Redinq Muzeyi
Redinq Muzeyi — İngiltərənin Berkşir qraflığının Redinq şəhərində tarixi muzey. Muzey Redinqin tarixini təsvir edən qalereyaları, qazıntılar zamanı aşkar edilmiş artefaktları və digər kolleksiyaları ehtiva edir.
Muzeyin fasadı 1875-ci ildə Alfred Uaterhous tərəfindən layihələndirilsə də, bina 1786–1897-ci illər arasında bir neçə mərhələyə tikilmişdir. 1879-cu ildə kitabxana və muzeyin yerləşdiyi yeni qanadın təməli qoyuldu və muzey 1883-cü ildə açıldı. 1897-ci ildə muzey daha da genişləndi və yeni qalereyalar əlavə edildi.
Muzey 1989-cu ildə təmir üçün bağlandı və 1993-cü ildən 2000-ci ilə qədər mərhələlərlə açıldı.
Qalereyada VI-cı əsr, Saksonların yaşadəğı dövrə aid eksponatlar nümayiş etdirilir. Redinq Abbatlığına xüsusi diqqət yetirilir.
Qalereyada yaxınlıqdakı Silçester şəhərində aparılan qazıntılardan əldə edilən çoxlu arxeoloji tapıntılar, eləcə də Roma şəhərinin həyatına dair izahlı modellər və digər məlumatlar nümayiş etdirilir. Qalereyaya bürünc Silçester Qartalı daxildir.