Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. == Coğrafiya == Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. == Tarix == Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. == Tarixi == Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Robots.txt
Vikipediyanın robots.txt faylı üçün: https://az.wikipedia.org/robots.txt robots.txt — veb-saytlar tərəfindən axtarış botlarına və digər botlara veb-saytın hansı hissələrinə daxil olmağa icazə verildiyini göstərmək üçün istifadə edilən standart olan "Robots Exclusion Protocol" protokolunu həyata keçirmək üçün istifadə edilən fayl adı. Bu, könüllü razılığa əsaslanır. Bütün botlar standarta əməl etmir. Əksinə, təhlükəsizlik boşluqlarını skan edən e-poçt spamçıları, spam-botlar, zərərli proqramlar və robotlar veb-saytın onlardan kənarda qalmaları xahiş edilən hissələrdən (Robots Exclusion Protocol ilə) başlaya bilər. "robots.txt" faylı veb-saytlar üçün digər robot daxiletmə standartı olan Sitemaps ilə birlikdə istifadə edilə bilər. == Tarixi == Standart Martin Koster tərəfindən 1994-cü ilin fevralında "Nexor"da işləyərkən, o zaman WWW ilə əlaqəli fəaliyyətlər üçün əsas kommunikasiya kanalı olan "www-talk" poçt siyahısında təklif edilmişdir. Çarlz Stross iddia edir ki, təsadüfən Kosterin serverinə DoS-hücum etməsinə səbəb olan bot yazdıqdan sonra Kosterə "robots.txt" yaratmağı təklif edib. O tez bir zamanda "WebCrawler", "Lycos" və "AltaVista" kimi axtarış motorları tərəfindən idarə olunanlar da daxil olmaqla, ən çox uyğun gələn indiki və gələcək veb skanerlərinin əməl edəcəyi de-fakto standarta çevrildi. 1 iyul 2019-cu ildə "Google" IETF çərçivəsində rəsmi standart olaraq "Robots Exclusion Protocol"nu təklif etdi. Təklif olunan standart 2022-ci ilin sentyabrında RFC 9309 olaraq nəşr olundu.
Mr. Robot
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. == Mövzusu == Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
NAO (Robot)
Pars robot
“Pars Robot” PUA-sı 2013-cü ildə İranın RTS laboratoriyasının aerokosmik mütəxəssisləri tərəfindən hazırlanan mülki xilasetmə dronudur. Pilotsuz vasitə dizaynı baxımından bu sinfin adi kopterlərindən o qədər də fərqlənmir, lakin ölçüsü baxımından bu cihaz daha böyükdür və tamamilə fərqli məqsədlərlə istifadə olunur. Müasir kopterlərin əksəriyyəti aerofotoqrafiya, müəyyən perimetrdə təhlükəsizliyi təmin etmək və sosial ticari xarakterli videolar çəkmək üçün istifadə edilsə də, bu pilotsuz uçan aparatın əsas təyinatı boğulan insanların xilas edilməsində bir vasitə kimi istifadəsindən ibarətdir. Pilotsuz aparat boğulan insanları xilas etmək üçün standart vasitələrlə, məsələn insanın suyun səthində qalmasına imkan verən xilasetmə qurğuları ilə təchiz olunur. Xilasedici suda bir nəfərin boğulmağa başladığını gördükdə, insandan dörd dəfə daha sürətli hərəkət edə bilən pilotsuz vasitə ilə həmin əraziyə yola düşür. Buna görə də yardım göstərmək ehtimalı dəfələrlə artır. Boğulan bir adamın göründüyü yerə gəldikdən sonra “Pars Robot” pilotsuz uçuş aparatı xilasedici dairə və ya başqa bir vasitə ilə insanı suyun üzərində havada saxlayır, sonra isə fəaliyyət proqramına uyğun olaraq dislokasiya nöqtəsinə qayıdır. == Tarixi == Robotun bir prototipi 2013-cü ilin avqust ayında Xəzər dənizində sınaqdan keçirildi. Yeddi günlük müddətdə robotun fərqli cəhətləri uğurla sınaqdan keçirildi. Robotla xilasedici arasında bir yarışma edildiyi zaman robotun səmərəliliyi daha yaxşı idi, robotun çimərlikdən 75 metr məsafədə olan bir köməyə ehtiyacı olan insana 22 saniyədə bir xilasetmə borusu verdiyi, xilasedicinin isə köməyə ehtiyacı olan insana yaxınlaşması 90 saniyə sonra olmuşdur.
Sofiya (robot)
"Sofiya" (ing. Sophia) — dünyada ilk süni intellektli humanoid robot. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanmışdır. "Sofiya" süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak etmişdir.
