Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruben
Ruben — ad. Ruben Vardanyan — erməni biznesmen. Ruben Stepanyan — erməni sovet bəstəkarı və dirijoru. Ruben Ayrapetyan — Ermənistan parlamentinin deputatı (2007–2012) Ruben Sənəmyan — Ermənistan hərbçisi, kapitan, Ermənistanın Milli Qəhrəmanı. Ruben Orbeli — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Ruben Rubenov — sovet partiya və dövlət xadimi. Ruben Fleyşer — Amerika kinorejisoru, kino prodüseri, televiziya prodüseri Ruben Arado — Kubanı təmsil edən stolüstü tennisçi. Ruben Roka — Kubalı keçmiş üzgüçü. Ruben Madsen — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Berrios — Puerto-Riko siyasətçisi, vəkil Ruben Yanyes — "Real Madrid"" futbol klubunun qapıçısı.
Rube
Rube (fr. Roubaix, nid. Robaais) - Fransanın şimalındakı bir keçmiş sənaye şəhəri, Belçika sərhədinə yaxın bir. Üçüncü böyük şəhər isə Nor-Pə-Dö-Kəle-Pikardiya regionunda yerləşən 95.866 əhalisi olan Rubedir. Rube xalqı müxtəlif etnik qruplardan ibarətdir. == Xarici keçidlər == Vikianbarda Rube ilə əlaqəli mediafayllar var.
Centranthus ruber
Centranthus ruber (lat. Centranthus ruber) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin centranthus cinsinə aid bitki növü. Cinsin adı yunanca "gül" və "mahmız" sözlərindən götürülmüşdür. Çiçək tacının bünövrəsindəki şişə görə ona bu ad verilmişdir. Gülçülükdə bu cinsin əsasən 3 növündən istifadə olunur. Yaşıllaşdırmada əsasən Qırmızı kentrantus - C. ruber növü geniş yayılmışdır. Bu çoxillik ot bitkisinin hündürlüyü 90 sm-ə qədər çatır. Ətirli çoxsaylı gülləri qalxanşəkilli çiçək qrupunda toplanmışdır. Gülün çiçək rəngli - ağdan al-qırmızıya qədər tacı müxtəlif ola bilər. Qırmızı kentrantus 1557-ci ildən gülçülükdə istifadə edilir.
Phaethornis ruber
Phaethornis ruber (lat. Phaethornis ruber) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Phoenicopterus ruber
Qırmızı qızılqaz (lat. Phoenicopterus ruber) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Ricinus ruber
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. == Təsiri == Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Ruben Arado
Ruben Arado (11 oktyabr 1970) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ruben Arado Kubanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Ruben Arado Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Ruben Ayrapetyan
Ruben Ayrapetyan (erm. Ռուբեն Հայրապետյանd.9 mart, 1963, İrəvan, Ermənistan SSR) — Ermənistan parlamentinin deputatı (2007-2012), 2002-2018 illərində Ermənistan Futbol Federasiyasının prezidenti, Ararat Ermənistan FK futbol klubunun təsisçisidir. == Həyatı == Ruben Ayrapetyan 9 mart 1963-cü ildə İrəvan şəhərində anadan olub.
Ruben Berrios
Ruben Berrios - (11 sentyabr, 1939-cu il, Aibonito şəhəri Puerto-Riko). Puerto-Riko siyasətçisi, vəkil və siyasətçisi, hal-hazırda Müstəqil Puerto Riko Partiyasının sədridir.
Ruben Fleischer
Ruben Samuel Fleyşer (ing. Ruben Samuel Fleischer; 31 oktyabr 1974, Vaşinqton) — Nyu-Cersidə yaşayan amerikalı rejissor, film prodüseri, televiziya prodüseri, musiqi videosu rejissoru və kommersiya direktoru. O, daha çox "Zombieland" və onun davamı "Zombieland: Double Tap" filmlərinin rejissoru kimi tanınır. Bundan əlavə o, "Bacarıqsız oğrular", "Qanqsterlər dəstəsi", "Ançarted" və "Venom" filmlərinin də rejissorluğunu etmişdir. Fleşer Cisco, Eurostar, ESPN və Burger King kimi brendlərin televiziya reklamlarının prodüserliyini edib. Bununla yanaşı o, M.I.A., Electric Six, DJ Format və Gold Chains daxil olmaqla bir sıra sənətçilərin musiqi videolarının rejissoru olmuşdur.
