Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evian
Evian — Cenevrə gölünün cənub sahilindəki Évian-les-Bains yaxınlığında müxtəlif mənbələrdən gələn bir qablaşdırılmış mədən suyu markasıdır. Evian, Fransız Danone şirkətinə aiddir. Qablaşdırılmış suya əlavə olaraq, Danone Evian adını bir sıra üzvi dəriyə qulluq məhsulları və Fransadakı lüks kurort üçün istifadə edir.
Sivan
Sivan (Xoy)
Sivas
Sivas — Türkiyənin Sivas ilinin inzibati mərkəzi.
Sving
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Svinq
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Şiraz
Şiraz (Farsca: شیراز,) — İranın Fars ostanının mərkəzidir. Şiraz şəhərinin ətrafını Zaqros dağ silsiləsi çevrəliyib. Şiraz İranın güllər şəhəri, şairlər şəhəri, İranın mədəniyyət paytaxtı sayılır. Ədəbiyyatın inkişaf etmiş zonasıdır. Sədi Şirazi və Hafiz Şirazi kimi böyük şairlər nisbələrindən də göründüyü kimi Şiraz şəhərindəndirlər. Sədinin və Hafizin məqbərəsi Sədiyyə və Hafiziyyə adlanır və Şirazın ən çox ziyarət edilən yerlərindən birinə çevrilmişlər.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və şafi sünni müsəlmandırlar.
SeAZ
SEAZ (ru: ОАО «Сирпуховский автомобильный завод» -abr: Serpukhov Avtomobilny Zavod - az: Serpuxov Avtomobil Zavodu), Sovet Rus avtomobil istehsalçısı, 2010-cu ilə qədər OKA avtomobillərinin istehsalında ixtisaslaşmışdı. 2011-ci ildən etibarən avtomobil istehsalı dayandırıldı, yalnız OKA avtomobil markası üçün hissələr istehsal etmişdir. Serpuxov şəhərində (Moskva vilayəti, Rusiya) yerləşir. 1939-cu ildə Serpukhov Motosiklet Zavodu (“SMZ”) olaraq yaradılmışdır.
Sial
Sial — Yer qabığı süxurlarının tərkibi başlıca olaraq silisium və alüminiumdan ibarət olan üst qatıdır.
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Viza
Viza (lat. visus — ziyarət) — Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə. Alınma məqsədinə görə viza növləri aşağıda verilmişdir. Tranzit vizalar Qısa müddətli viza Uzun müddətli viza İmmiqrasiya vizası Rəsmi viza Transit Viza Tranzit vizası, bir ölkədən digərinə getmək üçün üçüncü ölkənin ərazisindən keçmək lazım gəldiyi hallarda alınan viza növüdür. Tranzit vizası viza sahibinə bu ölkənin ərazisindən keçməyə imkan verir. Tranzit vizası qısamüddətli vizadır. Qısamüddətli viza Qısamüddətli viza, viza müraciətinin edildiyi ölkəyə qısa müddətə səyahət etməyə imkan verən bir viza növüdür. Turist vizası, tibbi viza, ziyarət vizası, atletik və ya sənət vizası, qaçqın vizası, rəqəmsal köçəri vizası, xüsusi viza kimi vizalar qısamüddətli viza növünə daxildir. Qısamüddətli viza sahibləri səyahət etdikləri ölkədə maksimum 90 gün qala bilərlər. Uzun müddətli viza Uzunmüddətli viza bir ölkədə 90 gündən çox qalmağa imkan verən viza növüdür.
ŞVAK
ŞVAK (rus: Шпитальный-Владимиров Авиационный Крупнокалиберный (ШВАК) Şpitalni-Vladimirov Aviatsionni Krupnokaliberni) Sovet istehsalı olan 20 mm-lik avtomatik topdur. Silah bir çox sovet təyyarələrinə quraşdırılmışdı və İkinci Dünya Müharibəsində istifadə edilmişdir. İkinci Dünya Müharibəsində geniş istifadə edilmişdir. Yüngül tanklar üçün istehsal edilən model TNŞ (ТНШ) kimi tanınır. Silahın istifadə etdiyi sursat 20×99mmR, kalibri 20 mm, atış sürəti dəqiqədə 700-800 mərmi, mərmisinin çıxış sürəti 750-790 m/s, effektli mənzili 600-800 m, maksimal mənzili 1000 m, bəsləmə sistemi kəmər olmuşdur.
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
VIAF
VIAF (ing. Virtual International Authority File) beynəlxalq səlahiyyət faylıdır. Bu, bir neçə milli kitabxananın birgə layihəsidir və Onlayn Kompüter Kitabxana Mərkəzi (OCLC) tərəfindən idarə olunur. 1990-cı illərin sonlarında ümumi beynəlxalq səlahiyyətə malik olmaq haqqında müzakirələr başladı. Unikal ümumi səlahiyyət faylı yaratmaq üçün bir sıra uğursuz cəhdlərdən sonra yeni ideya mövcud milli orqanları əlaqələndirmək idi. Bu, prosesdə böyük vaxt və xərc tələb etmədən ümumi bir faylın bütün üstünlüklərini təqdim edəcəkdir. VIAF konsepsiyası 2003-cü ildə Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasının ev sahibliyi etdiyi Dünya Kitabxana və İnformasiya Konqresində təqdim edilmişdir. Layihə ABŞ Konqres Kitabxanası (LC), Almaniya Milli Kitabxanası (DNB) və OCLC tərəfindən 6 avqust 2003-cü ildə başlamışdır. Fransa Milli Kitabxanası (BnF) layihəyə 5 oktyabr 2007-ci ildə qoşulmuşdur. VIAF-ın klasterləşdirmə alqoritmi hər ay işlədilir.
