Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Roldana
Roldana (lat. Roldana) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Daniel Rolland
Daniel Rolland (11 noyabr 1944, Noyer, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu, baş məşqçisi.
Rolling Stone
Rolling Stone — əsası 1967-ci il Noyabrın 9-da California ştatının San Fransisko əyalətində Yan Venner – hansı ki, indi də jurnalın baş redaktorudur – və musiqi tənqidçisi Ralf Qlison tərəfindən qoyulmuşdur. Jurnal əsasən 2 həftədə bir dəfə nəşr olunurdu və siyasət, mədəniyyət, musiqi və s. sahələrdə məqalələrdən təşkil olunurdu. 90-cı illərdən başlayaraq Rolling Stone gənc oxucuların marağını nəzərə alaraq daha çox gənclərə aid televiziya şouları, film aktyorları və dövrün populyar musiqi və musiqiçiləri barədə məqalələr yazmağa başladı. Son illərdə jurnal yenidən əvvəlki formatına qayıdıb.
Rolling Stones
'The Rolling Stones (МФА:[ˈrəʊ.lɪŋ stəʊnz]; ingilis dilindən tərcümədə "yuvarlanan daşlar", məzmun tərcüməsi — «azad səyyahlar» və ya" avaralar"») — 12 iyul 1962-ci ildə yaranmış və populyarlığına görə The Beatles qrupu ilə ciddi rəqabətdə olan Böyük Britaniya rok-qrupu. Rolling Stones musiqi tarixində ən uğurlu rok-qruplardan sayılır.. Quruluşunun ilk illərində heyətində Brian Johns (gitara, armonica), lan Stewart (piano), Mick Jagger(Mik Caqqer) (vokal, piano), Keith Richards (vokal, gitara), Bill Wyman (bas gitara) və Charlie Watts (bateri) var idi. Wyman - in qrupdan ayrılmasından sonra qrupun tam heyəti Jagger, Richards, Watts və Ronnie Wood - dan ibarət idi. Darryl Jones (bas gitara) və Chuck Leavell davamlı olaraq kömək edirdilər amma qrupun tam üzvləri deyildilər. Qrup 1989 - cu ildə Rock and Roll Hall of Fame-ə daxil oldu. Rolling Stone jurnalı qrubu "Gəlmiş-keçmiş ən yaxşı 100 sənətçi" siyahısında 4-cü yerə qoydu. The Rolling Stones ilk başda Avropada məşhur idi, daha sonra şöhrətləri 1960 - ların ortasında yaşanan "British Invansion" deyilən ingilis rok musiqi dalğası ilə bərabər Cənubi Amerikaya qədər yayıldı. Ümumilikdə 22 ədəd ( 24 ədəd ABŞ - da) studio albomu yayımladılar. Son albomları, "A Bigger Bang", 2005 - də yayımlanmışdır.
Rollinq körpüsü
Rollinq körpüsü (ing. The Rolling Bridge) — İngiltərədə körpü Tomas Hitervik tərəfindən hazırlanmış layihə əsasında körpünün tikintisi 2005-ci ildə başa çatdırılmışdır. Bu unikal körpü Londonun Paddinqton rayonunda yerləşir. Əsas xüsusiyyəti hər cümə günü səkkizguşəli fiqur formasından körpüyə çevrilməsidir. Günün sonunda körpü yenidən səkkizguşəli fiqura çevrilir və hidravlika ilə idarə olunur.
Senecio roldana
Senecio roldana (lat. Senecio roldana) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Solvanq (Kaliforniya)
Solvanq (dan. Solvang - günəşli sahələr) — Amerika Birləşmiş Ştatlarında şəhər. Kaliforniya ştatında yerləşir. Əhali sayı 5 000-dən çoxdur. Aşağıdakı diaqram Solvanqa yaxın şəhərləri göstərir. Danimarka, Olborq, 1971-ci ildən.
Volfqanq Borxert
Volfqanq Borxert və ya Volfqanq Borşert (alm. Wolfgang Borchert‎; 20 may 1921[…], Hamburq – 20 noyabr 1947[…], Bazel) — Alman yazıçısı. Dahi alman yazıçısı Volfqanq Borxert 1921-ci ildə anadan olmuşdur. O uşaqlıqdan sənətə, ədəbiyyata böyük maraq göstərmişdir. Bu maraq da onu sənətə yaxınlaşdırmışdır. O çox istedadlı, savadlı bir yazıçı idi. Onun istedadı özünü əsərlərində göstərir. Dahi yazıçı "Rus qarı", "Torpaq", "Milad töhfəsi" kimi əsərlərin müəllifidir. Yazıçı 1947-ci ilde gənc yaşında vəfat etmişdir.