Ruben Fleyşer

Ruben Madsen
Ruben Madsen (26 dekabr 1953, Nyukyobinq-Mors[d]) — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Ruben Orbeli
Ruben Abqaroviç Orbeli (erm. Ռուբեն Աբգարի Օրբելի; 26 yanvar 1880, Naxçıvan — 9 may 1943, Moskva) — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Sovet sualtı arxeologiyasının banisi. Leon və İosif Orbelinin böyük qardaşı. == Həyatı == Ruben Orbeli 1880-c il yanvarın 26-da Naxçıvan şəhərində orta nəcib ailədə anadan olmuşdur. Tiflisdə 3-cü orta klassik gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orbeli 1904-cü ildən 1906-cı ilə magistratura cəmiyyətində çalışmış və o Sankt-Peterburq Dövlət Universitetinin hüquqi cəmiyyətin bir üzvü seçilib. Bu müddət ərzində o, biliklərini təkmilləşdirilmək üçün Almaniyaya (Yena Universiteti) göndərildi. 1918-ci ildə Ruben Orbeli Tambov Dövlət Universitetinin təsisçisi biri oldu və burada mühazirə oxudu. Bundan sonra o, Sankt-Peterburq Dövlət Universitetinin qayıtdı və onun SSRİ Elmlər Akademiyasının filialı işləməyə başladı.
Ruben Qaliçyan
Ruben Qaliçyan (erm. Ռուբեն Գալչյան, ing. Rouben Galichian; 30 noyabr 1938, Təbriz) — erməni əsilli Birləşmiş Krallıq alimi və tədqiqatçısı. O, Ermənistanın və Cənubi Qafqaz regionunun tarixi xəritələri üzrə ixtisaslaşmışdır. == Həyat və fəaliyyəti == Ruben Qaliçyan İranda, Təbriz şəhərində bir erməni ailəsində anadan olmuşdur. Qafqazın tarixi və kartoqrafiyası ilə bağlı çoxlu kitab və məqalələr dərc etdirmişdir. Onun ilk kitabı "Historic Maps of Armenia. The Cartographic Heritage" (2004) 2,600 il ərzində dünyanın və Qafqazın xəritələrinin toplusudur, 2005-ci ildə bestseller olmuşdur. Onun məqalələri müxtəlif kartoqrafik jurnallarda və dövri nəşrlərdə, o cümlədən "Imago Mundi" və "IMCoS" jurnallarında dərc edilmişdir. Qaliçyan Ermənistan, ABŞ, İran, Birləşmiş Krallıq və Fransada geniş mühazirələr oxumuşdur.Ermənistan tarixi kartoqrafiyasındakı xidmətlərinə görə Qaliçyan 2008-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür.
Ruben Roka
Ruben Roka (d. 12 dekabr 1940) — Kubalı keçmiş üzgüçü. Ruben Roka Kubanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ruben Roka birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.3 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ruben Rubenov
Ruben Qukasi Rubenov (Mkrtçyan) (erm. Ռուբեն Ղուկասի Ռուբենով (Մկրտչյան); 5 iyun 1893, Tiflis – 27 noyabr 1937, Moskva) — sovet partiya və dövlət xadimi. Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist partiyasının I katibi (1933). == Həyatı == Ruben Rubenov 1937-ci il sentyabrın 15-də həbs olunub. Həmin il noyabrın 27-də terror aktları təşkil etməkdə və əks-inqilabi terrorçuluq fəaliyyətində iştirakda ittiham olunub və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə haqqında ölüm hökmü çıxarılıb. Ölüm hökmü çıxarılan gün Moskvadakı Donskoy qəbristanlığında güllələnib. 1954-cü il noyabrın 17-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarı ilə ölümündən sonra bəraət alıb.
