Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüsser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Sverker sülaləsi
Sverker sülaləsi İsveçi idarə etmiş tarixi sülalədir. Sülalənin üzvləri əvvəllər Şərqi Qotlandiya qrafları idilər. Sülalənin ilk üzvü olan I Sverker Qərbi Qotlandiyanı fəth edərək kral oldu. Onun ölümündən sonra oğulları və nəvələri taxt-tacı dəfələrlə itirdilər və qazandılar. Sülalənin son hökmdarı I İohannın ölümü ilə hakimiyyət tamamilə Erik sülaləsinin əlinə keçdi.
Serhat Akpınar
Serhat Akpınar (1 fevral 1964) — Kipr türk sahibkar və pedaqoq. Kiriniya Amerikan Universiteti və Kipr Amerika Universitetinin qurucu rektoru və İdarə Heyətinin sədridir. == İlk illəri == Serhat Akpınar 1 fevral 1964-cü il tarixində Kiprdə, Nikosiya şəhərinin Ərəbəhməd rayonunda anadan olmuşdur. O, ibtidai və orta təhsilini Kiprdə başa vurmuşdur. Akpınar Birləşmiş Krallıqda biznesin idarə edilməsi üzrə bakalavr və magistr dərəcələrini tamamlamış, beynəlxalq marketinq üzrə ixtisaslaşmışdır. O, London Şəhər Universitetini bitirmişdir. Akpınar Harvard Universiteti və Qaliley Kollecinin birlikdə idarə etdiyi Ali Təhsil Qurumlarının İdarəetmə Proqramı ilə təhsilini davam etdirmişdir.​ == Karyera == === Təhsil === Serhat Akpınar 1985-ci ildə Şimali Kipr Türk Respublikası ilk özəl universiteti olan Kiriniya Amerikan Universiteti təsis etmişdir. Bu gün universitet ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Moldova, Şri-Lanka və Honkonqda müstəqil və birgə yaradılmış ümumi kampuslara malikdir. Akpınar Nyu-Hempşir Kolleci və Cənub-Şərqi Universiteti ilə əməkdaşlıq edərək bu universitetlərin ilk beynəlxalq kampuslarını qurmuşdur. 1988-ci ildə Cənub-Şərqi Universitetinin regional direktoru olmuş və 1998-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Serhat Akın
Niyazi Serhat Akın (türk. Niyazi Serhat Akın; 5 iyun 1981, Bretten) — türk futbolçu. Almaniyanın 4-cü liqası olan Regionalligada çıxış edən Berliner AK 07 klubunun heyətində peşəkar futbolçu karyerasını bitirmişdir. == Həyatı == == Karyera == === Milli komandadıkı çıxışı === Qeyd: Türkiyə milli futbol komandasının heyətində oynadığı oyunlar.
Serhat Taşdemir
Serhat Doğuxan Taşdemir (21 iyul 2000, Blekbörn) — EFL Birinci liqasında (EFL League One) “Piterboro Yunayted” və Azərbaycanın 19 yaşadək komandasında hücuma meylli yarımmüdafiəçi kimi oynayan peşəkar bir futbolçudur.İngiltərədə anadan olub, Azərbaycanı (U-19 Milli komandasını) gənclər səviyyəsində beynəlxalq səviyyədə təmsil edir. == Klub karyerası == === A.F.C. Fyldi === Taşdemir A.F.C Fyldi ilə15 yaşında müqavilə imzaladı, hansı ki Blekbörn Roverslə müqaviləsi başa çatdıqdan sonra. Lancashire FA Challenge Trophy turnurundə A.F.C Fyldi-də yalnız 16- cı turda ilk komandada debüt etdi. Bunun ardınca Taşdemir, 17 yaşında, 2017-ci il sentyabr ayında Bromliə qarşı Milli Liqada debüt etdi. O, skamyadan çıxdıqdan cəmi 14 dəqiqə sonra qol vurdu. O, bu qolu ilə liqadakı ən gənc qol vuruşuna imza atdı. O, "parlaq" mövsümdən sonra EFL League One-da 2017/18-ci illərdə ilin gənc oyunçusu seçildi. === Piterboro Yunayted === 1 İyul 2019 tarixində EFL Birinci Liqa (EFL League One) təmsilçisi Piterboro Yunayted Taşdemir ilə 3 illik müqavilə imzaladı. Tasdemir, 13 Avqust 2019-cu ildə Oksford Yunaytedə qarşı EFL Kuboku matçında (start heyətdə), dörd gün sonra İpsviç Tauna qarşı liqada debüt etdi. == Beynəlxalq karyerası == 2019-cu ilin yanvar ayında 19 yaşadək Azərbaycan yığması tərəfindən milli komandaya çağırıldıqdan sonra Taşdemir Krasnodar vilayətinə qarşı yoldaşlıq oyununda debüt qolu ilə yadda qaldı.