Volfqanq Helbiq
Volfqanq Helbiq (alm. Wolfgang Helbig‎; 2 fevral 1839, Drezden – 6 oktyabr 1915 və ya 5 oktyabr 1915, Roma) — ömrünün çox hissəsini İtaliyada keçirən Almaniya antikşunası, arxeoloqu və sənət əsərləri satıcısı. Drezdendə anadan olmuşdur və burada oxumuşdur. daha sonra Göttingen və Bonn universitetlərində klassik filologiya və arxeologiya üzrə təhsil almışdır. Almaniya Arxeoloji İnstitutunun təqaüdçüsü kimi iki ilini Romada keçirdi. İtaliya, Fransa və Yunanıstan üzrə çoxlu səyahətlər etmişdir, Şimali Afrika və Rusiyada olmuşdur. Rus knyaginyası və Listin şagirdi olmuş pianoçu Nadejda Şaxovskaya (1847—1922) ilə evlənmişdir. Cütlük Romada yaşayırdı və Helbiq burada Almaniya Arxeoloji İnstitutunun ikinci katibi, universitet professoru, cənubi Etruriya arxeoloji qazıntılar komissarı və Dei Linçei Akademiyasının üzvü kimi fəaliyyət göstərirdi. Əsas əsərləri aşağıdakılardır:: «Wandgemälde der vom Vesuv verschütteten Städte» (Лейпциг, 1864); «Untersuchungen über die kampanische Wandmalerei» (1873); «Die Italiker in der Po-Ebene» (1879); «Das homerische Epos aus den Denkmälern erläutert» (Лейпциг, 1884—87); «Die Kampanische Wandmalerei»; «Altital. Kultur- und Kunstegeschiche» (1879).
Volfqanq Maniq
Volfqanq Maniq (1958) — Almaniyalı diplomat. 2019-cu ilin iyul ayından Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri kimi çalışır. Maniq Erlanqen, Lozan və Münhen şəhərlərində hüquq təhsili alıb və 1987-ci ildə öz təhsilini 2-ci dövlət imtahanı ilə başa vurur. 1993-cü ildə isə Bilefeld Universitetində doktorluq dərəcəsi əldə edir. Diplomatik fəaliyyətə 1987-ci ildə başlamışdır. Avropa Birliyinin ictimai hüquq məsələləri şöbəsində çalışdıqdan sonra, onun ilk xarici təyinatı 1989–1992-ci illərdə İslamabaddakı (Pakistan) Alman Səfirliyinə olmuşdur. 1994-cü ildən 1996-cı ilə kimi Brüseldə NATO baş katibinin idarəsində işləmişdir. 1996–1998-ci illərdə Maniq Riqadakı (Latviya) Alman Səfirliyində daimi müvəkkil vəsifəsində fəaliyyət göstərmişdir. 1998-ci ildə Federal Xarici İşlər Nazirliyinin NATO şöbəsində çalışmış, 1998-ci ildən isə Xarici İşlər Nazirliyində Miqrasiya və Sığınacaq şöbəsində müdir müavini vəzifəsini icra etmişdir. Sözügedən vəzifəsindən irəli gələrək o, viza məsələləri ilə əlaqədar Viza istintaq komitəsinin məşvərətçi kimi də fəaliyyət göstərmişdir.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Volfqanq Pauli
Volfqanq Ernst Pauli (alm. Wolfgang Pauli‎, 25 aprel 1900, Vyana – 15 dekabr 1958, Sürix) — görkəmli Avstriya fiziki, 1945-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı. Volfqanq Pauli 1900-cü ildə Vyanada yəhudi mənşəli, lakin sonradan katolik dinini qəbul etmiş həkim və biokimya professoru Volfqanq Yozef Paulinin ailəsində anadan olmuşdur. Volfqanq Münhen universitetində Arnold Zommerfeldin sinfində oxumuşdur. Burada Zommerfeldin xahişi ilə 20 yaşlı Pauli ümumi nisbilik nəzəriyyəsinə həsr olunmuş „Fizika ensiklopediyasına" xülasə yazır və bu monoqrafiya indiyə qədər klassik əsər sayılır. Daha sonra o Göttingendə, Kopenhagendə, Hamburqda, Prinstonda (ABŞ) və Zürix ali elektrotexniki məktəbində (İsveçrə) dərs deyir. Paulinin adı ilə kvant mexanikasının bir çox fundamental anlayışları bağlıdır. O elementar hissəciklərin spini anlayışını elmə daxil etmiş və neytrinoların movcüdluğunu xəbər vermişdir. Pauli özünün "istisna prinsipi" – Pauli prinsipinə görə 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1958-ci ildə isə nüfuzlu Maks Plank medalı ilə təltif olunur.
