Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bornit
Bornit — kubik sinqoniya – yüksək temperaturlu (>228 °C) modifikasiya; triqonal sinqoniya – aşağı temperaturlu metastabil modifikasiya; tetraqonal sinqoniya – aşağı temperaturlu (<228 °C) modifikasiya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – dəyişilməmiş təzə səthində tuncu-sarı, tünd misi-qırmızı. Havada dərhal tutqunlaşır və göy, qırmızımtıl və bənövşəyi çalarlı əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq–4,9–5,3; Sərtlik – 3; Kövrəkdir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari; Başqa xassələr – elektrik keçiriliciyi ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir heksaedrik, dodekaedrik, oktaedrik; Mineral aqreqatları: dənəvər, sıx kütlələr, damarcıqlar, püruzlar, qabıqlar, haşiyələr, lövhəciklər. == Mənşəyi və yayılması == Həm endogen, həm də ekzogen proseslərin məhsuludur. Mineralın hipogen əmələgəlmələrinə maqmatik (mis-nikel), skarn tipli və hidrotermal yataqlarda, hipergen əmələgəlmələrinə isə mis filizi yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında rast gəlinir. Misli qumdaşları və misli şistlər içərisində yerləşən stratiform tipli yataqlarda geniş yayılmışdır. Autigen mineral və sement kimi çox az hallarda çökmə süxurlarda tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkozin, digenit, kovellin, xalkopirit, tetraedrit, tennantit, enargit. Mineralın tapıldığı yerlər: Mansfeld (Almaniya); Cezkazqan, Uspenski (Qazaxıstan); Dzerjinski, Qay, Lyovixa (Rusiya); Byutt (ABŞ); Braden (Çili); Sumeb (Namibiya) və b.
Gilruthia osborni
Gilruthia osbornii
Çyornıy adası
Çyornıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Qusinnıy yarımadasından 100 metr şərqdə yerləşir. Komsomoles adasından 4 km şimalda Qırmızı Ordu boğazında qərarlaşır. == Xüsusiyyətləri == Şimaldan-cənuba 1,2 km məsafədə uzanır. Eni 1 km-dir. Şimalı qayalıqdır. Cənub hissəsində buxta vardır. Buxtada kiçik adsız adalar vardır.
Alfonsina Storni
Alfonsina Storni (29 may 1892[…] – 25 oktyabr 1938[…]) - modernist dövrdə tanınmış Latın Amerikalı yazıçı. == Həyatı == Alfonsina İsveçrənin Sala Capriasca şəhərində, Argentinalı pivə istehsalçısı ailəsində dünyaya gəlmişdir. Burada o, italyan dilini öyrənmə şansı əldə etmişdir. Ailənin işinin uğursuzluqla nəticələnməsi səbəbi ilə ailə Argentinaya qayıtmış və Rosario şəhərində bir pivəxana açmışdır. Burada Alfonsina kiçik işlərdə kömək edirdi. 1907-ci ildə bir teatr qrupuna qoşulan yazıçı ölkəni gəzmək fürsətini ələ keçirmişdi. Bu illərdə o, Henrix İbsenin “Spectres”, Benito Perez Galdosun “La loca de la casa” və Florencio Sanchzin “Los muertos” kimi əsərlərinin tamaşalarında oynamışdır. Rosarioya qayıtdıqdan sonra ibtidai sinif müəllimliyi işini tamamlayan yazıçı “Mundo Rosarino”, “Monos y Monadas” və “Mundo Argentino” kimi jurnallarda işləmişdir. 1911-ci ildə Buenos Ayresə kömüş və bir il sonra Korondalı bir jurnalistdən olan oğlu Alexandronu dünyaya gətirmişdir. Növbəti illərdəki maddi sıxıntılara baxmayaraq 1916-cı ildə “La inquietude del rosal” adlı əsərini çap etdirdi və ardınca bir marketdə kassir kimi işlədiyi zaman “Caras y Caretas” adlı jurnal üzərində işləmişdir.
Bornay məscidi
Bornay məscidi (tat.: Bornay məçete) — Kazanda Qədim Tatar qəsəbəsində yerləşən XIX əsrə aid memarlıq abidəsi. == Haqqında == 1799-cu ildə indiki məscidin yerində tacir Salih Mustafin taxtadan məscid tikib. Bu məscid Apanaev mədrəsəsinin şagirdləri üçün fəaliyyət göstərirdi. 1831-ci ildə tacir öldükdən sonra bu ərazi və məscid yaxınlıqda yaşayan müsəlman icmasına verilir. 1872-ci ildə şəhərin müsəlman icması tərəfindən memar P.Romanovun layihəsi ilə milli romantizm istiqamətində eklektik formada tikilib. Bina tacir M.Burnayevin hesabına tikilib. Məscidin minarəsi isə F.Malinovski və L.Xroşonoviçin layihəsi ilə tikilib. Bina özlüyündə bir mərtəbəli, bir zallı və tək minarəlidir. Fasadında orta əsr tatar, rus memarlığının elementlərindən istifadə olunub. 1930-1994-cü illər ərzində məscid fəaliyyət göstərməyib.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.