Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekreasiya
Rekreasiya (polyakca – recreacya – istirahət. Lat. recreatio – istirahət) – Təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması. == Rekreasiya dəyişilmələri == İstirahət edənlər və turistlər tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bitkinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır. Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir. == Rekreasiya diqressiyası == Əhalinin istirahəti üçün təbii komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk, giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin tapdanması və torpağın bərkiməsi) baş verir.
Rekreasiya ehtiyatları
Rekreasiya ehtiyatları— Rekreasiya ehtiyatlarına (istirahət) rekreasiya və turizmin təşkili üçün istifadə edilə bilən,nadir tarixi və bədii dəyərə malik olan, estetik cazibədarlığı və müalicə-sağlamlıq əhəmiyyətinə malik olan təbii və antropogen obyektlər daxildir.Rekreasiya ehtiyatları dörd əsas qrupa ayrılır.Onlardan birincisi olan rekreasiya-müalicə ehtiyatlarına müalicə əhəmiyyətli mineral sular aiddir. İkinci qrupa rekreasiya-sağlamlıq sahələri daxil edilir.(çimərliklər). Üçüncü qrupa rekreasiya-idman mərkəzləri, məsələn, dağ-xizək idman mərkəzləri aid edilə bilər.Rekreasiya-tanışlıq obyektlərinə tarixi abidələr daxildir. Bir çox hallarda rekreasiya ehtiyatları iki böyük qrupa ayrılır: 1. Təbii rekreasiya-turizm ehtiyatları istirahət,müalicə və turizm üçün istifadə edilir. Onlara okeanlar,dənizlər,çaylar və göllərin sahilboyu əraziləri,dağlar meşə massivləri,mineral suların mənbələri aiddir. Belə təbii landşaftlara yaxın istirahət,idmanla məşğul olmaq,ov etmək,balıq tutmaq üçün əlverişli imkanlar vardır. 2. Mədəni-tarixi obyektlərə tarixi, arxeoloji,şəhərsalma,arxitektura,incəsənət abidələri daxildir.Bu qrupa aid olan abidələrə Londonda Vestminster, Moskvada Kreml,Romada Kolizey,Hindistanda Tac-Mahaldır.
Psixoaktiv maddələrin rekreativ istifadəsi
Psixoaktiv maddələrin rekreativ istifadəsi (ing. Recreational drug use) — psixoloji aktiv maddələrin zövq və ya digər məqsədlər üçün tibbi göstəricilərlə əlaqəli olmayan dövri və ya epizodik istifadəsi. Bu istifadə çox vaxt fərdin ictimai fəaliyyəti ilə əlaqələndirilir, tipik nümunələr şənliklər, klublar və barlarda istifadədir. Preparatların istifadəsi, qanuni və qeyri-qanuni olmaqla iki yerə bölünür. Eyni zamanda, rekreativ preparat və ya rekreativ psixoaktiv maddə termini ilə də vurğulanır. Vaxtaşırı və ya bəzən zövq, məmnunluq hissi, o cümlədən sosial münasibətlər və qrup rekreasiyası üçün istifadə olunan bir dərman və ya maddədir.Bir çox psixoaktiv maddələrin tez-tez istifadəsi bu maddələrdən asılılığı və müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Rekreativ preparatlara — pivə, şərab və likörlər də daxil olmaqla bütün spirtli içkilər, marixuana və qaşiş; nikotin, qəhvə, çay və sərinləşdirici içkilər də daxil olmaqla bütün kofein məhsulları və resept ilə əlaqəli olmayan dərmanlar aiddir. 2015-ci ildə aparılan araşdırmalar nəticəsində, 15–65 yaş arası insanların təxminən 5% -nin ən azı bir dəfə qanunsuz narkotik istifadə etdiyi hesablanmışdır. == İstifadə == Bir çox tədqiqatçı narkotikin rekreativ istifadəsinin etiologiyasını araşdırmışdır. Genetik, şəxsiyyət növü, psixoloji problemlər, özünü müalicə, cinsiyyət, yaş, ani hiss, insanın təməl ehtiyacları, maraq, ailə və sevgi problemləri, məktəbdə və ya işdə uğursuzluqlar, sosial-iqtisadi streslər, həmyaşıdların təzyiqi, yetkinlik yaşına çatmayanların cinayətkarlığı, tarixi amillər və ya sosial-mədəni təsirlər ən geniş müşahidə olunan nəzəriyyələrdir.