Cənab Robot (teleserial, 2015)
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. == Mövzusu == Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
ROS (Robot Operating System)
ROS (Robot Operating System)- Robot əməliyyat sistemi robotlar üçün proqram yazmaq imkanı verən freymvorkdur. İlk versiyası 2007-ci ildə Stanford Süni İntellekt Laboratoriyasında yaradılmışdır. ROS C++ dilində yazılsada, Python və Lisp dillərini dəstəkləyir. Java və Lua dillərində isə eksperimental kitabxanaları var.
Mən robot deyiləm (teleserial 2018)
I'm Not a Robot (Korean: 로봇이 아니야; RR: Robosi Aniya) Yu Sunho, Çe Su-bin və Om Ki-cun-un rol aldığı Cənubi Koreya serialıdır. Kim Sunmi tərəfindən yazılıb, rejissoru Cun Deyun(Jung Dae-yoon)dur. MBC üçün serialın istehsalçısı May Queen Pictures -dir. MBC -də 6 dekabr 2017-ci ildən 25 yanvar 2018-ci ilədək çərşənbə və cümə axşamı günləri 21: 55 -də (KST) 32 bölüm üçün yayımlandı.(hər bölüm 35 dəqiqə) Serial 22.09.2019–10.11.2019 tarixləri arasında hər həftəsonu — 17.00-da olmaqla (Azərb.saatı) Azərbaycan kanalı Dalğa TV-də yayımlanmışdır. == Süjet == Kim Minqyu (Kim Min-kyu) (Yu Sunho), digər insanlarla fiziki təmasa şiddətli alerjisi səbəbiylə lüks, lakin təcrid olunmuş bir həyat yaşayır. Hər hansı bir dəri ilə təmasda olduqda bədəninə sürətlə yayılan həddindən artıq həyati təhlükəli döküntülər əmələ gəlir. Ço Cia (Cho Ji-a) (Çe Su-bin) ixtiralarına əsaslanaraq biznes qurmağa çalışır. (xüsusən də iki şəbəkəli ürək şəkilli lampa). Minqyu, KM Financial-ın sədri və ən böyük səhmdarıdır. Səhmlərini 15 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən valideynlərindən miras aldı.
Robert
Robert — dünyada çox işlədilən kişi adı. Robert Spreq — Frank Spreq və Harriet Spreqin oğlu Robert Boş — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. Robert Bradtke — ABŞ diplomatı. ABŞ-nin Xorvatiyadakı səfiri Robert Ekhart — kinorejissor.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
Rodos
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Artemisia robusta
Artemisia robusta (lat. Artemisia robusta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Azeri (volost)
Azeri (est. Aseri vald) — Estoniyada balaca bir volost. Volostin sahəsi — 67,1 км². Onlardan 30 % meşədir. Volost mərkəzinin ərazisində 8 kənd var. Məlumatlara görə 2003-cü ildə Kooqu kəndində 38 insan yaşayırdı, Rannu kəndində — 201, Kırtsialuse kəndində — 33, Azerialu kəndində — 30, Kırkkyula kəndində — 38, Kalvi kəndində — 40, Kestla kəndində — 37, Oru kəndində — 24 adam.
Bobbi Robson
Ser Robert Uilyam "Bobbi" Robson SVE (ing. Sir Robert William "Bobby" Robson; 18 fevral 1933, Sakriston, Darem qraflığı — 31 iyul 2009) — İngiltərə futbolçusu və futbol məşqçisi. == Həyatı == Bobbi Robson 20 oyun keçirib 4 qol vurduğu yığmaya 1982–1990-cı illərdə rəhbərlik edib. Futbolçu kimi "Fulhem" və "Vest Bromviç"də forma geyinən ingilis 1968-ci ildə başladığı məşqçi karyerasının birinci klubunda başlayıb. 1969-cu ildə "İpsviç"ə keçən gənc məşqçi ardıcıl 13 il sükanı arxasında olduğu komandaya İngiltərə və UEFA kuboklarını qazandırıb. Sonrakı 8 ildə milli komandaya rəhbərlik edən Robson dünya və Avropa çempionatlarında fərqli nəticələr qazanıb. DÇ-86-nın 1/4 finalında Dieqo Maradonanın "Tanrı əli"nin qurbanı olan ingilis 4 il sonra üçüncü yer uğrunda matçda İtaliyaya uduzub. Qitə birinciliklərində isə onun yetirmələri uğura həsrət qalıb. İngiltərə yığmasından sonra klublarda çalışan Robson ümumilikdə 41 il sürən məşqçilik karyerasının sonunadək PSV (Hollandiya), "Sportinq", "Porto" (Portuqaliya), "Barselona" (İspaniya) və "Nyukasl"da (İngiltərə) da işləyib. Hollandiya və Portuqaliyada çempion, İspaniya və Portuqaliyada ölkə kuboku qazanan Robson 12 il əvvəl "Barselona"ya Kuboklar kubokunu qazandırıb.
