Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ribosom
Ribosom - canlı hüceyrədə zülalların istehsal olunduğu (translyasiya prosesi) orqanoid. Ribosom mRNT ardıcıllığı əsasında amin turşularını birləşdirərək zülal əmələ gətirir. Termini 1957-ci ildə elmə daxil edilmişdir. Bu orqanoid bütün canlı hüceyrələrdə aşkar edilmişdir. Ribosomlar ölçüsü 15-22 nm olan dairəvi cisimciklərdir. O müxtəlif ölçülü, bir-birilə birləşmiş böyük və kiçik hissəciklərdən ibarətdir. Bir hüceyrədə minlərlə ribosom olur. Ribosomların tərkibi eyni miqdarda RNT və zülallardan ibarətdir. Prokariot hüceyrələrdə zülalların sintezi bir ribosom deyil, ribosomlar qrupu-polisomlar (polirisobomlar) tərəfindən həyata keçirilir. Polisomlarda 4-40-a qədər ribosom ola bilir.
Aleksandar Nikolov
Aleksandar Nikolov (18 iyun 1992) — Bolqarıstanlı üzgüçü. Aleksandar Nikolov Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir. Aleksandar Nikolov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.08 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aleksandr Tibilov
Aleksandr Tibilov (oset. Тыбылты Алыксандр ; 17 fevral 1887 – 1937, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, jurnalist, ədəbiyyatşünas və ictimai xadim. Osetin "Fidiuaq" ədəbi jurnalının qurucularından biri. Əsərlərini Hosdau təxəllüsü ilə yazmışdır. Cənubi Osetiya Dövlət Universitetinə onun adı verilmişdir. 17 fevral 1887-ci ildə Tiflis vilayəinin Zalda kəndində (bu gün ki Cənubi Osetiyanın Tsxinvali rayonu) anadan olmuşdur. 1910-cu ildə Tiflis gimnaziyasını bitirmiş və həmin il Novorossiysk Universitetinin Tarix və Filologiya fakültəsinə daxil olmuşdur. 1915 -ci ildə universiteti bitirdikdən sonra Tiflisdəki doğma gimnaziyasında rus dilindən dərs demişdir. 1918-ci ildə Tsxinvaliyə köçür və burada yerli gimnaziyada dərs deməyə davam edir. 1920-ci ildə Cənubi Osetiyanın təhsil orqanlarında hökumət vəzifəsinə təyin edilir.
Anatoli Rıbakov
Anatoli Naumoviç Rıbakov(rus. Анато́лий Нау́мович Рыбако́в; 1 (14) yanvar 1911, Derjanovka[d], Çerniqov quberniyası[d] – 23 dekabr 1998[…], Nyu-York, Nyu-York ştatı) — Rusiya yazıçısı. Anatoli Rıbakov 14 yanvar 1911-ci ildə yəhudi ailəsində anadan olmuşdur. 1930-cu ildə Moskva Nəqliyyat mühəndisləri institutuna daxil olmuş, lakin komsomoldan və institutdan xaric olunaraq sürgün olunmuşdur. 1941-ci ildən müharibədə müxtəlif cəbhələrdə vuruşmuş, Berlinin alınmasında iştirak etmişdir. Anatoli Rıbakov 1998-ci ildə Nyu-Yorkda vəfat etmişdir. 1947-ci ildə yaradıcılığa başlayan A.Rıbakov gənclər üçün macəra əsərləri olan "Bürünc quş" və s. povestləri qələmə alır. İlk romanı olan "Sürücülər" 1950-ci ildə yazılmışdır. Yazıçı sonrakı illərdə "Yekaterina Voronina", "Ağır qum", "Arbat övladları" və s.
Asen Nikolov
Asen Nikolov (bolq. Асен Николов 5 avqust 1976, Plovdiv) — Bolqarıstan futbolçusu. Asen Nikolov 5 avqust 1976-cı ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Əvvəlki klubları: Maritsa Plovdiv, Levski Sofiya, Slaviya Sofiya, Turan Tovuz, Partizan, Bakı, Qəbələ. 2009-cu ildən Slaviya Sofiyada çıxış edir. Üçqat Bolqarıstan çempionu (Levski Sofiya — 2001, 2002, 2003) Bolqarıstan kubokunun ikiqat qalibi (Levski Sofiya — 2002, 2003) Azərbaycanın ən yaxşı futbolçusu (Turan Tovuz — 2005).
Daniel Nikolov
Daniel Laçezarov Nikolov (26 avqust 1998-ci ildə anadan olub) — Bolqarıstanı təmsil edən kişi badmintonçu.
Leonid Tibilov
Leonid Tibilov (oset. Тыбылты Харитъоны фырт Леонид; 28 mart 1952) — qismən tanınmış Cənubi Osetiya Respublikasının dövlət xadimi və siyasətçisi. 19 aprel 2012-ci ildən 21 aprel 2017-ci ilədək Cənubi Osetiyanın üçüncü prezidenti. 28 mart 1952-ci ildə Gürcüstan SSR, Cənubi Osetiya Muxtar Vilayəti, Znaur rayonu, Yuxarı Dvan kəndində kəndli ailəsində anadan olub. Milliyyətcə osetindir. 1969-cu ildə Avnev kəndində orta məktəbi bitirir. Elə həmin il 1974-cü ildə bitirdiyi Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun Fizika və Riyaziyyat fakültəsinə daxil olur. 1974-cü ilin noyabrından 1975-ci ilin noyabrınadək Sovet Ordusunda xidmət etmişdir. 1975-ci ilin noyabrından 1981-ci ilin avqustuna qədər Cənubi Osetiyanın xalq təhsil sistemində çalışır. Fizika və riyaziyyat müəllimi, məktəbin baş müəllimi, Znaur orta məktəbinin direktoru, Cənubi Osetiya Müəllim Hazırlığı İnstitutunun riyaziyyat kabinetinin müdiri işləyir.
Pribılov adaları
Pribılov adaları (ing. Pribilof Islands) — Berinq dənizində dörd vulkanik adad an ibarət olan arxipelaq. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Adaları kəşf edən rus səyyahı Qabriel Pribılovun şərəfinə adlandırılmışdır. Adalar Unalaşka adasından 320 km şimalda və materikdən təxminən eyni məsafədə cənub-qərbdə yerləşir. Ən böyük adaları: Müqəddəs Paul adası - 104 km², Müqəddəs Georgi adası - 90 km². Müqəddəs Paul adasının yaxınlığında yaşayış olmayan qayalar vardır: Otter adası - 0,67 km², Uolrus adası - 0,20 km². Adaların ümumi sahəsi 194,436 km²-dir. 2000-ci il siyahıyaalınmasına əsasən, Müqəddəs Georgi və Müqəddəs Paul adalarında 684 nəfər yaşayır. 1768, 1769, 1770 və 1771-ci illərdə dənizçi Qavrila Pribılov Mixail Nevodçikovun komandanlığı altında Berinq dənizində və Şimali Sakit Okeanda ekspedisiyada iştirak edir.