Ruben Sanamyan
Ruben Sənəmyan (erm. Ռուբեն Սանամյան; 22 sentyabr 1976, Dilican) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrinin kapitanı, Ermənistanın Milli Qəhrəmanı. Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdir.14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır. Lakin bu, daha sonra yalanlanmışdır. == Həyatı == Ruben Sənəmyan 22 sentyabr 1976-cı il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-in Tavuş mərzinin Dilican şəhərində anadan olmuşdur. == Hərbi fəaliyyəti == Ruben Sənəmyan 1995–1997-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin ön cəbhəsinin hərbi hissələrindən birində müddətli hərbi xidmət aparmışdır. O, 2006-cı ildən bəri Ermənistan Silahlı Qüvvələrində müqaviləli hərbi qulluqçudur.Ruben Sənəmyan 2012-ci ildə də Azərbaycan-Ermənistan sərhədində döyüşüb. === Tovuz döyüşləri === Ruben Sənəmyan Tovuz döyüşlərində aktiv iştirak etmişdir. Ermənistan Müdafiə Nazirliyinin müşaviri Şuşan Stepanyan bildirib ki, Sənəmyan döyüş zamanı "Anvax hərbi mövqeyi istiqamətində rəqibin çoxsaylı hücumlarının dayandırmasını təşkil edərək, rəqibin işçi qüvvəsinə, silah-sursatına və hərbi texnikasına xeyli itki vermişdir".Erməni mətbuatının yazdığına görə, Sənəmyana Tovuz döyüşlərində başda general Polad Həşimov olmaqla yüksək rütbəli Azərbaycan zabitlərini bir atışla öldürdüyünə görə ona milli qəhrəman adı verilmişdir.14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır. == Mükafat və təltiflər == Ruben Sənəmyan 2012-ci ildə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən ikinci dərəcəli döyüş ordeni ilə təltif edilmişdir.Ruben Sənəmyan Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ruben Stepanyan
Ruben Qerasimoviç Stepanyan (29 dekabr 1902, Bakı — 8 mart 1984, Moskva) — erməni sovet bəstəkarı və dirijoru. 1961-ci ildə Ermənistan SSR-in əməkdar incəsənət xadimi adını qazanmışdır. == Həyatı == 29 dekabr 1902-də Bakıda anadan olub. 1931-ci ildə İrəvan konservatoriyasını bitirmişdir. 1929—1935-ci illərdə İrəvanın Respublika radiosunun Kamera orkestrinin bədii rəhbəri və təşkilatçısı olmuşdur. 1930—1956-cı illərdə A.Spendiarovun adına musiqi məktəbin müəllimi idi. 1931—1940-cı illərdə R.Melikyanın adına simli kvartetin artisti olmuşdur. 1937—1965-ci illərdə A.Spendiarov adına erməni opera və balet teatrının dirijoru idi. 8 mart 1984-cü ildə Moskvada vəfat etdi. == Mükafatlar və adları == "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni Ermənistan SSR-in əməkdar incəsənət xadimi == Yaradıcılığı == === Opera dirijorluğu === "Riqoletto" (1940) "Sevilya bərbəri" (1943) Donisetinin "Don Pasku ale" (1953) Tiqranyanın "Anuş" (1956) "Faust" (1958) Spendiarovun "Almast" (1959) Qevorkyanın "Kostyor" uşaq operası (1959) === Balet dirijorluğu === Ter-Qevondyanın "Anait" (1940) "Qu gölü" (1940) "Raymonda" (1941) Yegiazaryanın "Sevan" (1955) Oqanesyanın "Mərmər" (1957) Xaqaqosryanın "Sona" (1958) == Ədəbiyyat == Будагян А. Г. Степанян Р. Г. // Музыкальная энциклопедия / под ред.
