Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvintet
Kvintet (it. quintetto latıncadakı lat. quintus — "beşinci" sözündən) — beş ifaçı-musiqiçidən, vokalistdən və instrumentalistrən ibarət musiqi qrupu. == Məşhur kvintetlər == === Caz === Ən məşhur caz-kvintetlərdən biri Çarli Parkerin (saksafon) rəhbərlik etdiyi kvintet idi: Dizzi Qilespi (truba), Bad Pauel (fortepiano), Çarli Minqus (bas), Maks Rouç (baraban).
Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabı. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0.5 %-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur. Sistitə meylliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır: sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4-6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz. menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri. Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər.
Sinti-metal
Sinti-metal (ing. Synth-metal) — heavy metal və elektronika elementləri özündə əks etdirir. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir.
Sinti-pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. == Xarici keçidlər == Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Sinti pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. == Xarici keçidlər == Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Vladislav İlliç-Svitıç
Vladislav Markoviç İlliç-Svitıç (rus. Владисла́в Ма́ркович И́ллич-Сви́тыч; 12 sentyabr 1934, Kiyev – 22 avqust 1966, Şyolkovo, Moskva vilayəti) — Sovet dilçisi. == Həyatı == == Yaradıcılığı == XIX əsrin əvvəllərindən başlayan müqayisəli-tarixi metod əsasında yaranmış zəngin elmi mənbələr XX əsrin 60-cı illərində Sovet alimi V. M. İlliç-Svitıça daha əsaslı araşdırmalar aparmağa imkan vermişdir. O, 1966-cı ildə "Opıt sravneniə nostratiçeskix əzıkov (semitoxamitskiy, kartvelğskiy, indoevropeyskiy, uralğskiy, dravidiyskiy, altayskiy)" adlı qiymətli əsərini hazırlamış, əsər müəllifin vəfatından bir neçə il sonra — 1971-ci ildə çap olunmuşdur. Ensiklopedik lüğətdəki:"Nostratik dillərin qohumluğu fərziyyəsini Daniya alimi X. Pedersen irəli sürmüş, Sovet alimi V. M. İlliç-Svitıçın işləri onun elmi cəhətdən əsaslı olduğunu sübut etmişdir". — sözləri nostratik nəzəriyyənin doğruluğunu təsdiq etməklə yanaşı, bu sahədə V. M. İlliç-Svitıçın böyük xidmətlərini də göstərir. V. M. İlliç-Svitıç qeyd edilən dil ailələrində işlənən 245 sözün etimoloji təhlilini vermiş, ulu dildən gələn həmin sözlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirib müqayisələr aparmaq istiqamətində xeyli iş görmüşdür. Ciddi fonetik araşdırmalar aparmış, dil ailələri arasındakı səs uyğunluqlarını müəyyənləşdirmək əsasında sözlərin eyni mənşədən törədiyini əks etdirən zəngin faktlar toplamışdır. Qeyd edilən altı dil ailəsi üzrə əvəzliklərin və əvəzliklərdən törəmiş şəxs şəkilçilərinin geniş cədvəlini vermişdir. Lüğət məqalələri alimin hər bir dil ailəsinə necə həssaslıqla yanaşdığını aydın göstərir.
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (film, 2007)
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (ing: Sweeney Todd: The demon barber of Fleet street) - Tim Burtonun rejissoru ilə 2007-ci ildə çəkilmiş musiqili film. == Mövzu == 1846-cı ildə Benjamin Barker dənizçi Antoni Hop ilə birlikdə Londona gəlir. On beş il əvvəl özbaşınalıq edən hakim Töpin Benjaminin arvadı Lusi ilə evlənmək üçün onu şərləyərək sürgün etdirir. Benjamin Barker Svini Tod taxma adını qəbul edir və Neli Lavitin Londonun ən pis piroqlarını satdığı mağazasına gedir. Lavet ona sürgünə göndərildikdən sonra Töpinin Lusiyə təzavüz etdiyini və sonra da arsen ilə zəhərlədiyini deyir. Cütlüyün qızı Cohanna isə Töpinin yanındadır. Tod (Barker) onu qarşılıqsız sevən Lavetin ona köhnə ülgüclərini verdikdən sonra intiqama and içir və bərbər dükanını yenidən açır. Antoni Cohannaya aşiq olur, ancaq Töpin xidmətkarı Bidl Bamford tərəfindən uzaqlaşdırılır. Tod saxta italyan bərbər Adolfo Pirellenin saç tonikinin aldatmaca olduğunu deyərək onu qınayır və hakimliyi Bamford tərəfindən edilən xalqa açıq taraş yarışında onu pərt edir. Bir neçə gündən sonra Pirelli Todun dükanına gəlir.
Almaniyya Sinti və Roma Sənədləşdirmə və Mədəniyyət Mərkəzi
Almaniyya Sinti və Roma Sənədləşdirmə və Mədəniyyət Mərkəzi — Almaniyanın Heydelberq şəhərində yerləşən mədəniyyət mərkəzi. 1990-cı illərin əvvəllərində Porraymos zamanı Nasional Sosialist Partiyası tərəfindən öldürülən sinti və romanilərin xatirəsinə abidə olaraq yaradılmışdır. Qurbanlardan hekayələr toplayan, araşdırma aparan və konversiya edən bir neçə illik genişləndirmə işindən sonra bina kompleksi 16 mart 1997-ci ildə təntənəli şəkildə ictimaiyyətə açılmışdır. Layihəyə soyqırımından sağ qalmış bir çox qaraçı və sinti dəstək göstərmişdir. Bu, Porraymos ilə bağlı dünyada ilk daimi sərgidir. Sənədləşdirmə Mərkəzi üç səviyyədən ibarətdir və demək olar ki, 700 kvadratmetr ərazini əhatə edir. Müəssisə Heydelberq şəhəri tərəfindən dəstəklənən Almaniya Sinti və Roma Mərkəzi Şurası tərəfindən idarə olunur. Almaniya Federal Hökumətinin və Baden-Vürtemberq torpağının xüsusi fondlarından maliyyə dəstəyi alır.