzibati mərkəzi və Erebru kommunası. Nerke tarixi əyalətində, Elmaren gölünün qərb hissəsində yerləşir. Əhalisi — 132 277 nəfərdir (2009). 1200-cü ildə əsası qoyulmuşdur, 1404-cü ildə şəhər statusu almışdır. == Görməli yerləri == Erebru qalası, 1240-ci ildə Birqer tərəfindən əsası qoyulmuşdur Müq. Nikolayın roman-qotik kilsəsi (XIII əsrin 2-ci yarısı) Diyarşünaslıq muzeyi Svampen su qülləsi == Tanınmış şəxslər == Yalmar Berqman (1883—1931) — romançı və dramaturq Stiq Blomkvist (d. 1946) — yarış avtomobil sürücüsü. 1984 Dünya ralli çempionu Yens Byüqqmar (d. 1985) — dağ xizəkçisi, iki dəfə dünya çempionu Daniel hersoq Vesterqotlandlı (d.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).
Hebron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Rebis
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Reborn
Reborn - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı altıcı albomdur. Albom 2008-ci ildə Avropa və Macarıstanda satışa çıxarılıb. Həmçinin alboma daxil olan iki mahnıya - "Reborn" və "Prayers" mahnılarına klip də çəkilib.
Rəbab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
İerro
İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir. Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir. İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir.
Rebut
Yenidənyazma və ya rebut (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası. Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır. Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır. Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.
El Cerro
El Cerro (ing. Al Jarreau) - ABŞ-lı məşhur caz musiqisi ifaçısı. Qremmi mükafatı və müxtəlif musiqi mükafatları sahibidir. 1981-ci ildə yayımladığı musiqi albomu Breakin' Away və 1980-ci illərdə yayımlanan rol alıb bəzi sinqllarını səsləndirdiyi məşhur serial Mavi Ay ilə tanınır. Müğənninin yüksək bir performans göstərdiyi 1985-ci ildə səsləndirdiyi sinqlı We Are the World populyardır. Miluoki, Viskonsində 12 mart 1940-da doğulan El Cerro 12 fevral 2017-də 76 yaşında ölüb.
Eucalyptus crebra
Eucalyptus crebra (lat. Eucalyptus crebra) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus racemosa var. longiflora Blakely Metrosideros salicifolia Sol. ex Gaertn.
Euro Neuro
Euro Neuro — Monteneqronun Avroviziya-2012 mahnısıdır. Yarım finalda məğlub olub. Mahnını Rambo Amadeus ifa edib.
II Pedro
II Pedro (port. Pedro II, 2 dekabr 1825[…], Rio-de-Janeyro – 5 dekabr 1891[…], Paris) — Braziliya imperatoru olaraq Braqansa dinastiyasından olan və ölkəni 1831–1889-cu illərdə idarə edən şəxs == Həyatı == Adı — Pedro di Alkantara Juan Karluş Leopoldo Salvador Bibiano Fransisko Şaver di Paula Leokadio Migel Qabriel Rafael Qonzaqa di Braqansa və Austriya (port. Pedro de Alcântara João Carlos Leopoldo Salvador Bibiano Francisco Xavier de Paula Leocádio Miguel Gabriel Rafael Gonzaga de Bragança e Áustria). II Pedro öz imperator postuna cəmi 5 yaşında I Pedru (Braziliya imperatoru)nun ölümündən sonra gəlir. Parlament 1840-cı ilə qədər ölkəni idarə edərək onu hakimiyyətun yeganə mənbəyi elan etmişdir. Yaxşı təhsil almışdır (onun ilk müəllimi Joze Bonifasiu di Andrada və Silva olmuşdur). 1843-cü ildə o, Tereza Kristina Burbon Siçiliyalı ilə evlənmişdir(1822–1889). O, I Fransiskın (Birləşmiş Siçiliyanın kralı) qızıdır. Onların iki oğlu və iki qızı doğulur: Afonsu Braziliyalı (1845–1847) İzabella Braziliyalı (1846–1921), kronşahzadə, регент Бразилии. O, Luis Filip Qaston di Orleansa ərə getmişdir.
I Pedro
I Pedro (port. Pedro I de Portugal; 8 aprel 1320, Koimbra – 18 yanvar 1367[…], Eştremoş[d]) — Portuqaliya krallığının VIII kralı.