Sabantuy
Sabantuy (başq. hабантуй, tatar. сабан туе,çuvaş ака туйи) — Başqırdların, tatarların xalq bayramı.
"Yaz işləri ilə bağlı bayramların ən böyüyü
Sabantuy və ya Səpin toydur. Bu bayram yazdakı səpin ilə bağlıdır.
Müasir dövrdə yaz şumu çıxarıldıqdan və torpaq əkin üçün hazırlandıqdan
sonra keçirilir. Sabantuy xalqın könüllü şəkildə bir yerə toplanaraq qeyd
etdikləri musiqili-dramatik tamaşadır. Kənddə yaranan bu bayram
sonralar şəhərlərə də yayılmış və təntənəli şəkildə qeyd olunmağa
başlanmışdır.
Sabantuyda:
1) Uşaqlar yeyən yeməklər bişirilir. Məsələn, "Zərə botkası";
2) Uşaqların boyanmış yumurta döyüşdürməsi;
3) At minən gənclərin yumurta döyüşməsi və çay qırağında və ya
meşədə gəzməsi;
4) Müxtəlif geyimlər geymiş kişilərin yumurta döyüşməsi;
5) Sabantuya "büləklər jıyu";
6) Meydanda yarışlar təşkil etmək;
7) Gənclərin könül açmaları.