Volfqanq Ratke
Volfqanq Ratke (tam adı: Volfqanq Ratke; alm. Wolfgang Ratke‎; 18 oktyabr 1571 və ya 18 oktyabr 1571 – 27 aprel 1635 və ya 17 aprel 1635, Erfurt) — alman təhsil islahatçısı, pedaqoq. Volfqanq Ratke 1571-ci ildə Holşteyn əyalətinin Vilster qəsəbəsində anadan olmuşdur. Atası Andreas Ratkeni çox erkən yaşında itirmiş, anası Marqaret Rost isə 19 may 1613-cü ildə 66 yaşında vəfat etmişdir. Volfqanq Ratke Yohan Akademik Məktəbində və Rostok Universitetində təhsil alıb. Hollandiyada yaşayarkən (1603-11) dilləri tez bir zamanda öyrətmək üçün yeni bir üsul hazırladı. Onun təhsil sistemi Frensis Bekonun fəlsəfəsinə əsaslanırdı: prinsipi əşyalardan adlara, xüsusidən ümumiyə və ana dilindən xarici dillərə doğru irəliləmək idi. Ratkenin təməl ideyası belə idi ki, Bekonun induksiya nəzəriyyəsi də təbiəti izləyir, yəni beyin biliyi əldə edərkən xüsusidən ümumiyə doğru hərəkət etdiyindən təbii ardıcıllıq baş verir. O, hər şeydən əvvəl, bütün fənlərə yanaşmaq üçün müvafiq vasitə kimi yerli vasitələrdən istifadəni müdafiə edir və Latın məktəbi əsasında yerli məktəb yaradılmasını tələb edirdi. 1618-ci ildə Auqsburq və başqa yerlərdə məktəblər açdı.
Volfqanq Puşniq
Volfqanq Puşniq ing. Wolfgang Puschnig (21 may 1956, Klaqenfurt) — avstriyalı caz musiqiçisi (Saksofon, Fleyta, klarnet) və bəstəkardır. Vyana Konservatoriyasında saksafon və fleyta üzrə təhsil aldıqdan sonra Puşniq 1970-ci illərin ortalarında Vyana İncəsənət Orkestrinin qurucu üzvlərindən biri olmuşdur. Burada 1989-cu ilə qədər çalışmışdır. Eyni zamanda bu müddət ərzində o, müxtəlif musiqi qruplarında üzv olmuşdur. 1991-ci ildə caz musiqiçiləri ilə birlikdə çalışmağa başlamışdır. ( JazzFest Berlin 2006, Musikfest Waidhofen / Thaya 2007). Bundan əlavə, o, dəfələrlə Koreyanın SamulNori adlı zərb alətləri ansamblı ilə birgə çıxış edib. Puşniq həmçinin Vyana Musiqi və İfa Sənəti Universitetinin professorudur. 1998: Hans Koller mükafatı "İlin caz musiqiçisi" 2003: Karintiya Mükafatı 2004: Klagenfurt Universitetinin fəxri doktoru adını alan ilk musiqiçi 2016: Karintiya Zabit Xaç Ordeni 2022: Karintiya mədəniyyət Mükafatı (alm.
Bolqan (Çaroymaq)
Bolqan (fars. بلقان‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 20 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 9 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Dolqan dili
Dolğan dili (Dolğanca: Haka tıla, saxa Dulğan tıla) — dolğanların dili, türk dillərindən biri. Rusiyanın Krasnodar diyarının Taymır rayonunda və Yakutiyanın Anabar ulusunda yayılıb. Danışanların təxmini sayı təqribən min nəfərdir (siyahıyaalma, 2010). == Adının mənşəyi == Adı yakutların Dolqan tayfasının adından yaranıb. == Təsnifatı == Türk dilləri qrupuna aiddir. Yakut dilinin dialektindən yaransa da, evenk dilinin təsiri böyükdür. == Dialektləri == Norilsk, payasin, xatanq və popiqay şivələri vardır. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Андросова С. И.: Долганский язык // Языки мира. Тюркские языки. М, 1997.
Roland Qlavani
Roland Qlavani (20 Aprel 1922 – 16 Yanvar 2017) — Fransalı ordu generalı.
