Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Divok Oriqi
Divok Okot Oriqi (18 aprel 1995[…], Ostende[d], Flamand regionu[d]) — Belçikalı peşəkar futbolçu, İtaliyanın "Milan" klubunda və Belçika milli komandasında hücumçu kimi çıxış edir. == Klub karyerası == Oriqi futbolçu karyerasına "Lill"də başlayıb və 2013-cü ildə peşəkar karyerasında ilk qolunu vurub. Bir il yarım sonra futbolçunu, İngiltərə Premyer Liqa klubu "Liverpul" 10 milyon funt-sterlinq qarşılığında transfer edib və onu 2014–15 mövsümu üçün yenidən "Lill"ə icarəyə verir. Zədələrə görə "Liverpul"da möhkəmlənə bilmir və bir müddət və Almaniyanın "Volfsburg" klubunda da bir il icarədə olur. Oriqi 2018–19 mövsümündə kluba müxtəlif mühüm töhfələr verir və 2019 Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı geri dönüşdə iki qol vurur. O, həmçinin növbəti mövsümdə 2019–20 Premyer Liqasını qazanan "Liverpul"un son 30 il ərzində ilk liqa titulunu qazanan heyətində olur. "Liverpul"da 8 il keçirdikdən sonra, 2022-ci ilin yay transfer pəncərəsində daimi müqavilə ilə İtaliyanın "Milan" klubuna qoşulur.
Nivoz
Nivoz (fr. nivôse, lat. nivosus — qarlı) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IV ay (21/23 dekabr — 19/21 yanvar) .
Qrinok
Qrinok (ing. Greenock, şot.kelt Grianaig) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Revak
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Riton
Riton (yun. Rhyton) — buynuz, heyvan başı ya da gövdəsi şəklində düzəldilmiş antik qablara verilən ümumi ad. Həm içki qabı həm də dini ayinlərdə libasya (nəzir mayesi) tökmək üçün istifadə edilmişdir. == Yunan simvolizmi == Klassik Afina çömlekləri, məsələn, qırmızı rəsmlə vazalar, əsasən mifologiyadan mövzularla boyanır. Standart mövzular rhyta və şarab qabları ilə satyrları təsvir edir. Bu mövzular, satyrların kişilik orqanları ilə birləşdirilərək kompozisiyada maraqlı bir şəkildə təşkil edilir, lakin bu açıq cinsellik və bir qədər də məzəli mövzu gecikməli inkişafı ifadə edir, bu da Aristophanesin p'yeslərində ifadə olunan Afina mizahı ilə uyğundur. Böyük mədəniyyətlərin bəzəkli və qiymətli rhytaları cəsur deyil, şatirikdir, bu da demokratik vaza rəsmlərinə əlavə satirik ölçü verir. Satyrların şərab və rhyta ilə əlaqəsi Nonnus'un eposu Dionysiacada qurulmuşdur. O, Dionysosun şərab hazırlamağın ixtirası zamanı üzümlərin ilk tapdağında olan satyrları təsvir edir: ...meyvə qırmızı şirə ilə ağ köpüklə qabarcıq atdı. Onlar buğa qoynuzları ilə onu qazandılar, çünki hələ görməmiş idilər, belə ki, qarışıq şərabın qabı bu ilahi adı "Winehorn" aldı.Karl Kerenyi, bu mətni sitatlaşdırarkən, şərh edir ki, "Bu zəngin şəkildə bəyan edilmiş mifdə, şairin hətta rhytaları xatırlattığı yerə, Asia Minordan olan elementləri Kretadan olanlardan ayırmaq asan deyil." O, İngilis tərcüməsində olmayan bir cür təşbihə istinad edir: şərab qarışdırılır (kerannymenos), bu da boğanın qoynuzunu (keras) ehtiva edən rhytonun qədim yunan adını xatırladır.
Rivea
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Rivea bernoulliana (Peter) Hallier f.
Rivne
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. == Tanınmış şəxsləri == Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Rivəş
Rivəş — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanının Kuhsorx bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4610 nəfər insana və 1277 ailədən ibarət idi.
