Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Erkən qazanılan şöhrət (1984-1998) === Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
ŞVAK
ŞVAK (rus: Шпитальный-Владимиров Авиационный Крупнокалиберный (ШВАК) Şpitalni-Vladimirov Aviatsionni Krupnokaliberni) Sovet istehsalı olan 20 mm-lik avtomatik topdur. Silah bir çox sovet təyyarələrinə quraşdırılmışdı və İkinci Dünya Müharibəsində istifadə edilmişdir. İkinci Dünya Müharibəsində geniş istifadə edilmişdir. Yüngül tanklar üçün istehsal edilən model TNŞ (ТНШ) kimi tanınır. Silahın istifadə etdiyi sursat 20×99mmR, kalibri 20 mm, atış sürəti dəqiqədə 700-800 mərmi, mərmisinin çıxış sürəti 750-790 m/s, effektli mənzili 600-800 m, maksimal mənzili 1000 m, bəsləmə sistemi kəmər olmuşdur.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az.-əbcəd بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Homare Sava
Homare Sava (d. 6 sentyabr 1978) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 205 oyun keçirib, 83 qol vurub.
Qot Sava
Qot Sava (rum. Sava Gotul, yun. Σάββας ο Γότθος; 334, Buzeu (judets), Dakiya[d] – 12 aprel 372) — xristian əzabkeş və müqəddəs. Sava 334-cü ildə Buzau çayı vadisində yerləşən bir kənddə anadan olmuşdur. O, indiki Rumıniyanın Valaxiya bölgəsində yaşamış və gənclik illərində xristianlığı qəbul etmişdir. Onun agioqrafiyasında qeyd edilmişdir ki, Sava irqinə görə qot idi.Savanın şəhadət günü Roma əzabkeşliyində 12 aprel, Ortodoks Kilsəsində isə 15 apreldir. Pravoslav Kilsəsi onu "müqəddəs, şanlı və haqlı qalib Böyük Şəhid Sava" kimi xatırlayır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Butler, Alban, Rev., (1866). The Lives of the Fathers, Martyrs and Other Principal Saints: Compiled from Original Monuments and Authentic Records by the Rev. Alban Butler, in Twelve Volumes, James Duffy, Dublin.
Sava-Mepen
Sava-Mepen (fr. Savas-Mépin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38476. Kommunanın 2004-cu il üçün əhalisi 797 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 35 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Sava çayı
Sava çayı(bosn. xorv. sloven. serb.: Sava - alman: Save/Sau - macarca: Száva) — Avropada çay. Dunay çayının sağ qollarından biridir. Serbiyanın paytaxtı Belqrad şəhərində Dunay çayı ilə birləşir. Uzunluğu təxminən 990 kilometrdir. Hövzəsi 95719 km2-dir. Axarkən dörd ölkənin sərhəddindən keçir: Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya.
Svan dili
Svan dili — Kartvel dillərindən biri, svanların ana dilidir. Daşıyıcıları əsasən Gürcüstanda yaşayırlar. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində svan dilində danışanların ümumi sayını 35 min nəfər təxmin etmişdir.. Bütün svanlar gürcü dilini bilirlər. Dilin əlifbası yoxdur.
SVGA ekran kartı
Svan-Hanz kateteri
ing. Swan-Ganz ya ağciyər arteriyası kateteri ya da pulmonal kateter 1970-ci ildə kardioloqlar Uilyam Qans (ing. William Ganz) və Yeremi Suan (ing. Jeremy Swan) tərəfindən əsasən ürək patologiyalarında hemodinamik dəyişiklikləri müayinə etmək və qiymətləndirmək üçün icad edilmişdir. Kateter sonralar icad edənlərin şərəfinə ing. Swan-Ganz adlandırılmağa başlanılmış və bu adla da kardiologiyada öz yerini tutmuşdur. Kateter perkutan (dəridən keçməklə) mərkəzi venalardan birinə yeridilməklə ürəyin sağ qulaqcığına, oradan sağ mədəsiyə daha sonra isə ağciyər kötüyü vasitəsilə ağciyər artriyasına daxil edilir. Kateterin digər ucu isə müayinələri seyr etmək üçün manitorla əlaqələndirilir. Kateter növbə ilə ürəyin sağ şəbələrinə yeridilməklə onların hemodinamik göstəriciləri manitor vasitəsilə müşaidə olunur. Yekun olaraq kateterin ucu ağciyərin xırda arteriyalara qədər ğəlib çatdıqda onun ucundakı qovuq üfürdülərək (adətən maye yeritməklə) arteriyanın mənfəzinin qapanmasına nail olunur.