Roland Vimi
Roland Vimi (21 iyun 1961) — Çexoslovakiyanı təmsil edən stolüstü tennisçi. Roland Vimi Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Romen Rollan
Romen Rollan (fr. Romain Rolland, 29 yanvar 1866[…] – 30 dekabr 1944[…]) — fransız yazıçı, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915). Birinci Dünya müharibəsinin başlaması ilə əlaqədar 1914-cü ildə heç bir sahədə Nobel mükafatı verilməmişdi. Növbəti ilin ədəbi laureatı isə Romen Rollan olmuşdu. Romen Rollan Fransanın cənubundakı Klamsi şəhərində, zəngin burjua ailəsində doğulmuşdu. Atası populyar və ünsiyyətə açıq adam idi. Vəkillik fəaliyyəti ilə məşğul olurdu. Anası isə qapalı həyat tərzinə üstünlük verən dindar qadın kimi tanınırdı. Antuanetta Mari Kupo oğlunun musiqi təhsili ilə özü məşğul olurdu. Kiçik yaşlarından ona Bethoven musiqisinə böyük məhəbbət aşılamışdı.
Roland Juhász
Roland Juhász (1 iyul 1983-cü ildə anadan olub) — mərkəz müdafiəçisi kimi çıxış edən macar keçmiş peşəkar futbolçudur . Juhász gənclik karyerasını Tápiószecső-da yerli Tápiószecső FC klubunda oynayıb. Peşəkar karyerasına 1999-cu ildə MTK Budapest FK-da başlayıb. O, Macarıstan Liqasında 107 oyun keçirərək və 12 qol vurarak Macarıstan Milli Futbol Komandasının məşqçisini onu heyətə cəlb etməyə razı salıb. Juhasz 2002–03 mövsümündə MTK Budapest ilə Macarıstan Liqası çempionu olub. Macarıstan Liqasının 2004–05 mövsümünün sonunda Belçikanın RSC Anderlecht klubu ilə müqavilə imzaladı. Juhasz 29 avqust 2005-ci ildə Anderlext ilə müqavilə imzaladı O , UEFA Çempionlar Liqasında Chelsea ilə oyunda klubda debüt etdi. 2005-ci il sentyabrın 19-da ayağında sümüyü sındırdı ki, bu da "Anderlext"in bir neçə həftəlik macar müdafiəçidən məhrum olması anlamına gəlirdi. Juhász 2005–06, 2006–07, 2009–10, 2011–12 mövsümlərində klubla dörd dəfə Belçika Pro Liqasının qalibi olub. 2009-cu ildə Macarıstan Futbol Federasiyası tərəfindən Belçika Birinci Divizionunun ən yaxşı müdafiəçisi və 2009-cu ilin ən yaxşı oyunçusu seçilib.
Roland Yuxas
Roland Juhász (1 iyul 1983-cü ildə anadan olub) — mərkəz müdafiəçisi kimi çıxış edən macar keçmiş peşəkar futbolçudur . Juhász gənclik karyerasını Tápiószecső-da yerli Tápiószecső FC klubunda oynayıb. Peşəkar karyerasına 1999-cu ildə MTK Budapest FK-da başlayıb. O, Macarıstan Liqasında 107 oyun keçirərək və 12 qol vurarak Macarıstan Milli Futbol Komandasının məşqçisini onu heyətə cəlb etməyə razı salıb. Juhasz 2002–03 mövsümündə MTK Budapest ilə Macarıstan Liqası çempionu olub. Macarıstan Liqasının 2004–05 mövsümünün sonunda Belçikanın RSC Anderlecht klubu ilə müqavilə imzaladı. Juhasz 29 avqust 2005-ci ildə Anderlext ilə müqavilə imzaladı O , UEFA Çempionlar Liqasında Chelsea ilə oyunda klubda debüt etdi. 2005-ci il sentyabrın 19-da ayağında sümüyü sındırdı ki, bu da "Anderlext"in bir neçə həftəlik macar müdafiəçidən məhrum olması anlamına gəlirdi. Juhász 2005–06, 2006–07, 2009–10, 2011–12 mövsümlərində klubla dörd dəfə Belçika Pro Liqasının qalibi olub. 2009-cu ildə Macarıstan Futbol Federasiyası tərəfindən Belçika Birinci Divizionunun ən yaxşı müdafiəçisi və 2009-cu ilin ən yaxşı oyunçusu seçilib.
