Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az.-əski. بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Homare Sava
Homare Sava (d. 6 sentyabr 1978) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 205 oyun keçirib, 83 qol vurub.
Qot Sava
Qot Sava (rum. Sava Gotul, yun. Σάββας ο Γότθος; 334, Buzeu (judets), Dakiya[d] – 12 aprel 372) — xristian əzabkeş və müqəddəs. Sava 334-cü ildə Buzau çayı vadisində yerləşən bir kənddə anadan olmuşdur. O, indiki Rumıniyanın Valaxiya bölgəsində yaşamış və gənclik illərində xristianlığı qəbul etmişdir. Onun agioqrafiyasında qeyd edilmişdir ki, Sava irqinə görə qot idi. Savanın şəhadət günü Roma əzabkeşliyində 12 aprel, Ortodoks Kilsəsində isə 15 apreldir. Pravoslav Kilsəsi onu "müqəddəs, şanlı və haqlı qalib Böyük Şəhid Sava" kimi xatırlayır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Butler, Alban, Rev., (1866). The Lives of the Fathers, Martyrs and Other Principal Saints: Compiled from Original Monuments and Authentic Records by the Rev.
Sava-Mepen
Sava-Mepen (fr. Savas-Mépin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38476. Kommunanın 2004-cu il üçün əhalisi 797 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 35 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Sava çayı
Sava çayı(bosn. xorv. sloven. serb.: Sava - alman: Save/Sau - macarca: Száva) — Avropada çay. Dunay çayının sağ qollarından biridir. Serbiyanın paytaxtı Belqrad şəhərində Dunay çayı ilə birləşir. Uzunluğu təxminən 990 kilometrdir. Hövzəsi 95719 km2-dir. Axarkən dörd ölkənin sərhəddindən keçir: Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya.
Una çayı (Sava)
Una çayı (xorv. Una) — Xorvatiya və Bosniya və Herseqovina ərazisindən axan çay. Una çayı Sava çayınım sağ qolunu təşkil edir. Uzunluğu 212 km, orta su sərfiyyatı 202 m³/s-dir. Una çayı öz başlanğını Xorvatiyadan, Strajbenis dağlarının şimal-şərq hissəsindən götürür (Dinar öndağlığı). Mənsəb Knin şəhərindən şimalda qərarlaşır. Buradan çay şimala doğru istiqamətlənir. Bosniya və Herseqovina ərazisinə keçdikdən sonra Bixaç şəhər rayonu ərazindən isə şimal-şərqə istiqamətlənir. Bosanski-Novi şəhərindən yuxarıda Bosniya və Herseqovina və Xorvatiya sərhədindən keçir. Buradan Una çayı sərhəd çayına çevrilir.
Cavea
Cavea (lat. Cavea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Cavea tanguensis (J.R.Drumm.) W.W.Sm.
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Havsa
Havsa - Ədirnənin ilçəsi. == Tarixi == Havsa ilçəsi qədim romalılar tərəfindən qurulmuşdur. Havsa Roma imperiyası ikiyə parçalandıqdan sonra bizanslıların əlində qalmışdır. 1331 ilində Rumelinə keçən türklər buranı I Murad vasitəsiylə türk torpaqlarına daxil etmiş və ilçəyə "Hosa" adını vermişdilər. Edirne Osmanlı dövlətinin hökumət mərkəzi olduqdan sonra Hosada yaşayan rumlar padişah I Muradın yaşamaq və dini azadlıq ilə bağlı fərmanlarına əhəmiyyət vermədən buranı tərk edərək İstanbul və Selanik ətrafına köç etmişdilər. İstanbulun fəthindən sonra Anadoludan gətirilən köçərilərlə qəsəbənin türkləşdirilməsi təmin edilmiş, Sokollu Mehmed Paşanın bura önəm verməsiylə türklük artmışdır. Bu gün Hacı İsa, Hacı Qazi və Halvacı Baba məhəllələri o dövrdə gətirilən köçəri ailələrin adlarını daşıyır. Tarixi əsərlər 1531 ilində Sokollu Mehmed Paşa tərəfindən oğlu Kazım Paşa adına Memar Sinana hazırladılar Sokollu məscidi, Fukaraya Bektaşilərindən olduğu deyilən Qurd Bəy abidəsi, sadəcə kəməri qalan karvansara, xarab vəziyyəttəki Sokollu Hamamı və bu gün də istifadə edilən bütün infrastrukturu Memar Sinan tərəfindən əsası qoyulan bulaqdır. Tarixi əsərlərdən Hafsa Xatun və Abdülsəlam Məscidindən heç bir iz qalmayıb. Hafizə Sultanın ilçədə yaşamağa başlamasından sonra ilçəyə bir müddə "Hafsə" deyilmiş, daha sonra bu iki adın birləşməsindən "Havsa" adı yaranmışdır.
Janza
Janza (fr. Jenzat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03133. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 508 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 287 nəfər arasında (15-64 yaş arasında) 219 nəfər iqtisadi cəhətdən fəal, 68 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,3%, 1999-cu ildə 69.5%) olmuşdur. 219 fəal şəxsdən 198 nəfər (105 kişi və 93 qadın), 21 nəfər işsiz (7 kişi və 14 qadın) idi. 68 hərəkətsiz 21 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Pavia
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Pavzi
Pavzi və ya Pavsi (yun. Παυσίας; e. ə. IV əsr, Sikion, Peloponnes – e. ə. IV əsr) — Qədim Yunanıstan rəssamı. O, əslən Sikiondandır. Pavzi Apellesin müasiri, Pamfilin tələbəsi olmuşdur. Pavzi əsasən uşaq və heyvan fiqurlarını, eləcə də çiçəkləri çəkmişdir. O, tarixdə tavanları arabesk, çiçəklər və fərdi fiqurlarla rəngləyən ilk şəxs olmuşdur.