Una çayı (Sava)
Una çayı (xorv. Una) — Xorvatiya və Bosniya və Herseqovina ərazisindən axan çay. Una çayı Sava çayınım sağ qolunu təşkil edir. Uzunluğu 212 km, orta su sərfiyyatı 202 m³/s-dir. Una çayı öz başlanğını Xorvatiyadan, Strajbenis dağlarının şimal-şərq hissəsindən götürür (Dinar öndağlığı). Mənsəb Knin şəhərindən şimalda qərarlaşır. Buradan çay şimala doğru istiqamətlənir. Bosniya və Herseqovina ərazisinə keçdikdən sonra Bixaç şəhər rayonu ərazindən isə şimal-şərqə istiqamətlənir. Bosanski-Novi şəhərindən yuxarıda Bosniya və Herseqovina və Xorvatiya sərhədindən keçir. Buradan Una çayı sərhəd çayına çevrilir.
AVAVA
AVAVA — yayın son ayındakı ay işığının olduğu gecələrdə insanların əllərini ağızlarına aparıb çalarkən çıxardıqları səs. Bu hərəkətə "avava çalmaq" deyilir. Sonay gecələrində avava çalmaq yeniyetmələri, gəncləri oynamağa çağırmaq deməkdir.Ava, avaz sözləri bu səsdən törənibdir. == İstinadlar == == Həmçinin bax == AVAVA (roman), Nasir Mənzuri Qaraçuxa (roman), Nasir Mənzuri.
Akaa
Akaa — Finlandiyada şəhər.
Anaa
Anaa (fr. Anaa) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Taitidən 350 km şərqdədir. == Coğrafiya == Yuvarlaq fornaya malikdir və 11 adacıqdan ibarətdir. Uzunluğu 29,5 km, eni isə 6,5 km təşkil edir. Atollun sahəsi 38 km²-dir. Daxilində laqun vardır. == Tarixi == Tahanea ilk dəfə 1769-cu ildə ingilis dənizçisi Ceyms Kuk tərəfindən kəşf edilmişdir. XIX əsrin əvvəllərindən Pomare sülaləsinin idarəsi altında olmuşdur. 1850-ci illərdə burada kopra hazırlamaq və mirvari toplamaq inkişaf etməyə başlayır.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Avan
Avan (Ermənistan)
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bu günki Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.
Avva
Avva və ya Aba (ivr.-aram. אבא, yun. ἀββᾶ) – arami-süryani dilində "ata". İvritcə אב (av), ərəbcə أب (abu), amharca አባት (abat) sözləri ilə eyni mənanı daşıyır. == Xristianlıqda == İlk dəfə olaraq, rahiblərə hörmətlə müraciət forması olaraq, abba sözü Suriyalı Efremin yazılarında rast gəlinir. Süryani, Qibti, Efiopiya kilsələrində "abun" ("atamız") şəklində olan söz kahinlərə, rahiblərə və yepiskoplara aid edilir. Fransada "avva" istənilən katolik keşişə aid edilən tituldur . == İstinadlar == == Xarici keçidlər == Богословско-литургический словарь Игум. Иннокентий (Павлов). Авва // Православная энциклопедия.
Avşa
Avşa adası (türk. Avşa Adası, yun. Αφουσία) — Müasir Türkiyə ərazisində, Mərmərə dənizinin cənubunda yerləşən ada. Cənubi Mərmərə arxipelaqına daxil olan bu ərazi Balıkəsir ilinin Mərmərə ilçəsinə aiddir. Sahəsi 36 km² olan ada 2005-ci ilə qədər ada "Türkeli" adlansada, sonradan dəyişdirilib Avşa adlandırıldı. == Coğrafiyası == Avşa adası böyüklüyünə görə arxipelaqın 3-cü adasıdır.(Mərmərə və Paşalimanı adalarından sonra) Ümumilikdə ada yerləşən arxipelaqda 12 ada var. Geoloji baxımdan adalar materikin, Kapıdağ yarımadasının suda olan davamıdır. Dördüncü dövürdə dəniz səviyyəsinin qalxması nəticəsində ərazi adaya çevrilmiş. Ada yaşı 570–225 milyon il arasında dəyişən qranit, qneys və mərmər süxurlardan təşkil olunub. Ərazidə qumsal və qumlu ərazilər üstünlük təşkil edir.
Evax
Evax (lat. Evax) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.