Rovon
Rovon (fr. Rovon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38345. Kommunanın 2012-ci il üçün əhalisi 599 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 172 ilə 1471 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-qərbdə yerləşir.
Risk
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır.Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur. Risk mənsubiyyətsiz mövcud deyil.Risklərin bir çox klassifikasiyası mövcuddur.
Vivo
Vivo Communication Technology Co. Ltd. — Çin texnologiya şirkəti. Dünyanın ən böyük smartfon istehsalçılarından biridir. == Tarixi == Vivo 2009-cu ildə Çində yaradılıb.Şirkət 2012-ci ildə "Vivo X1" smartfonunu təqdim edir. 2014-cü ildən başlayaraq xarici bazarlara inteqrasiya edən Vivo, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində fəaliyyətə başlayır. 2017-ci ildə Vivo FIFA-nın Rəsmi Sponsoru olur. Forbes nəşrinin məlumatına görə şirkət, bu razılaşma üçun ildə 60 milyon avroya qədər reklam üçün pul ödəyəcək. == Fəaliyyəti == 2017-ci ilin birinci rübünün nəticələrinə görə Vivo 600,2 milyon smartfon satır. Bu da şirkətin qlobal smartfon istehsalçıları sıralamasında 5-ci yeri tutmasına səbəb olur.Şirkət 2017-ci ilin ikinci rübünün sonundada bazardakı mövqeyini qoruyur.Forbes- nəşrinin qeyd etdiyi kimi "Vivo"nun Avropa və ABŞ "smartfon bazarı"nda praktiki olaraq heç bir iştirakı yoxdur, lakin Çin ağıllı telefon bazarı o qədər genişdir ki, "Vivo"nun burada ilk üçlükdə olması, onu dünyanın aparıcı istehsalçılarından birinə çevirir.Vivo hazırda 4 fabrikə sahibdir, bunlardan 2-si Çindədir.
Aleksandr Rıbak
Aleksandr İqoreviç Rıbak (belar. Аляксандр Ігаравіч Рыбак; d. 13 may 1986, Minsk, Belorusiya SSR) — Belarus-Norveç müğənnisi, bəstəkarı, skripkaçısı və aktyoru. O, "Fairytale" mahnısı ilə Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və nəticədə 387 xalla ölkəyə müsabiqədə üçüncü qalibiyyətini qazandırmışdır. Avroviziyanın keçmiş səsvermə metodu ilə Rıbakın topladığı səs müsabiqədə rekord göstərici olmuşdur. Onun Fairytales adlı debüt albomu doqquz Avropa ölkəsində Top 20-yə daxil ola bilmiş, Rusiya və Norveçdə isə birincilikdə qərarlaşmışdır. Rıbak 2012 və 2016-cı illərdə Avroviziyada interval aktlarında yer almışdır. O, "That's How You Write a Song" mahnısı ilə Norveçi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Aleksandr Rıbak 13 may 1986-cı ildə Belarusun paytaxtı Minskdə anadan olmuşdur. Onun anası Nataliya Valentinovna Rıbak klassik pianoçu və atası İqor Aleksandroviç Rıbak isə klassik skripkaçıdır.
Aleksey Rıkov
Aleksey İvanoviç Rıkov (rus. Алексей Иванович Рыков; 25 fevral 1881, Saratov – 15 mart 1938, Moskva) — Xalq Komissarları Sovetininın sədri, Rusiya bolşevik inqilabçısı və Sovet siyasətçisidir.
Eva Rivas
Eva Rivas (emənicə: Եվա Ռիվաս; rusca: Ева Ривас; 13 iyul 1987) — erməni-rus müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edib. == Avroviziya 2010 == Ermənistanı Avroviziya 2010 mahnı müsaqibəsində fevralın 14-də keçirilmiş Milli Finalın SMS və münsif səsverməsinin nəticələrinə görə Eva Rivas təmsil edəcək. Lakin Milli Finalda Evanın rəqibləri olan Emmi-Mihran cütlüyü, eyni zamanda müğənni Razmik Amyan SMS səsverməsinin nəticələrinin saxtalaşdırıldığını bildiriblər. Evanın təmsilçi seçildiyi açıqlanarkən etiraz olaraq Emmi-Mihran və Razmik Amyan səhnəni tərk ediblər.Eva RivasAvroviziya 2010 yarışmasının ikinci yarım finalında "Apricot Stone" (Qaysı çəyirdəyi) adlı mahnı ilə yarışıb.
