Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ernst Ştayniq
Ernst Ştayniq (alm. Ernst Steinig‎; 2 yanvar 1900 – XX əsr) — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı. == Həyatı == 1900-cü ildə Klyayn-Lasovis (müasir Polşanın ərazisi) kəndində anadan olmuşdur, amma Dortmundda böyümüşdür və orada da güləş ilə məşğul olmağa başladı və 1920-ci ildə ən görkəmli alman pəhləvanlarından biri oldu. 1924-cü ildə Almaniya çempionatında 2-ci yeri tutdu və Avropa çempionatında 7-ci oldu. 1925-ci ildə Almaniyan çempionu və Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1926-cı ildə yenə Almaniya çempionu ola bildi və Avropa Çempionatında bürünc medalı qazandı. 1927-ci ildə keçirilən Avropa çempionatında 9-cu yeri tutdu. 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1929-cu ildə keçirilən Avropa çempionatında 4-cü oldu.
Krayniy adası
Krayniy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 4,2 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Kolokol adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 1 km və 650 m). == Təsviri == Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 1,3 km, eni isə 300 metr təşkil edir. Adanın maksimal hündürlüyü 11 metrdir. Adada çay və göl yoxdur.
Svuynoy adası
Svuynoy adası (far. Svínoy) və ya Svinyo (dan. Svinø) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 31 nəfər yaşayır. Sahəsi 27.1 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 586 m-dir. Arxipelaqın şimal-şərqində yerləşir. Adada eyni adlı qəsəbə yerləşir. == Coğrafiyası == Sahilləri əsasən sıldırımlıdır. Ən hündür nöqtəsi Havnartindur dağıdır (586 m).
Vaynay Sadayuki
Vaynay Sadayuki (和井内貞行, 29 mart 1858 – 16 may 1922) – Yaponiya balıq seleksiyaçısı. Heç bir balığın yaşaya bilməyəcəyi düşünülən Tovada gölü üçün alabalıq cinsi yetişdirməsinə görə tanınır. 1858-ci ildə Yaponiyanın Mutsu əyalətində (hazırda Akita prefekturası) anadan olub. 1884-cü ildə Tovada gölü üçün iki karp cinsi yetişdirsə də, uğur qazana bilməyib. 1902-ci ildə Hokkaydonun Şikotsu gölündən gətirilmiş nerkaları gölə uyğunlaşdırmağa çalışıb. 1905-ci ildə nəhayət göl üçün balıq cinsi yetişdirməyi bacarıb. Daha sonra Yaponiyada bir çox balıq yaşamayan gölə də bu cinsi təqdim edib. Yetişdirdiyi balıq cinsi onun şərəfinə Vaynay alabalığı kimi tanınır. 1922-ci ildə ölmüşdür. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan.