Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sabantuy
Sabantuy (başq. hабантуй, tatar. сабан туе,çuvaş ака туйи) — Başqırdların, tatarların xalq bayramı. "Yaz işləri ilə bağlı bayramların ən böyüyü Sabantuy və ya Səpin toydur. Bu bayram yazdakı səpin ilə bağlıdır. Müasir dövrdə yaz şumu çıxarıldıqdan və torpaq əkin üçün hazırlandıqdan sonra keçirilir. Sabantuy xalqın könüllü şəkildə bir yerə toplanaraq qeyd etdikləri musiqili-dramatik tamaşadır. Kənddə yaranan bu bayram sonralar şəhərlərə də yayılmış və təntənəli şəkildə qeyd olunmağa başlanmışdır. Sabantuyda: 1) Uşaqlar yeyən yeməklər bişirilir. Məsələn, "Zərə botkası"; 2) Uşaqların boyanmış yumurta döyüşdürməsi; 3) At minən gənclərin yumurta döyüşməsi və çay qırağında və ya meşədə gəzməsi; 4) Müxtəlif geyimlər geymiş kişilərin yumurta döyüşməsi; 5) Sabantuya "büləklər jıyu"; 6) Meydanda yarışlar təşkil etmək; 7) Gənclərin könül açmaları.