Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əyriyarpaq saqovnik
Vətəni Yaponiyadır. Hündürlüyi 2m-ə qədər, oduncaqlaşmış, keçəvari, budaqlanmayan gövdəyə malikdir. Onların gövdəsi tökülən yarpaq saplaqları ilə sıx örtülmüşdür, ləkəvarı yarpaqları isə gövdenin ucunda dəstəyə yığılmışdır. Mikrosporofilləri (erkəkcikləri) çoxsaylı, pazşəkilli, qonur, alt tərəfdən çoxsaylı, tozcuqludur. Erkək qozaları silindirikdir. Dişi qozaları yumru, sferik, hissələri lələkvarı bölünmüş olub, yanlarında yumurtacıqları vardır. Qozaları tutqun sarıdır, yazda və ya yayda az miqdarda əmələ gəlir. Toxumu yumru, çəyirdəkşəkilli, üst örtüyü ətli, orta və içəri örtükləri bərkdir, uzunluğu 2sm-ə qədə, narıncı-qırmızı rəngdədir. İşıqlı və yarımkölgəli şəraitdə bitir, düzünə düşən günəş şüalarından qorunmalıdır. Torpaq həmişə rütubətli olmlı, suvarılma vaxdaşırı aparılmalıdır.
Sanqvinik
Sanqvinik – bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər. Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir.
Çinovnik
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Snovik
Snovik — Sloveniyanın Yuxarı Karniola regionunun Karmik bələdiyyəsinin Tuhinj vadisində yerləşən yaşayış məntəqəsi. Yeni yaradılmış Snovik spa mərkəzi Snovikin yaxınlığında yerləşir. Ərazidəki hovuzların termal sularından müalicə məqsədi üçün istifadə olunur. Spa mərkəzi bundan əlavə bir sıra sağlamlıq proqramları, istirahət fəaliyyətləri və qalmaq üçün otaqlar təklif edir.