Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svetlov
Boris Nikolayeviç Svetlov
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Boris Svetlov
Boris Nikolayeviç Svetlov (rus. Борис Николаевич Светлов; 1880, Orenburq, Rusiya İmperiyası) — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. == Həyatı == Boris Svetlov 1880-ci ildə Orenburqda anadan olub. Lazarev Şərq Dilləri İnstitutunda təhsil alıb. 1910-1912-ci illərdə müxtəlif teatrlarda aktyorluq edib. 1912-ci ildən müxtəlif kinostudiyalarda filmlər çəkib. 1915-ci ildə Filma səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və 1918-ci ilə qədər bir neçə filmin rejissoru olub. 1916-1917-ci ilərdə Svetlov 30-a yaxın filmə quruluş verib. 1920-ci ildən teatra qayıdıb, orada rejissorluq edib. 1921-ci ildə Petroqradda Kinotexnikum təşkil edib.
Svelyov üçqabırğacığı
Tripleurospermum tenuifolium (lat. Tripleurospermum tenuifolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin üçqabırğacıq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chrysanthemum tenuifolium Kit. ex Schult.
Svetlov (dəqiqləşdirmə)
Boris Nikolayeviç Svetlov
Xəyal Şəkərov
Xəyal İman oğlu Şəkərov (1 oktyabr 1998, Əsrik Cırdaxan, Tovuz rayonu – 13 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Şəkərov 1998-ci il sentyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Şəkərov oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlqar Şəkərov
İlqar Şəkərov Şahkişi oğlu (19 may 1969, Anzov, Yardımlı rayonu – 25 aprel 1994, Füzuli rayonu) — 1-ci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəkərov İlqar Şahkişi oğlu 1969-cu ilin may ayının 19-da Anzovda anadan olmuşdur.1976-cı ildə Anzov kənd ibtidai məktəbinə daxil olmuşdur.Orta təhsilini 1986-cı ildə Hamarkənd orta məktəbində başa vurmuşdur.Ailənin sonbeşiyi olduğu üçün evin bütün qayğıları onun üzərinə düşmüşdü. 1987-ci ilin yazında hərbi xidmətə çağırılır.Hərbi xidmətini Qazaxıstanda başa vurub 1989-cu ildə doğma torpağına qayıdır.1991-ci ildə Bakı şəhərində 14 saylı texniki peşə məktəbində neftçi peşəsinə yiyələnərək Serebrovski adına Neft Qaz Çıxarma idarəsində işə düzəlir.Torpaqlarımız uğrunda gedən döyüşlər onu çox narahat edirdi.Ona görə də Suraxanı rayon Hərbi Komissarlığına gəlib könüllü cəbhəyə getmək istədiyini bildirir.1992-ci ilin dekabrında cəbhəyə yola düşür. == Hərbi xidməti == İlk döyüş yolu Ağdərə yüksəklikləri uğrundakı döyüşlərdən başlayır.Bir çox irimiqyaslı döyüş əməliyyatlarında iştirak edir.1994-cü ilin 25 aprelində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Yunis Şəkərov
Yunis Şəkərov və ya Yunis Xəzərli — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Göyçayın, Ucarın, Ağsunun, Şamaxının, Qobustanın və Bakının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Zəngəzur döyüşlərində, Aprel işağlından sonra işğala qarşı baş tutmuş Gəncə və Qarabağ üsyanlarında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 30 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Yunis Şəkərov 1893-cü ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Tiflisdə hərbi məktəbə daxil olub. 1917-ci ildə hərbi məktəbi bitirib. == Hərbi xidməti == === Zaqafqaziya Komissarlığında === 1917-ci ildə hərbi məktəbi bitirdikdən sonra Müsəlman Korpusunun piyada alayında taqım komandiri kimi xidmət etməyə başlayıb. === Azərbaycan Cümhuriyyətində === Müsəlman Korpusu Gəncəyə köçürüldükdən sonra 1918-ci ildə burada yaradılmış Əlahiddə Azərbaycan Korpusunda xidmətini davam etdirib. Bir müddət Qafqaz İslam Ordusunun qərargahında poçt-teleqraf məmuru kimi xidmət edib.
İqor Sukrov
İqor Sukrov (6 iyun 1984, Şibenik) — Xorvatiya müğənnisi. == Həyatı == İqor Sukrov 6 iyun 1984-cü ildə Yuqoslaviyada anadan olmuşdur. Zaqrebdə İlahiyyət Fakültəsində təhsil alır. == Avroviziya == Andrea Susnjara ilə birlikdə Xorvatiyanı 2009 Avroviziya Mahnı Müsabiqəsində “Lijepa Tena” (Azərbaycanca:“Gözəl Tena”) mahnısı ilə təmsil etmişdir. Yarımfinalda ilk onluğa daxil ola bilməsə də münsiflərin seçimi ilə finala keçmişdir. Finalda isə 45 xalla 18–ci olmuşdur.
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Valentin Serov
Valentin Serov (rus. Валенти́н Алекса́ндрович Серо́в; 7 (19) yanvar 1865, Sankt-Peterburq – 5 dekabr 1911[…], Moskva) — Rus rəssam, portret rəssam. == Həyatı == Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdu.Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir.Atasının ölümündən sonra anası təhsilini davam etdirmək üçün Münhenə gedir. Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltaraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür. 1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.
İvan Serov
İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905 və ya 1905, Voloqda – 1 iyul 1990, Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır. Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır. == Erkən yaşları və hərbi karyerası == Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur. Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur. Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir. Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.