Ruben Sənəmyan
Ruben Sənəmyan (erm. Ռուբեն Սանամյան; 22 sentyabr 1976, Dilican) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrinin kapitanı, Ermənistanın Milli Qəhrəmanı. Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdir.14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır. Lakin bu, daha sonra yalanlanmışdır. == Həyatı == Ruben Sənəmyan 22 sentyabr 1976-cı il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-in Tavuş mərzinin Dilican şəhərində anadan olmuşdur. == Hərbi fəaliyyəti == Ruben Sənəmyan 1995–1997-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin ön cəbhəsinin hərbi hissələrindən birində müddətli hərbi xidmət aparmışdır. O, 2006-cı ildən bəri Ermənistan Silahlı Qüvvələrində müqaviləli hərbi qulluqçudur.Ruben Sənəmyan 2012-ci ildə də Azərbaycan-Ermənistan sərhədində döyüşüb. === Tovuz döyüşləri === Ruben Sənəmyan Tovuz döyüşlərində aktiv iştirak etmişdir. Ermənistan Müdafiə Nazirliyinin müşaviri Şuşan Stepanyan bildirib ki, Sənəmyan döyüş zamanı "Anvax hərbi mövqeyi istiqamətində rəqibin çoxsaylı hücumlarının dayandırmasını təşkil edərək, rəqibin işçi qüvvəsinə, silah-sursatına və hərbi texnikasına xeyli itki vermişdir".Erməni mətbuatının yazdığına görə, Sənəmyana Tovuz döyüşlərində başda general Polad Həşimov olmaqla yüksək rütbəli Azərbaycan zabitlərini bir atışla öldürdüyünə görə ona milli qəhrəman adı verilmişdir.14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır. == Mükafat və təltiflər == Ruben Sənəmyan 2012-ci ildə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən ikinci dərəcəli döyüş ordeni ilə təltif edilmişdir.Ruben Sənəmyan Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ruben Yanez
Ruben Yanez (Ornando Ruben Yanez Albart) — "Real Madrid"" futbol klubunun qapıçısı. Ruben Yanez 12 oktyabr 1993-cü ildə İspaniyanın Blanez şəhərində doğulub. 19 yaşı olanda "Real Madrid C" klubuna yazılıb. Buradan sonra "Real Madrid Kastilla" və ya "Real Madrid B"-də oynayıb. Nəhayət, 2015-ci ildə "Real Madrid"in əsas heyətinə qatılıb. == Milli komanda == Ruben İspaniya milli futbol komandasının heyətinə cəlb olunub və cəmi bir oyun keçirib.
Ruben Yanyes

Ruben Avanesov
Ruben İvanoviç Avanesov (erm. Ռուբեն Ավանեսով, rus. Рубе́н Ива́нович Аване́сов; 1 (14) fevral 1902, Şuşa – 1 may 1982, Moskva) — SSRİ dilçisi, Moskva fonologiya məktəbinin yaradıcılarından biri, Moskva Dövlət Universitetinin professoru (1937), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1958). O, Çexoslovakiya Elmlər Akademiyası Dilçilik Cəmiyyətinin fəxri üzvü (1965), Varşava Universitetinin fəxri doktoru (1973), Mayns Elmlər və Ədəbiyyat Akademiyasının (1978) və Sakson Elmlər Akademiyasının (1978) xarici üzvü olmuşdur. == Həyatı == Avanesov 1922-ci ildə Moskva Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra (1927) orta məktəbdə, fəhlə fakültəsində işləmişdir. 1932-ci ildə Moskva Şəhər Pedaqoji İnstitutunda rus dili kafedrasının müdiri vəzifəsinə işə başlamışdır. 1937-ci ildən Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professorudur.Avanesov fonologiya, morfologiya, sintaksis və leksikologiya problemlərini öyrənmişdir. O, o vaxtkı gənc Moskva dilçilərinin çevrəsində formalaşmış fonoloji məktəbin ən fəal təbliğatçılarından biri idi. Alimin rus dialektologiyası sahəsində elmi fəaliyyəti müstəsna səmərəli olmuşdur.
