Ribekit
Ribekit Na2 Fe32+Fe23+ [(OH, F) | Si4 O11]2; Maqnezioribekit – Na2Mg3Fe23+[(OH,F)|Si4 O11]2. — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Krokidolit (yaxud mavi asbest) və rodusit – uyğun olaraq ribekit və maqnezioribekitin asbestəbənzər növ müxtəliflikləri.
Rəng – açıq- və tünd-göydən qöyümtül-qarayadək; krokidolitin – mavi, göyümtül-yaşıl, sarımtıl, bozumtul, yaşılımtıl, qızılı-qəhvəyi; Mineralın cizgisinin rəngi – göyümtül-qara, tünd-göydən açıq-göyədək, bəzən rəngsiz; krokidolitin–poladı-boz, qızılı-qəhvəyidən sarıyadək; Parıltı – şüşə, asbestəbənzər əmələgəlmələrdə – ipəyi; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,0-3,4; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; krokidolitdə – yoxdur; Bölünmə – qeyri-hamar, asbestəbənzər növ müxtəlifliklərində – tikanlı; Morfologiya – kristallar: iynəvari, üzlərin uzunu istiqamətdə cizgilənmiş prizmatik; Mineral aqreqatları: püruzlar, lifli kütlələr.
Maqmatik ribekitə natriumla zəngin intruziv və effuziv süxurlarda – qranit, siyenit, riolit, traxit, komenditlərdə və b. rast gəlinir. Habelə qranit peqmatitlərində qeyd edilir. Bu mineralların metamorfik əmələgəlmələri dəmirli kvarsitlərdə, maqnezioribekitinkilər isə həmçinin qlaukofan şistlərində tez-tez müşahidə olunur. Kvars və kalsit damarlarında bəzən hidrotermal mənşəli ribekitə rast gəlinir.