Serkan Çayoğlu
Serkan Çayoğlu (31 may 1987, Almaniya Federativ Respublikası) — türk model və aktyor. == Həyatı == Serkan Çayoğlu təhsilini Almaniyada universitetin İqtisadiyyat bölməsində tamamlamışdır. Əvvəllər modellik etməyi düşünsə də, bir müddət sonra aktyorluğa yönəlmiş və Ümid Çıraq, Dolunay Soysərt kimi adlardan peşəkar aktyorluq təhsili almışdır. İlk olaraq 2012-ci ildə "Kuzey-Güney" teserialının mövsüm finalında Mərvə Boluğurun İtaliyadan gələn yoldaşını canlandırmış, sonra "Zeytun təpəsi" teleserialında oynamışdır. Handə Yenərin "Ya Ya Ya" klipinə də çəkilmişdir. 2014-cü ildə başlayan "Gilas mövsümü" teleserialında Ayaz Dinçər rolunu canlandırmışdır. Teleserial 2015-ci ildə başa çatmışdır. Aktyor daha sonra "Həyatımın eşqi" teleserialında Dəmir Cərrahoğlu rolunu oynamışdır.
Sərkar (Göygöl)
Sərkar — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sərkar oyk., sadə. Samux r-nunun eyniadlı i.ə.v.-də və Bolçalı i.ə.v.-də iki kənd. Yaşayış məntəqələri keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. XII əsrin əvvəllərində sərkarlarm bir neçə tirəsinin adı çəkilir və onlar haqqında məlumat verilirdi. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Sərkar (Samux)
Sərkar — Azərbaycan Respublikasının Samux şəhərinin inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. == Tarixi == Kənd Samux rayonunun inzibati ərazi bölgüsünə 1990-cı ildə daxil edilib. Həmin vaxtadək kənd keçmiş Səfərəliyev rayonunun, sonra isə Gəncə şəhərinin tərkibində idi. == Coğrafiyası və iqlimi == Sərkar kəndində olan Sarvan bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Sərkar kəndi mülayim iqlim tipinə malikdir. == Əhalisi == Əhalinin tərkibi azərbaycanlılardan ibarətdir.
Sərkay Tütüncü
Sərkay Tütüncü (7 fevral 1991, İzmir) — Türkiyə TV serial aktyoru və idmançı. == Həyatı == Serkay Tütüncü 7 fevral 1991-ci ildə İzmir ilinin Tirə ilçəsində anadan olub. Təhsilini Egey Universitetində başa vurub. Serkay Tütüncü, İzmirspor, Balçovaspor, İzmir Safety və Alaçatıspor komandalarında çıxış edib. 2018-ci ildə yayımlanan "İnsanlığa qarşı cinayət" serialı ilə aktyorluğa başlayıb. Daha sonra 2019–2020-ci illər arasında Kanal D-də yayımlanan "Afili Ask" serialında Volkan obrazına həyat verən Serkay Tütüncü "Mr. Nəhayət, 2022-ci ilin fevral ayından beIN CONNECT platformasında yayıma başlayan "Hayaller ve Hayatlar" serialında Alaz rolunu oynayır.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Əbdüləzim Sərkar
Əmir Əli oğlu Əbdüləzim və ya Əbdüləzim Sərkar (az.-əbcəd ابدولزیم سرکار‎) — XVII əsr Azərbaycan memarı. == Həyatı == Əmir Əli oğlu Əbdüləzim 1663-cü və ya 1664-cü ildə inşa edilmiş Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Саламзаде, А. "Архитектура мавзолеев Азербайджана XVI–XIX вв" (rus) (№ 3). Изв. АН Азерб. ССР. 1961.
Polo Sərkan (Qürvə)
Polo Sərkan (fars. پلوسركان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 354 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.