Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otkur-Romaneş
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Rutales
Sabunağacıçiçəklilər (lat. Sapindales) — bitkilər aləminə aid bitki dəstəsi.
Juanes
Xuanes (isp. Juanes, tam adı Xuan Esteban Aristisabal Vaskes (isp. Juan Esteban Aristizábal Vásquez); 9 avqust 1972, Medelyin, Kolumbiya) — kolumbiyalı populyar musiqi ifaçısı. 1998-ci ilə qədərEkhymosis ağır rok komandasının heyətində çıxış edib.
Romans
Romans (isp. romanse – roman dilində, yəni ispanca)- 1) instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı, 2) kamera–vokal musiqinin əsas janrlarından biri, 3) Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes. Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. XX əsrin sonlarından başlayaraq bu janra meyl azalmağa başlamışdır. XV–XIX əsrlərdə geniş yayılmış bu janr Azərbaycan musiqisində gəncdir. Onun ilk nümunələrini milli musiqidə Üzeyir Hacıbəyov və Asəf Zeynallı yaradıb. Ballada (provans. ballada – rəqs etmək) ilkin mənada rəqslə müşayiət olunan provansal mahnısı; sonradan – lirik rəvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər. XIX əsrdən vokal və instrumental musiqi pyesi. Elegiya (yun.
Xuanes
Xuanes (isp. Juanes, tam adı Xuan Esteban Aristisabal Vaskes (isp. Juan Esteban Aristizábal Vásquez); 9 avqust 1972, Medelyin, Kolumbiya) — kolumbiyalı populyar musiqi ifaçısı. 1998-ci ilə qədərEkhymosis ağır rok komandasının heyətində çıxış edib.
Paraphytoseius urumanus
Paraphytoseius urumanus (lat. Paraphytoseius urumanus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraphytoseius cinsinə aid heyvan növü.
Remakes (albom)
Remakes – Azərbaycan müğənnisi Aygün Kazımovanın yığma albomu. Alboma 9 mahnı daxildir. Albom Xalq artisti Aygün Kazımovanın əməkdaşlıq etdi SS Production şirkətinin prodüserliyi ilə işıq üzü görmüşdür. Alboma 2001-ci ildən 2020-ci il də daxil olmaqla Aygün Kazımovanın ifasında SS Production şirkətinin prodüserliyi ilə təqdim olunan mahnıların yeni versiyaları daxildir. Albomdakı Günah adlı ifa, Aygün Kazımovanın 2016-cı ildə ifa etdiyi Yalana Bax adlı mahnısının remiks versiyasıdır. Mahnının remiksini Azərbaycanlı DJ Jay Aliyev etmişdir. Albomdakı Пусть adlı mahnı, Pop Divanın S.U.S. sinqlının rusca versiyasıdır.
Tumanis nahiyəsi
Tumanis nahiyəsi XIV əsr — 1801əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. 1590-cı ilə aid olan Türk mənbələrində Tuman, 1728-ci ilə aid mənbələrdə Tumanisi kimi qeyd olunmuş və Tumanisinin Tiflis əyalətinin bir nahiyəsi 1593 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Lori sancağının nahiyəsi 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Somxit livasının nahiyəsi.
Riçard Romanus
Riçard Romanus (ing. Richard Romanus; 8 fevral 1943 – 23 dekabr 2023) — amerikalı aktyor. "The Sopranos", "Mean Streets" və "Heavy Metal" filmlərindəki rolları ilə tanınıb. 2023-cü ilin 23 dekabr tarixində vəfat edib.
Romanş dili
Romanş dili (romanşca: , rumàntsch, ) — roman dil qrupuna daxil olan dil, İsveçrənin dörd rəsmi dilindən biri. Roman dilləri arasında ən qədimlərdən biri hesab olunan romanş dili Romanın süqutunan sonra latın dilindən ayrı olaraq müstəqil formada inkişaf etmişdir. Romanş latıncadan hərfi tərcümədə romalıya bənzər, Romaya məxsus deməkdir. Website of the Lia Rumantscha organization Radio Televisiun Rumantscha Series of articles about Romansh from swissinfo Arxivləşdirilib 2007-02-18 at the Wayback Machine Lexicon Istoric Retic (LIR) – Encyclopedia about Switzerland. Partial translation of the Historical Dictionary of Switzerland in Romansh with additional articles.