Roland Bart
Rolan Jerar Bart (fr. Roland Gérard Barthes, fransız: [ʁɔlɑ̃ baʁt]; 12 noyabr 1915[…], Şerburq[d] – 26 mart 1980[…], XIII arondisman (Paris) və ya Paris) — Fransa ədəbiyyat nəzəriyyəçisi, esseisti, filosofy, tənqidçisi və semiotiki. Onun işi əsasən Qərbin populyar mədəniyyətindən qaynaqlanan müxtəlif işarə sistemlərinin təhlili ilə məşğul olmuşdur. Onun ideyaları müxtəlif sahələri araşdırmış, strukturalizm, antropologiya, ədəbiyyat nəzəriyyəsi və poststrukturalizm də daxil olmaqla bir çox nəzəriyyə məktəblərinin inkişafına təsir göstərmişdir. Bart 1957-ci ildə populyar mədəniyyət haqqında düşüncələri özündə əks etdirən "Mifologiyalar" esse toplusu və 1967-ci ildə ədəbi tənqiddə ənənəvi yanaşmaları tənqid edən "Müəllifin ölümü" essesi ilə məşhurdur. O, akademik karyerası ərzində ilk növbədə Sosial Elmlər Ali Məktəbi və Sosial Elmlər Ali Məktəbi ilə əlaqələndirilmişdir. Réda Bensmaïa, The Barthes Effect: The Essay as Reflective Text, trans. Pat Fedkiew, Minneapolis: University of Minnesota Press, 1987. Luca Cian, "A comparative analysis of print advertising applying the two main plastic semiotics schools: Barthes' and Greimas'", Semiotica 190: 57–79, 2012. Paul de Man, "Roland Barthes and the Limits of Structuralism", in Romanticism and Contemporary Criticism, ed.
Roland Melis
Roland Melis (13 noyabr 1974) — Niderland Antil adalarını təmsil edən triatlonçu. Roland Melis Niderland Antil adalarını 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 45-ci pillədə başa vurdu.
Rolant Roqman
Rolant Roqman (nid. Roelant Roghman; 14 mart 1627, Amsterdam, Hollandiya qraflığı – 3 yanvar 1692 və ya 1691, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, qravüraçısı və ofort ustası. Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi və Roqman onun adaşı və atasının əmisi Rolant Savereyin tələbəsi olub. Rəssam və tarixşünas Arnold Hubrakenin dediyinə görə, onun yalnız bir gözü var idi. Buna görə də onun rəsmləri kobud idi. Rolant Roqan landşaft rəssamlığı üzrə ixtisaslaşıb və sonrakı həyatında gənclik illərində səyahətləri zamanı çəkdiyi rəsmlər əsasında köhnə qalanın xarabalıqlarının və dağılmış ailə mülklərinin qalıqları üzərində işləyərək, romantik mənzərənin tarixi janrı ilə maraqlanmağa başlayıb. O, Rembrandt və Herkules Seqersin davamçısı idi. Hubraken iddia edirdi ki, gəncliyində Rembrandt və onun ən yaxşı tələbəsi Gerbrand van den Ekxout ilə dost idi. Roqman bacısı Gertruda Roqman ilə birlikdə "Pikator" nəşriyyatının yaradıcısı, məşhur qravüraçı və naşir Klas Yanson Visherin köməyi ilə "Xoş mənzərələr" (Plaisante Landschappen) adlı qravüra silsiləsi (təxminən 1645–1648) üzərində işləmişdir.
Rolant Saverey
Kiçik Rolant Saverey və ya Rolant Martines Saverey (nid. Roelant Savery, Roeland(t) Maertensz; 1576[…], Kortreyk[d], Qərbi Flandriya – 25 fevral 1639, Utrext) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Saverey, çox səyahət etmiş, Amsterdamda, Utrextdə, Vyanada və Praqada İmperator II Rudolfun sarayında işləmişdir. O, mifoloji səhnələri olan mənzərələri, portretləri, kənd səhnələri ilə məişət şəkillərini, çiçəklərlə natürmortları, lakin əsasən heyvanları və quşları çəkmişdir. Saverey ailəsinin üzvləri Avropanın müxtəlif şəhərlərində işləyirdilər. Rolantın böyük qardaşı Birinci Yakob Saverey və ya Böyük Saverey (1566–1603) bacarıqlı rəssam və qravüra ustası idi. Birinci Yakob Savereyin oğlu rəssam İkinci Yakob Savereydir (təxminən 1593-?), digər oğlu isə rəssam və qravüraçı Salomon Savereydir (1594–1665-dən sonra). Salomonun oğlu Üçüncü Yakob Saverey (1617 — təqribən 1666) həm də rəssam və ofort ustası idi. Bu ailənin bir çox başqa üzvü də sənətkar idi. Rolant Savereyin qardaşı oğlu məşhur rəssam Gillis Klas de Hondekuter idi.