Krivoy Roq
Krivoy Roq və ya Krıvıy Riğ (ukr. Кривий Ріг) — Ukraynanın Dnepropetrovsk vilayətində şəhər.
Kross River
Kross River ştatı (ing. Cross River State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. Şimaldan Benue, qərbdən Ebonyi və Abia ştatları, şərqdən isə Kamerun Respublikası həmsərhəddir. Cənubda Akva İbom ştatı ilə həmsərhəddir və Atlantik Okeanı tərəfindən yuyunur. == Adı == Ştatın adı onun ərazisində axan Kross çayıdan gəlir.
Livon dili
Livon dili və ya Liv dili (latış. līvõ kēļ‎ və ya latış. rāndakēļ‎) Ural dillərinin Fin filialına məxsusdur.Fevral 2009-cu ildə son bu dil anadili olan şəxs vəfat edərək , demək olar ki ölü dildir.Eston dili ilə sıx bağlıdır. == Ümumi ifadələr == Salam! – Tēriņtš! Nuş olsun! - Jõvvõ sīemnaigõ! Səhəriniz xeyir! - Jõvā ūomõg! / Jõvvõ ūomõgt!
Radok gölü
Radok — Antarktidanın şərqində yerləşən şirinsulu göl. Göl Biver gölündən 5 km cənub-qərbdə, Aramis silsiləsindən isə 24 km cənub-şərqdə yerləşir. Antarktidanın ən dərin gölü hesab edilir. Onun dərinliyi 362 metrdir. Göl ilk dəfə 1956-cı ildə Avstraliya Millli Antaktika Araşdırma ekspedisiyası tərəfindən xəritəyə salınmışdır. Adı ekspedisiyanın qlyasiologiya proqramına böyük dəstəyi olan Melburn Universitetində məruzə oxuyan meteoroloq Uve Radokun şərəfinə adlandırılmışdır. Göl Antarktidanın dəqiq şəkildə müəyyənləşən ən dərin gölü olmaqla yanaşı həm də indiyənə kimi məlum olan yeganə şirinsulu göldür. Gölün sahilində buzlaq dili mövcuddur..
Rivea corymbosa
Turbina corymbosa (lat. Turbina corymbosa) — sarmaşıqkimilər fəsiləsinin rivea cinsinə aid bitki növü.
Rivne vilayəti
Rovne vilayəti (ukr. Рівненська область) — Ukraynanın şərq qərbində yerləşən vilayət.
Rişod Sobirov
Rişod Sobirov (uzb. Rishod Rashidovich Sobirov; d. 11 sentyabr 1986; Buxara, Özbəkistan) — Özbək cüdoçu, iki qat Dünya Çempionu (2010, 2011), üç qat Olimpiya üçüncüsü (2008, 2012, 2016). == Karyerası == Sobirov 2008 Pekin, 2012 London, 2016 Rioda ölkəsini təmsil etdi. Pekində 60 kq kişilər mübarizəsində, Hollandiyalı Raben Hauks ilə bərabər bürünc medala sahib oldu. Özbək idmançının peşəkarlığı çəkiyə görə London və Rioda dəyişmədi. Sobriov Londonda 60 kq, Rioda 66 kq qarşılaşmalarında bürünc medal qazandı. == İstinadlar == == Mənbə == Письмо от Ирины Михайловны// Контимост, г. Урумчи, КНР, 2003 г.,№ 6, с.10. Дубинина Л. Ирина Дубовицкая: «Сталинабадская симфония» — исторический роман.// Вечерний Душанбе, 2014 г., 11 сентября.
