Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekvizit
Rekvizit (lat. requisitum, azərb. tələb olunan‎) — tamaşa və ya kinofilm çəkilən zaman lazım olan bütün əşyalar.
Claudia Letizia
Klaudiya Letisiya (it. Claudia Letizia) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Letizia Ramolino
Letizia Romalino (24 avqust 1750, Ayaçço – 2 fevral 1836, Roma) — italyalı zadəgan, Napoleon Bonapartın anası. Letizia 24 avqust 1750-ci ildə Korsikada doğulmuşdur. Həyat yoldaşı Karlo Bonapartdır. 8 uşağı olmuşdur. (5 oğlan 3 qız). Uşaqlarından biri Napoleon Bonapartdır. 2 fevral 1836-cı ildə Romada vəfat etmişdir.
Revilya-Xixedo
Revilya-Xixedo (isp. Islas Revillagigedo) — Sakit okeanda yerləşən və inzibati cəhətdən Meksikanın Kolima ştatı ərazisinə daxildir. Arxipelaqın ən iri adaları Sokorro, San-Benedikto, Roka-Partida və Klarion adalarıdır. Arxipelaq vulkan məşəllidir. Onun sahəsi 169 km² təşkil edir.
Vicia ervilia
Kürüşnə (lat. Vicia ervilia) -Mərciməyəbənzər çölnoxudu, lərgə cinsinə aid bitki növü.
Stamata Reviti
Stamata Reviti (yun. Σταμάτα Ρεβίθη; 1866, Siros[d], Cənubi Egey adaları – 1896) — 1896 Yay Olimpiya Oyunları zamanı 40 kilometrlik marafonda qaçan yunanlı qadın. Təşkilatda yalnız kişi idmançılar mübarizə apara bilsələr də, Reviti qaçışına icazə verilməsini israrla təkid edir. Kişilərin qaçdığı rəsmi marafon başa çatdıqdan bir gün sonra eyni məsafəni 5 saat 30 dəqiqəyə tamamladığına və qaçış müddətini təsdiqləyən şahidlərin olmasına baxmayaraq finalda Panatinaikos stadionuna girməsinə icazə verilmədi. Sənədlərini qəbul edəcəkləri ümidilə Yunanıstan Olimpiya Komitəsinə təqdim etmək üçün düzəltsə də, bu edib etmədiyi məlum deyil. Revitinin qaçışından sonra həyatı barədə heç bir məlumat yoxdur. Müasir mənbələrə görə, olimpiya tarixçiləri arasında eyni marafonda qaçdığı iddia edilən "Melpomen" adlı ikinci bir qadının Reviti ilə eyni adam olub olmadığı barəsində fərqli fikirlər mövcuddur. == Bioqrafiyası == === 1896-cı ilə qədər olan həyatı === Stamata Reviti 1866-cı ildə Siros şəhərində anadan olub. Həyatına dair qeydlərə əsasən, o 1896-cı ildən Pirey şəhərində yaşamış və iki övladı olmuşdu. Oğullarından biri 1895-ci ildə yeddi yaşında olarkən ölmüş, digər uşaq isə 1896 Yay Olimpiya Oyunları zamanı on yeddi aylıq idi.