Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır. == Fiziki ifadəsi == Bir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s.
Git
Git (/ɡɪt/) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlar Hit kompüter oyunlarında zərbənin loru dildə adı. Adlar Hit — ingilis ad və soyadı Edvard Hit (1916–2005) — Böyük Britaniyanın Baş Naziri (1970–1974) Lecer Hit (1979–2008) — Avstraliyalı aktyor Kompüter və internet Hit (internet) — brauzerin veb-serverə müraciəti. Hit — axtarış proqramı və ya axtarış sisteminin axtarılan tapşırığa cavabı. Мoda Hit (mövsüm) — mövsüm modasının aparıcı tendensiyası. İdman Hit (beysbol) — zərbə adı.
Jit
JİT (just in time,just-in-time) 1.(“vaxtında” ,“məqamında”) komponentləri anbarda saxlamadan istehsalın təşkili texnologiyası. Başqa sözlə, lazım olan komponentləri dəqiq vaxtda kiçik partiyalarla istehsal yerinə çatdırmaq hesabına aralıq ehtiyatların minimuma endirilməsi. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Krit
Krit (yun. Κρήτη / Kriti) və ya Kirid (osman. گريد / Girid) — Yunanıstanın tərkibində, Aralıq dənizində ada. Sahəsi 8,3 min km², əhalisi 537,2 min nəfərdir. == Tarixi == Krit qədim egey mədəniyyətinin mərkəzlərindən biridir. E.ə. 67-ci ildə Krit Roma tərəfindən işğal edilmişdi. 395–823, 961–1204-cü illərdə Bizansa, 823–961-ci illərdə ərəblərə məxsus idi. 1204-cü ildə səlibçilər Kriti zəbt etmiş və Venetsiyaya satmışdılar. 1715-ci ildən Osmanlı imperiyasının tərkibində idi.
MIT
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.
RNT
Ribonuklein turşusu, RNT — hüceyrədə informasiyanın genlərdən zülala ötürülməsi yəni transkripsiya və translyasiya proseslərində, eləcə də genetik ifadə prosesinin tənzimlənməsində birbaşa iştirak edən DNT kimi nukelotidlərdən ibarət makromolekul. RNT nuklein turşusu olub əsas üç növə bölünür: t-RNT m-RNT və r-RNT. Əksər canlıların irsi maddəsi DNT olsa da bəzi viruslarınki (retroviruslar) RNT-dir. Eynilə DNT (deoksiribonuklein turşusu) kimi RNT hər bir keçidin bir nukleotid adlandığı uzun bir zəncirdən ibarətdir. Hər bir nukleotid azot əsasları,riboza şəkər və fosfat qrupundan ibarətdir. Nukleotid ardıcıllığı RNT-yə genetik məlumatları kodlamağa imkan verir. Bütün hüceyrə orqanizmləri protein sintezini proqramlaşdırmaq üçün RNT (MRNT) istifadə edir. Hüceyrə RNT-ləri transkripsiya adlanan bir proses zamanı meydana gəlir,yəni DNT matrisində RNT sintezi,xüsusi fermentlər — RNT polimerazları tərəfindən həyata keçirilir. Bundan sonra MRNT prosesdə,translyasiya (biologiya) adlanan,iştirakı qəbul edir. Translyasiya — transkripsiya nəticəsində yaranan MRNT-lərdəki koda uyğun olaraq ribosomlarda reallaşdırılan polipeptit sintezi prosesidir. Transkripsiyadan sonra digər RNT-lər kimyəvi dəyişikliklərə məruz qalırlar,ikincili və üçüncülü quruluşların meydana gəlməsindən sonra RNT növündən asılı olaraq funksiyaları yerinə yetirirlər.
Rif
Rif (nid. rif – qabırğa, til) — dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının, yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. Rif – (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən başqa orqanizmlərin sualtı əhəngli qurğuları. Ancaq isti dənizlərdə yayılmışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Rift
Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. Geologiya terminlərinin izahlı lüğəti.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir. Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Tit
Tit (imperator)
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Riot!
Riot! — ABŞ rok qrupu Paramore-un ikinci studiya albomu. 12 iyun 2007-ci ildə Fueled by Ramen tərəfindən buraxılıb.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. Branco River. (2009).
Eliu Rut
Eliu Rut (15 fevral 1845[…] – 7 fevral 1937[…], Nyu-York, Nyu-York ştatı) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi. Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır, bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət də verib. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçilərək, 1909–1915-ci illərdə bu vəzifəni icra edib. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-Kinli və Teodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə Filippinlər və Kuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi.
Elvin Rot
Elvin Rot (ing. Alvin Eliot Roth; 18 dekabr 1951 və ya 19 dekabr 1951, Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2012-ci ildə Lloyd Şepli ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Elvin Rot yəhudi əsilli bir ailənin övladıdır. Evlidir və iki uşağı var. Elvin Rot Universitet diplomunu Nyu Yorkdakı Kolumbiya Universitetindən 1971-ci ildə almışdır. Sonra Stanford Universitetində Əməliyyatlar tədqiqatı sahəsində çalışmış və burada 1973-cü ildə magistr, 1974-cü ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Stanford Universitetində təhsildən sonra 1974–1982-ci illərdə İllinoys Universitetində işləmişdir. Sonra Pitsburq Universitetində işləmiş və tədqiqatlar aparmışdır. 1982–1985-ci illərdə "A.U.Mellon İqtisad Professoru" və 1985–1998-ci illərdə Biznes İnzibatçılığı Professoru vəzifələrində çalışmışdır.
Fil Hit
Fillip Cerrod "Fil" Hit (ing. Phillip Jerrod "Phil" Heath) - ABŞ-nın peşəkar bodibilderi. Mister Olimpiya (2011-2017).
Fit qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Fit registeri
Fit registeri (həmçinin fit notu, fit səsi və fit notası da deyilir) modal ve falsetto registerlərinden daha incə olan, insanın çıxarda biləcəyi ən incə registerdir. Bu register digər registerlərdən fərqli olaraq xüsusi bir fizioloji xüsusiyyətə malikdir. Bu səs rənginin yaratdığı səs, fit səsinə bənzəyir. Bəzi sopranolarda, modal register istehsalı tez-tez fit registeri adlandırılır. == İstifadəsi == Populyar musiqidə fit notası klassik musiqidən daha çox müxtəlif və incə səslər çıxarmaq üçün istifadə olunur. Daha çox Mariah Carey, Minnie Riperton, və Ariana Qrande kimi qadın müğənnilər tərəfindən istifadə olunur. Bəzi kişilərdə fit notasından istifadə edə bilərlər. Wang Xiaolong, bir kişinin çıxarda biləcəyi ən incə vokal notu ilə Ginnesin Rekordlar Kitabına düşmüşdür (Mi8, 5243 Hz). Qadın müğənni Georgia Brown 2005-ci ildə Ginnesin Rekordları Kitabında indiyə qədər əldə edilmiş ən incə nota (Sol10 veya 25 kHz) çatdı, lakin 2007-ci il mahnılar buraxılışında həqiqət olduğunu sübut edən heç bir qeyd olmadığı üçün bu iddia qaldırıldı.