Bursa robusta
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Capsella robusta
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Eucalyptus robusta
Eucalyptus robusta (lat. Eucalyptus robusta) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Grevillea robusta
Grevillea robusta (lat. Grevillea robusta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea robusta (A.Cunn. ex R.Br.) Christenh. & M.W.Chase Stylurus robustus (A.Cunn. ex R.Br.) O.Deg. === Heterotipik sinonimləri === Grevillea robusta var. compacta Anon. Grevillea robusta var. forsteri L.H.Bailey Grevillea umbratica A.Cunn.
Hydrangea robusta
Hydrangea robusta (lat. Hydrangea robusta) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Jurinea robusta
Jurinea robusta (lat. Jurinea robusta) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kalanchoe robusta
Kalanchoe robusta (lat. Kalanchoe robusta) — dovşankələmikimilər fəsiləsinin kalanxoe cinsinə aid bitki növü.
Karl Robert
Karl Robert və ya I Karl (mac. Károly Róbert, xorv. Karlo Robert, slovak. Karol Róbert, 1288, Neapol – 16 iyul 1342, Vişeqrad[d], Peşt medyesi) — 1308–1342-ci illərdə Macarıstan və Xorvatiyanın kralı, Anju sülaləsinin üzvü, macar kralı Karl Martelin tək oğlu. == Həyatı == Karl Robert Kral Martel və xanımı Avstriyalı Klemensin tək oğlu idi. O 1288-ci ildə anadan olmuşdur. Doğum yeri haqqında dəqiq məlumat yoxdur. Atasının 1295-ci ildə vaftından sonra 7 yaşlı Robert taxta oturur. == Hakimiyyəti == 1300-cü ildə Karl nüfuzlu xorvat lord Pol Şubiçin dəvəti ilə Macarıstan krallığına gəldi. O taxta çıxsa da Karlın başına müvəqqəti tac qoyuldu.
Ligularia robusta
Ligularia robusta (lat. Ligularia robusta) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Rey Robson
Rey Robson (ing. Ray Robson, 25 oktyabr 1994, Quam) ABŞ şahmatçısı, qrosmeyster (2010). 16 iyul 2009-сü ildə gənclər arasında ən gənc ABŞ Çempionu olmuşdur. Dünya Kubokunda iştirak etsə də, uğur əldə edə bilməmişdir. 2014 Millionaire Chess turnirinin finalında Uesli So tərəfindən məğlub edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ray Robson. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Ray Robson. 365chess.com (ing.) Ray Robson. fide.com (ing.) Ray Robson. chessgames.com (ing.) Ray Robson.
Robert Cecil
Robert Cecil (d. 1 iyun 1563 – ö. 24 may 1612) - İngilis əsilli dövlət xadimi və siyasətçi.
Robert Cenkins
Robert Cenkins (ing. Robert Jenkins; ? — 1745) — İngiltərə və İspaniya arasında yaranmış müstəmləkə konfliktinin (1739–1742), "Cenkinsin qulağı uğrunda müharibə"nin protaqonisti kimi tanınan ingilis taciri və dənizçisi. 1738-ci ildə Robert Cenkins Böyük Britaniya İcmalar palatasında keçirilən iclasa içərisində spirtlənmiş insan qulağı olan şüşə qabla gəlir. O öz çıxışında onun qulağının ispan zabiti tərəfindən kəsildiyini və həmçinin ispanların dinc ingilis tacirləri ilə çox pis rəftar etdiyini bildirir. Bu dövrdə ispan gəmiləri Britaniya ticarət gəmilərini Qərbi Atlantika tərəfdə ələ keçirmişdilər. 1713-cü ildə bağlanmış Utrext sülhünə görə Böyük Britaniya ispanların Vest-Hinddə ticarət monopoliyasını tanımış və o bölgədə il ərzində yalnız 1 ticarət gəmisi yükləyib yola sala bilərdi, lakin Britaniya hökuməti Karib hövzəsində olan ingilis gəmilərinin kapitanlarını aktiv kontrabandist fəaliyyətə təşviq edirdi. Bu da bütün ispan ticarətinin dağılmasına, ticarət mübadiləsinin böyük hissəsinin ingilislərin əlinə keçməsinə səbəb olmuşdu. Bu cür vəziyyətdən qəzəblənən ispan hökuməti öz müstəmləkə hakimlərindən qaçaqmalçılara qarşı qəti mübarizə aparmağı tapşırmışdı. Nəticədə iki qüdrətli dəniz dövləti arasında elan edilməmiş ticarət müharibəsi başladı.