Ruminə Purmuxtari
Ruminə Purmuxtari (12 noyabr 1995) — əslən Cənubi Azərbaycandan olan İsveçin iqlim və ətraf mühit naziri. O, 26 yaşında vəzifəyə yüksələrək İsveçdə Nazirlər Kabinetinin ən gənc naziridir. 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbiberq camaatlığında anadan olub. Onun atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib. 2019-cu ildən İsveç Liberallar Partiyasının gənclik qolu İsveç Liberal Gəncliyi Birliyinin (LUF) sədridir. 2018-ci ildən isə gənclər birliyinin birinci vitse-prezidenti vəzifəsini icra edib. O, Sundbiberqdə böyüyüb və əsasən təhsil, inteqrasiya, feminizm və namus zülmünün qarşısının alınması ilə bağlı siyasi məsələlərlə məşğul olur. Sədr olduğu müddətdə hərbi xidmətə çağırış və digər məsələlərlə yanaşı, hərbi çağırışın sırf peşəkar müdafiə ilə əvəz edilməli olduğunu və əsas partiya olan Liberalların liberal miqrasiya siyasətinə sadiq qalmasını müdafiə etdi. 14 sentyabr 2022-ci ildə Pourmokhtari noyabrda keçiriləcək konqreslə əlaqədar Liberal Gənclər Assosiasiyasının həmkarlar ittifaqı sədri vəzifəsini tərk edəcəyini açıqladı. 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Purmuxtari Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində Liberallar üçün deputatlığa namizəd olub.
Sənsiz (romans)
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin "Sənsiz" qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər. Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk, Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz! Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Civis romanus sum
Civis romanus sum (lat. ˈkiːwɪs roːˈmaːnʊs ˈsũ)- latın dilində olan hüquqi termin. == Haqqında == Azərbaycancada "Mən Roma vətəndaşıyam" mənasına gələn Roma dövrünə aid hüquqi termindir. Roma sərhədləri içində Roma vətəndaşı statusunda olan şəxs hər hansı bir problemlə qarşılaşdığında bu sözü deyərək bütün haqlarının təmin edilməsini və Roma vətəndaşı statusuna uyğun şəkildə mühakimə edilməsini təmin etmiş olurdu. Siseron adlı əsərindı Roma vətəndaşlığı haqqında bilgi vermişdir. Birləşmiş Krallıq baş nazirlərindən Henri Con Templ Don Pasifiko məsələsinin danışıqlarında bu sözü işlətmişdir. Con Kennedi 26 iyun 1963-cü il tarixində "Ich bin ein Berliner" sözünü dediyi məşhur nitqində bundan əlavə sözünü də demişdir. İncilin Elçilərin İşləri kitabının XXII hissəsində Pavlus doğuşdan Roma vətəndaşı olduğunu demişdir.
The Humans (qrup)
The Humans — Rumıniyanın Buxarest şəhərində yaradılmış musiqi qrupu. Qrupun tərkibində vokalist Kristina Karamarku, gitaraçı Aleksandru Çismaru, klavişli musiqi alətlərin ifaçısı Aleksandru Matei, bassist Alin Neaqoe və təbilçi Adi Tetrade yer almışdır. Onlar "Goodbye" mahnısı ilə Rumıniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.
Goodbye (The Humans mahnısı)
Goodbye (azərb. Sağ olun‎) — Rumıniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. The Humans qrupu "Goodbye" mahnısı ilə Rumıniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi The Humans qrupunun üzvləri Matei Aleksandru və Alin Neaqoeyə, sözləri isə qrupun vokalisti Kristina Karamarkuya aiddir.