SAIPA
SAIPA — İranın iki böyük avtomaşın istehsal edən fabriklərindən biri.
Sabra
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. == Silahlar == Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Sadaa
Saiga
Sayğaqlar (lat. Saiga)— Əsl antiloplar alt dəstəsinə daxiı olan bioloji cins. Pleystosen epoxası (2 milyondan 10 min il öncəyə qədər) dövründə Avrasiyanın şimalı, Britaniya adaları qərbi, Kanadanın şimal-qərb bölgəsinin savanna və çöl ərazilərində yayılmışdırlar. Hazırda bir-birindən arslı yayılmış bir nrcə populyasiya şəklində Mərkəzi Asiyanın çöl və yarımsəhra ərazilərində yayılmışlar. Cinsə bir nəsli kəsilmiş və bir müasir növ daxildir: Sayğaq (Saiga tatarica) — hazırda iki yarımnövə aid 5 təcrid olunmuş populyasiya qalmışdır: S. tatarica tatarica — Rusiya və Qazaxıstan ərazisində dörd populyasiya; S. tatarica mongolica — olduqca azsaylı polulyasiya Monqolustanın şimal-qərbində yerləşir; S. tatarica binagadensis † — Orta Pleystosen dönəmində Azərbaycanda iqlimin quraqlaşması ilə əlaqədar nəsli kəsilmişdir. Pleystosen sayğağı (Saiga borealis) † — qədim, hazırda nəslikəsilmiş növ. İki yarımnövə bölünürdülər: S. borealis borealis — Şərqi Sibir və Alyaska S. borealis prisca — Avropa, Ural və Qərbi Sibir == İstinadlar == == Ədəbiyyat == Baryshnikov G. and Tikhonov A. 1994. Notes on skulls of Pleistocene saiga of northern Eurasia. Historical Biology, Volume 8, Issue 1–4, pages 209–234.
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. == Tarixi == 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == === Milli tərkibi === 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Salvia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. == Samba no pé == Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Saqra
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Çanza
Çanza və ya şanza (монг. шанз, бур. шаанза) — monqol və buryat simli-mizrablı musiqi aləti. == Alətin quruluşu == Çanzanın xarici görünüşü olduqca orijinaldır. Böyük ölçülü aşıqlar bərkidilmiş boynu hamar səthli oval çanaq-rezonatora birləşdirilib. Adətə görə , çanağına üzünə ilan dərisi çəkilir.3 ipək və ya bağırsaq simlər (pərdə düzümü kvarta-kvintalıdır) özünəməxsus tembrdə titrəşən, xışıldayan, bir qədər zərb duyumu yaradan səs çıxarır. == Alətin tarixi == Çanza alətini XX əsrdə Rusiyada rekonstruksiya ediblər. Bəzi modellərinə 4-cü simi artırılıb, həmçinin , alətin bir neçə növü hazırlanıb. == Çanza aləti əsərlərdə == Orkestrlərdə, Çanza alətinə çox zaman müşayiətçi rol verilir, lakin onu həm solo , həm də tematik partiya ilə ifa etmək olar. Xalq təcrübəsində Çanza xalq mahnılarını oxuyanları müşayiət edir.
Şalya
Şalya (slovak. Šaľa, alm. Schelle‎, mac. Vágsellye) — Slovakiyanın cənubunda, Vaq çayının sahilində şəhər. Əhalisi 25 min nəfərə yaxındır. == Tarix == Şalyanın adı ilk dəfə 1002-ci ildə qeyd olunur. 1252-ci ildə Şalyanı monqol-tatar ordusu talan edərək yandırır. Elə həmin ildə də macar kralı IV Bela Şalyaya şəhər statusu verir. XVI-XVII əsrlərdə şəhəri bir neçə dəfə Osmanlı ordusu ələ keçirmək istəyir, lakin buna nail ola bilmir. XVII əsrdə burada qala tikilir.
Havpa
Havpa (sor. هاوپا, Hāwpā, hərf. 'eynitipli şəxs'), həmçinin Kürd Milli Sosialist Partiyası (kurm. Partiya Sosyalîst a Neteweyî ya Kurdî, qısaca forma "PSNK") — İraq Kürdüstanında kürd neonasist və hökumət əleyhinə yeraltı hərəkat. Havpa 21 mart 2020-ci ildə Ərbildə gənc tələbələr tərəfindən Novruzun ilk günündə qurulmuşdur. Onların tez-tez vurğuladıqları təşkilatın əsas məqsədi Kürdüstanda yalnız etnik kürdlərin yaşaya bilməsidir. Havpa sionist işğal hökuməti konspirasiya nəzəriyyəsinə inanır, Kürdüstan Regional Hökumətinin hakim Bərzani və Təlabani ailələri kürd hökumətinin yəhudi işğalçıları olduğunu bildirir. "Instagram" və "Telegram" kimi müxtəlif onlayn platformalar vasitəsilə Havpa ərəblərin Kürdüstan bölgəsindən qovmaq, türkmanlar və aysorlara qarşı soyqırımı keçirmək ideyasını təbliğ etmək üçün kampaniya həyata keçirdi. Bundan əlavə, Havpa İraq Kürdüstanının hər yerində plakatlar nümayiş etdirərək fəallıq göstərir.
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.