Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serjant
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir.İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. == Etimologiya == "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir.Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir. Bu söz də öz növbəsində latınca "xidmətçi" mənasını verən "serviens" sözündən törəmişdir.
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüsser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Serjant Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib.Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır.Stabbi 2018-ci il cizgi filminin mövzusudur. == Mükafatları və xatirəsi == Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı.Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb. 2018-ci ildə "Sgt. Stubby: An American Hero" tammetrajlı cizgi filmi ekranlara çıxıb. == Həmçinin bax == Şer Ami == İstinadlar == == Xarici keçidlər == Сержант Стабби Американский герой.
Serhat Akpınar
Serhat Akpınar (1 fevral 1964) — Kipr türk sahibkar və pedaqoq. Kiriniya Amerikan Universiteti və Kipr Amerika Universitetinin qurucu rektoru və İdarə Heyətinin sədridir. == İlk illəri == Serhat Akpınar 1 fevral 1964-cü il tarixində Kiprdə, Nikosiya şəhərinin Ərəbəhməd rayonunda anadan olmuşdur. O, ibtidai və orta təhsilini Kiprdə başa vurmuşdur. Akpınar Birləşmiş Krallıqda biznesin idarə edilməsi üzrə bakalavr və magistr dərəcələrini tamamlamış, beynəlxalq marketinq üzrə ixtisaslaşmışdır. O, London Şəhər Universitetini bitirmişdir. Akpınar Harvard Universiteti və Qaliley Kollecinin birlikdə idarə etdiyi Ali Təhsil Qurumlarının İdarəetmə Proqramı ilə təhsilini davam etdirmişdir.​ == Karyera == === Təhsil === Serhat Akpınar 1985-ci ildə Şimali Kipr Türk Respublikası ilk özəl universiteti olan Kiriniya Amerikan Universiteti təsis etmişdir. Bu gün universitet ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Moldova, Şri-Lanka və Honkonqda müstəqil və birgə yaradılmış ümumi kampuslara malikdir. Akpınar Nyu-Hempşir Kolleci və Cənub-Şərqi Universiteti ilə əməkdaşlıq edərək bu universitetlərin ilk beynəlxalq kampuslarını qurmuşdur. 1988-ci ildə Cənub-Şərqi Universitetinin regional direktoru olmuş və 1998-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Serhat Akın
Niyazi Serhat Akın (türk. Niyazi Serhat Akın; 5 iyun 1981, Bretten) — türk futbolçu. Almaniyanın 4-cü liqası olan Regionalligada çıxış edən Berliner AK 07 klubunun heyətində peşəkar futbolçu karyerasını bitirmişdir. == Həyatı == == Karyera == === Milli komandadıkı çıxışı === Qeyd: Türkiyə milli futbol komandasının heyətində oynadığı oyunlar.
Serhat Taşdemir
Serhat Doğuxan Taşdemir (21 iyul 2000, Blekbörn) — EFL Birinci liqasında (EFL League One) “Piterboro Yunayted” və Azərbaycanın 19 yaşadək komandasında hücuma meylli yarımmüdafiəçi kimi oynayan peşəkar bir futbolçudur.İngiltərədə anadan olub, Azərbaycanı (U-19 Milli komandasını) gənclər səviyyəsində beynəlxalq səviyyədə təmsil edir. == Klub karyerası == === A.F.C. Fyldi === Taşdemir A.F.C Fyldi ilə15 yaşında müqavilə imzaladı, hansı ki Blekbörn Roverslə müqaviləsi başa çatdıqdan sonra. Lancashire FA Challenge Trophy turnurundə A.F.C Fyldi-də yalnız 16- cı turda ilk komandada debüt etdi. Bunun ardınca Taşdemir, 17 yaşında, 2017-ci il sentyabr ayında Bromliə qarşı Milli Liqada debüt etdi. O, skamyadan çıxdıqdan cəmi 14 dəqiqə sonra qol vurdu. O, bu qolu ilə liqadakı ən gənc qol vuruşuna imza atdı. O, "parlaq" mövsümdən sonra EFL League One-da 2017/18-ci illərdə ilin gənc oyunçusu seçildi. === Piterboro Yunayted === 1 İyul 2019 tarixində EFL Birinci Liqa (EFL League One) təmsilçisi Piterboro Yunayted Taşdemir ilə 3 illik müqavilə imzaladı. Tasdemir, 13 Avqust 2019-cu ildə Oksford Yunaytedə qarşı EFL Kuboku matçında (start heyətdə), dörd gün sonra İpsviç Tauna qarşı liqada debüt etdi. == Beynəlxalq karyerası == 2019-cu ilin yanvar ayında 19 yaşadək Azərbaycan yığması tərəfindən milli komandaya çağırıldıqdan sonra Taşdemir Krasnodar vilayətinə qarşı yoldaşlıq oyununda debüt qolu ilə yadda qaldı.