Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baburlu
Baburlu — İrəvan xanlığının Talın mahalında kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. Sonralar əhalinin bir hissəsi geri qayıtmışdır. 1914–1915-ci illərdə azərbaycanlılar qovulmuşdular. 1947-ci ildə kənd ermənicə Bartraşen adlandırılmışdır. Baburlu tayfasının adını əks etdirir.
Samurlu
Samurlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. == Toponim == Toponim qədim türk mənşəli samur etnoniminə mənsubluq bildirən -lu şəkilçisinin artırılması ilə düzəlib, "samur tayfasına mənsub yer" deməkdir. Qədim türkmənşəli Samur tayfasının adını əks etdirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarapat qoyulmuşdur. Azərbaycan-Dağıstan sərhəddində Samur çayının (İlk dəfə çayın adı 1386-cı ildən mə’lumdur) adı ilə mənşəcə eynidir.
Baburlu sülaləsi
Baburlu sülaləsi və ya Moğol xanədanı — Teymurlular xanədanının bir qoludur. Məhəmməd xan Şeybaninin 1507-ci ildə Teymurlu imperatorluğuna son qoymasından sonra Teymurilərin Hindistana çəkilməsi nətciəsində yaranan Baburlu imperiyasının hakim sülaləsidir. Əsası Baburlu imperiyasının qurucusu və ilk padşahı Padşah Babur şah tərəfindən qoyulmuşdur. Babur padşah ən məşhur türk xaqanlarından olan Əmir Teymur xanın nəticəsi idi. Sülalənin nümayəndələri 5 titul daşıyırdılar: padşah, şah, sultan, xan və xaqan. Sülalə türk idi, moğol (muğal) adı isə onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Sülalənin son padşahı II Bahadır şahdır. Baburlular digər türk dövlətləri olan Osmanlı və Səfəvi imperiyaları ilə dostluq əlaqələri qurmuşdur.