Eucalyptus scias
Eucalyptus scias (lat. Eucalyptus scias) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Yarımnövləri == Eucalyptus scias subsp. apoda L.A.S.Johnson & K.D.Hill Eucalyptus scias subsp. callimastha L.A.S.Johnson & K.D.Hill Eucalyptus scias subsp.
Kanqal (Sivas)
Kanqal (türk. Kangal) — Sivas ilinin ilçəsi.
Karolina Svits
Karolina Svits (ing. Carolina Sweets 29 sentyabr 1996, Şampeyn, İllinoys, ABŞ — amerikalı pornoaktrisa.
Ksiaz qəsri
Ksyonj qəsri və ya Fürstenştayn qəsri (pol. Książ) — Polşanın Valbrzix şəhərində yerləşən və XIII əsrdə tikilən qəsr. == Haqqında == Qəsr XIII əsrdə Svidnika və Yavor şahzadəsi I Bolko tərəfindən inşa etdirilmişdir. Tarixdə bir çox dəfə sökülüb yenidən tikdirilmişdir. 1509–1941-ci illəri arasında yerli idarə orqanları tərəfindən idarə olunmuşdur. 1941-ci ildə qəsr Nasistlərin əlinə keçmiş, qərargahları kimi istifadə etmiş və qəsrə böyük ziyan vermişdilər. Almanların qəsrin altında tunellər qazması qəsrin memarlıq quruluşuna xələl gətirmişdir. Almanlardan sonra qəsri tutan SSRİ qüvvələri qəsrdən qala kimi istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində qəsr böyük zərər görmüşdür. Müharibədən sonra təmir edilmişdir.
Mark Spitz
Mark Andryu Spitz (10 fevral 1950[…]) — 9 qat olimpiya çempionu olan keçmiş amerikan üzgüçüsüdür. O, Münhendə keçirilmiş 1972 yay Olimpiya oyunlarında 7 qızıl medal qazanmış, lakin Pekində keçirilmiş 2008 yay Olimpiya oyunlarında 8 qızıl medal qazanmış Maykl Felps tərəfindən bu rekord yenilənmişdir. Spits, 1972-ci ildə iştirak etdiyi 7 yarışda yeni dünya rekordlarını müəyyənləşdirmiş və bu rekordlar hələ də qırılmayıb. 1900-cü ildən bəri heç bir üzgüçü, fərdi yarışlarda qazandıqları olimpiya medallarının yüksək faizini əldə etməmişdir. 1968–1972-ci illər ərzində Spits, 9 olimpiya qızılı, eyni zamanda gümüş və bürünc, 5 Pan Amerika qızılı, 31 AAU titulu və 8 NCAA titulu qazanmışdır. Bu illər ərzində o, 35 dünya rekordu müəyyənləşdirmiş, lakin bunlar 2-si sınaq prosesi zamanı və qeyri-rəsmi olaraq qazanılmışdı. 1972-ci ildə Münhendə qazandığı 7 qızıl medal ilə, o Maykl Felpsin 36 il sonra — 2008-ci ildə Pekində 8 qızıl medal qazanmasına qədər Olimpiya Oyunları tarixinin ən titullu idmançısı idi. O, 1969, 1971 və 1972-ci illərdə Dünya Üzgüçülük Jurnalı tərəfindən ilin üzgüçüsü adına layiq görülmüşdür. O, 9 olimpiya qızılı qazanan 3-cü idmançı idi. == Həyatı == Arnold və Lenor (Smit) Spitsin 3 övladından ilki olan Mark Spits, Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur.
Maykl Svift
Qarabağ (Şiraz)
Qarabağ — İranın Fars ostanının Şiraz şəhristanının Mərkəzi bəxşində yerləşən dehestandır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 31337 nəfər və 7553 ailədən ibarət idi.
Qvian cərəyanı
Qvian (Karib) cərəyanı — Cənubi Amerikanın şimal-şərq sahillərində axan və Atlantik okeana aid edilən isti cərəyandır, Cənubi Passat cərəyanın bir qoludur. Cərəyan San Roki (Braziliya) burnundan axmağa başlayır, sonra isə Şimali Passat cərəyanına qovuşana qədər Qviana sahilləri boyunca şimal-qərb tərəfə axır. Sürəti 3 km/s daha çoxdu. Cərəyanın orta temperaturu 23-28 arasında dəyişir.
SOFAZ Tower
SOFAZ tower (ARDNF qülləsi) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən çoxmərtəbəli binadır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası olan bu göydələn yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yenilikləri və Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən unikal layihədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2009-cu il tarixli, 367s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının tikilməsi məqsədilə Nizami rayonu 6-cı Köndələn küçəsi 2 ünvanında 0,64 hektar torpaq ərazisi Fondun balansına verilmişdir. Həmin gündə prezident İlham Əliyev onun bünövrəsinin təntənəli qoyulması mərasimində iştirak etmişdir. 20 dekabr 2011-ci ildə N. V. Besix S. A. şirkət-inşaatçısı ilə tikintiyə dair ikitərəfli müqavilə imzalanmışdır. Bundan sonra SOFAZ Tower binasının tikintisinin aktiv mərhələsinə start verilmişdir. N. V. Besix S. A. şirkəti Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq, təkliflər sorğusu metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlmiş və 20 dekabr 2011-ci il tarixində Dövlət Neft Fondu və Besix-Az Besix konsorsiumu arasında 84 916 000 avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır. Baş podratçı tərəfindən binanın tikintisinə yerli və xarici sub-podratçı şirkətlər cəlb edilmişdir. Binanın tikinti və dizayn işləri 5 il ərzində yekunlaşmışdır. Binanın tikinti layihəsi M. D. M MMC və Fransanın "İnter Art Etudes" şirkəti tərəfindən hazırlanmışdır.