Clathrus ruber
Clathrus ruber (lat. Clathrus ruber) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin phallales dəstəsinin phallales fəsiləsinin clathrus cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Göbələk orta ölçülü meyvə cisminə malikdir. Cavan, açılmamış meyvə cismi şar və ya yumurtavari formada olur, 3-6 sm diametrindədir, ağ və bozumtuldur. Peridi nazik, tez itib gedən xarici qata və həlməşikli orta qata malikdir. Yetişmiş peridi patladıqdan sonra qırmızı rəngli, ayaqcıqsız yarımdairəvi və ya yumurtavari torcuq – reseptakul çıxır. Torcuğun ilmələri elleptik, dairəvi və ya çoxbucaqlı olur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Humus saprotrfodur, termofil növdür.
Ruben Vardanyan
Ruben Karlenoviç Vardanyan (25 may 1968, İrəvan) — Erməni əsilli milyarder, investor, vençur xeyriyyəçisi və sahibkar. Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri. == Həyatı == 1968-ci il mayın 25-də İrəvanda anadan olub. 1985-ci ildə İrəvan 20 saylı məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, birinci kursdan sonra SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, 1992-ci ildə isə İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ruben Vardanyan 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçüb. O, bütün Rusiya aktivlərini ailə fonduna, idarəetməni isə tərəfdaşlarına keçirmək qərarına gəlib. 2022-ci il oktyabrın 20-də Qondarma Dağlıq Qarabağ Respublikasının tanınmamış dövlət qurumunun hökumət başçısı vəzifəsini tutmağa razılaşıb. Ruben Vardanyan 2022-ci il noyabrın 4-də vəzifəsinin icrasına başlayıb. Azərbaycan Dövlət Sərhəd Xidməti 2023-cü il sentyabrın 27-də Vardanyanın Dağlıq Qarabağdan Ermənistana doğru hərəkət edərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq Bakıya aparıldığını bildirib.
Ruben Pol Adalyan
Ruben Pol Adalyan (ing. Rouben Paul Adalian; 5 iyul 1955, Beyrut) — ABŞ tarixçisi. O, Vaşinqtondakı Erməni Milli İnstitutunun direktoru, Corc Vaşinqton Universitetinin Elliot adına Beynəlxalq Münasibətlər Məktəbinin və Cons Hopkins Universitetinin professorudur. == Həyatı == Adalyan 1987-ci ildə Los-Anceles Kaliforniya Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. Onun dissertasiyası Nikolay Adonts üzərində yazılmışdır. O, bir çox elmi işlərin və məqalələrin, o cümlədən "Historical Dictionary of Armenia" və "From Humanism to Rationalism: Armenian Scholarship in the Nineteenth Century" əsərlərinin müəllifidir. Burada Adalyan "ingilis dilində diqqətdən kənarda qalan vacib bir mövzuya faydalı bir baxış bucağı təqdim etmişdir".Adalyan "Armenia and Karabagh Factbook"un redaktoru və mükafata layiq görülmüş "Encyclopedia of Genocide" nəşrinin köməkçi redaktorudur.
Buben
Buben — Musiqi aləti. Buben (rusca Бубен, ukraynca Бубон, slovencə boben, çexcə buben, polyakca bęben) qavala bənzər musiqi alətidir. Buben taxta və ya dəmir halqadan ibarətdir ki bununda tərəflərindən birinin üzərinə sıx şəkildə dəri çəkilmiş olur. (bəzən heçbir dəri olmur). Adətən əldə tutulur və digər ələ vuraraq və ya aləti sarsaraq səs çıxarılır. Bu alətdən adətən xalq musiqisində, orkestrlarda istifadə olunur. Səlib yürüşlərindən bəri Cənubi Avropa musiqisində və 19-cu əsrdən Qərb simfonik və mis musiqisində istifadə edilən qaval Yaxın Şərqdə və Yunan-Roma antik çağında yayılmış qədim zərb alətindən sonra modelləşdirilmişdir (bax: timpan). Toxmaq ilə döyülən oxşar dizaynlı qaval Sibir və Hindistan şamanlarının sehrli aləti kimi xidmət edir.