Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şaharbi Ebzeyev
Şaharbi Ebzeyev (qar.-balk:Эбзелени Кёккёзню джашы Шахарби; 1913, Cequta[d], Ust-Cequtinski rayonu – 1982, Kislovodsk, Stavropol diyarı) — qaraçay-balkar şairi, dramaturq və musiqiçi == Həyatı == Şaharbi Kekkeboviç Ebzeyev 1913-cü ildə Rusiyanın Kuban vilayətinin Cebuta aulunda anadan olmuşdur. Lakin ailəsi Kislovodska köçdüyündə orta təhsilini həmin şəhərdə almışdır. 1929-cu ildə orta məktəbi bitirdikdən sonra Kislovodsk şəhərində klun müdiri vəzifəsində çalışmışdır. === Vəfatı === 1982-ci ildə Kislovodsk şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Şaharbi Ebzeyev bədii yaradıcılığa 17 yaşında ikən “Oqurlu” adlı pyeslə başlamışdır. Əsərin premyerası 1931-ci ildə Qaraçayevsk şəhərinin teatrında olmuşdur. Elə həmin ilin dekabrın 7-də Rostov-Donda, Şimali Qafqaz xalqlarının ilk sənət olimpiadasının keçirildiyi bir dəri zavodunun Mədəniyyət Evinin səhnəsində əsər nümayiş olunmuşdur. Tamaşa çox böyük uğur qazanmışdır. O, sonralar da dramaturji fəaliyyətini davam etdirmiş, “Hamam müdiri”, “Yuyulmuş şlyapa” və başqa pyeslər yazmışdır. Bu əsərlər də müxtəlif dövlərdə Qaraçaysk şəhər teatrının səhnəsində tamaşaya qoyulmuşdur.