Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Everest
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir. Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi.
Serest
Serest (fr. Céreste, oks. Ceirèsta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1208 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 689 nəfər (15-64 yaş) arasında 463 nəfər iqtisadi cəhətdən, 226 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67.2%, 1999-cu ildə 62.6%) idi. Fəal olan 463 nəfərdən 381 nəfər (212 kişi və 169 qadın), 82 nəfəri işsiz (40 kişi və 42 qadın) idi.
Corc Everest
Corc Everest — 1790-cı il iyulun 4- də Qvernveyldə (Uels) anadan olmuşdur. Kral Hərbi Akademiyasında təhsil almışdır. 16 yaşında təhsilini başa vurduqdan sonra Corc Hindistana göndərirlər. O, Hindistanda qeodeziya işləri ilə məşğul olur. Hindistanda bir müddət işlədikdən sonra onu Yava adalarına ezamiyyə edirlər. 1814 – 1816-cı illərdə Corc Everest Yava adalarında fəaliyyət göstərdikdən sonra onu yenidən Hindistanda işləməyə çağırırlar. O, yenidən Hindistanda geodeziya işləri ilə məşğul olmağa başlayır. 1816-cı ildən isə Corc Everest Uilyam Lemptonla bərabər Hindistanın geodeziya xəritəsini çəkməyə başlayırlar. Uzun müddətli zəhmətlərdən sonra Corc Everestin rəhbərliyi altında Hindistanın geodezik və siyasi xəritəsi tam dəqiqliyi ilə tərtib olunur. O, həm də 1841-ci ildə Himalay dağlarının xəritəsini tərtib edir və dağın ən yüksək zirvələrini də (Comolunqma) bu xəritədə göstərir.
Everest dağı
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir. Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi.
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Moj Svijet
Moj Svijet (azərb. Mənim Dünyam‎) — Monteneqronun 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Svejee gölü
Svejee gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Svejee gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Travkino kəndindən 0,3 km şimal-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 170 metr, maksimal eni isə 90 metrdir. Su səthinin sahəsi 1,3 ha-dır. Orta dərinliyi 4 metr, maksimal dərinliyi 6,5 m təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 40 min m³-dir. Qıdalanması qarışıqdır.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Zaljuljali smo svijet
"Zaljuljali smo svijet" (azərb. Dünyanı sarsıtdıq‎) — Xorvatiyalı ifaçı-bəstəkar Nina Kralyiçin debüt studiya albomu Samoya daxil olan ilk mahnısı. == Mahnı == Musiqi prodüseri Tihomir Preradoviç olan "Zaljuljali smo svijet" mahnısının sözləri və bəstəsi, İnes Prayo və Ariyana Kunstek tərəfindən ərsəyə gətirilmişdir. Xorvat dilində ifa edilən musiqi əsəri özündə xalq, etnik elementləri bürazə verən apokaliptik janrlı müasir balladadır.