Rişon LeZion
Rişon LeZion — İsrail şəhəri. == Haqqında == Şəhərin adı ivritcə "İlk əvvəl Siona" deməkdir. Tel-Əvivin cənub-şərqində yerləşir. İsrailin ən böyük 4-cü şəhəridir. Petax-Tıkvadan sonra İsraildə tikilən ən qədim ikinci şəhər olan Rişon LeZion 1882-ci ildə Rusiyadan köçüb gəlmiş yəhudilər tərəfindən salınmışdır. Fransa yəhudisi baron Edmond de Rotşildin (1845-1934) dəstəyi ilə şəhərdə bağçılıq inkişaf etdi. O xüsusilə Zihron Yakov ilə şəhərin şərabla məşhurlaşmasını təmin etmişdir. Şəhərin Yafaya yaxınlığı və yeraltı suların mövcudluğu inkişafı sürətləndirdi. 1950-ci ildə şəhər statusu almışdır. Hazırda narınc meyvələrin yetişdirilməsi üzrə məşhurdur.
İrina Krivko
İrina Valerevna Krivko (belar. Ірына Валер’еўна Крыўко; 30 iyul 1991, Senno[d], Vitebsk vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarında estafetdə çempion. == Bioqrafiyası == İrina Krivko Vitebsk vilayətinin Senno şəhərində anadan olub. Beşinci sinifdə oxuyunda keçmiş biatlonçu, bədən tərbiyəsi müəllimi Valentina Gordetskanın diqqətini çəkmişdir.İrinanı idman məktəbinin məşqçisi Valeri Mixayloviç Lektorova göstərdilər. Tezliklə kiçik qardaşı Viktor da biatlonçu oldu. 2018-ci ildə Belarusiya millisinin servis işçisi Artyom Leşçenko ilə evləndi. 2009-cu ildə beynəlxalq yarışlarda debüt etdi və Kanadada Kenmor qəsəbəsində keçirilən yeniyetmələrin dünya çempionatında fərdi yarışda dördüncü yeri tutdu. Kanadalı biatlonçu Yolen Odduya təxminən 10 saniyə məğlub oldu. Sprintdə 14-cü, təqibdə isə səkkizinci oldu.
Divon-le-Ben
Divon-le-Ben (fr. Divonne-les-Bains) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01143. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8160 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 5313 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 4204 nəfər iqtisadi cəhətdən fəal, 1109 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə bu 72.9%). 4204 fəal sakindən 3858 nəfər (2037 kişi və 1821 qadın), 346 nəfəri işsizdir (160 kişi və 186 qadın). Aktiv olmayan 1109 nəfər arasında 396 nəfər şagird və ya tələbə, 243 nəfər təqaüdçü, 470 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Hatt-River Knyazlığı
Hatt-River Knyazlığı (ing. Principality of Hutt River) — 21 aprel 1970-ci ildə Leonard Corc Kasli adlı fermer tərəfindən Avstraliyada 75 km2 sahədə, yaradılan virtual dövlət. Qərbi Avstraliyada, Pert şəhərinin 517 km şimalında yerləşən bu dövlətin sahəsi Honq Konq qədərdir. Knyazlığın yaxınlığında Kalbarri Milli Parkı yerləşir. Paytaxtı və yeganə şəhəri Naindir. == Tarixi == Qərbi Avstraliya əyalət hökumətinin 1970-ci ildə çıxardığı qərara görə 4.000 hektar ərazisi olsa da, 40 hektarlık bir sahədə vergi vermədən əkinçiliklə məşğul ola biləcək Leonard Kasli adlı fermer endirim üçün əyalətə müraciət etdi. Rədd cavabı aldıqda kraliçaya sadiq qalmaq şərti ilə ölkədən ayrılmaq və yeni dövlət yaratmaq qanunu göstərərək tarlasının Avstraliyadan müstəqilliyini elan etdi və ailəsi tərəfindən ölkənin lideri seçildi. Ölkəsini Hatt-River Vilayəti Knyazlığı adlandırdı. Millətlər Birliyi tərəfindən toxunmazlıq əldə edən Kasli 1971-ci ildə özünü I Leonard adlandırdı. Həyat yoldaşı Şirli (ö.