Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samolit
Böyük Samolit dağı
Bronislav Samoylov
Bronislav Oleqoviç Samoylov (belar. Браніслаў Алегавіч Самойлаў; 25 may 1985-ci il, Tolçin, Vitebsk vilayəti) — Belarusiyalı peşəkar şose velosipedçisi. 2014-2017-ci illərdə UCI Continental Circuits yarışları iştirakçısı. 2018-ci ildən Minsk velosiped klubunun peşəkar komandasında çıxış edir. Fərdi və qrup yarışlarında Belarus çempionu. 2012 Yay Olimpiya Oyunlarının iştirakçısı. Beynəlxalq dərəcəli idman ustası. == Bioqrafiyası == Samoylov Vitebsk vilayətinin Toloçin şəhərində anadan olmuş. Yerli velosiped məktəbinin məzunudur. Yeniyetməlik vaxtlarında dəfələrlə zədələr almışdır.
Vasili Samoylov
Samoylov Vasili Vasilyeviç (1813-1887) – Peterburq Aleksandrinsk teatrının ən görkəmli artistidir. Müstəsna zahiri başqalaşma qabiliyyətinə malik idi və qrimçəkmə məharətinə mükəmməl surətdə yiyələnmişdi. Onun yaratdığı obrazlar səhnə rəsminin bitkinliyi ilə fərqlənirdi.
Vladimir Samoylov
Vladimir Samoylov (15 mart 1924[…], Odessa – 8 sentyabr 1999[…], Moskva) — sovet aktyoru. İyirmialtılar (film, 1966) Ulduzlar sönmür (film, 1971) Məhəbbətim mənim, kədərim mənim (film, 1978) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 379.
Yevgeni Samoylov
Yevgeni Samoylov (3 (16) aprel 1912, Sankt-Peterburq – 17 fevral 2006, Moskva) - aktyor.
Samolit aşırımı
Samolit aşırımı — Baş Qafqaz silsiləsində yerləşən dağ keçidi. Aşırımın hündürlüyü 3260 m (digər mənbələrə görə 3240,4 m) təşkil edir. Böyük Samolit dağıının cənub-qərbində, Azərbaycan Respublikası (Zaqatala rayonu) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşir. Aşırımın şimal yamacının qırışıqlarında Samolit gölləri qrupunun ən böyük olanı Samolit gölü yerləşir.
Jan-Fransua Şampolyon
Jan-Fransua Şampolyon (fr. Jean-François Champollion; 23 dekabr 1790[…], Fijak[d], Fransa krallığı[…] – 4 mart 1832[…], Paris, İyul monarxiyası[…]) — fransız filoloq, alim, şərqşünas və misirşünas. == Həyatı və fəaliyyəti == === Erkən illəri === Jan-Fransua Şampolyon 1790-cı ilin 23 dekabrında Fransanın Lo departamentində dünyaya gəlmişdir. Uşaqlıq illəri əsasən Qrönoblda keçən Şampolyon bu dövr ərzində xüsusi dil öyrənmə istedadını kəşf etmişdir. Beləliklə artıq 16 yaşında ikən o artıq 12 dil bilirdi. O 1809-cu ildə 19 yaşında tarix üzrə professor adını alıb və Qrönobl Akademiyasının professoru olaraq işə başlayıb. === Rozetta daşı === Qısa zaman kəsiyində çoxsaylı dil biliklərinə yiyələnən Jan-Fransua Şampolyon, 1822-ci ilin sentyabr ayında 32 yaşında Rozetta daşı üzərindəki heroqliflərinin tərcüməsi istiqamətində çalışmışdır. === Sonrakı fəaliyyəti === Misirşünaslıq elminin metodoloji əsaslarının yaradılmasında və bütövlükdə onun tədqiqat sahəsinin genişləndirilməsində Şampolyonun xüsusi xidmətləri olmuşdur. Beləki, məhz onun 1824-cü ildə dərc edilən "Precis du systeme hieroglyphique" əsəri ilə misirşünaslıq elmi bir sfera kimi formalaşmağa başlamışdır. Sonrakı illərdə Kollec de Fransda misirşünaslıq üzrə professor olaraq çalışmış, 1828–1829-cu illər arasında isə tədqiqat məqsədilə Misirə səfər etmişdir.
Böyük Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonunun Dağıstanla sərhədində zirvə. Hündürlüyü 3452 m. Tala çayının mənbəyi buradadır. Bu çayın qollarından biri də dağın adı ilə Samolit çayı adlanır. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanli, ganli, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.
Kiçik Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonu ilə Dağıstanın sərhədində aşırım. Hündürlüyü 3260 m. Bu aşırımdan keçən yol Qaraçay ilə Samur çayının hövzələrini birləşdirir. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanlı, ganlı, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.