Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seycan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Seytas
Seytas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Seytas kəndi dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Ermənistanın Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmiş ailələr Seytas adlanan köhnə kənd yerində salmışdılar. Kəndin adı 1933-cü ildə Seytaş şəklində qeydə alınmışdır. Güman etmək olar ki, kənd dağların əha¬təsində yerləşdiyi üçün sey (orta, mərkəz) və taş (daş, qaya) komponentlərindən ibarət olub, “dağların ortası” mənasındadır.
Seyşas burnu
Seyşas burnu (port. Ponta do Seixas) — Braziliyanın şimal-şərqində yerləşir. Cənubi Amerika materikinin ucqar şərq nöqtəsini təşkil edir. Burun Parabino ştatının Juan-Pesoa şəhərindən 8 km cənub-şərqdə yerləşir. Burunun yaxınlığında yerləşən Kabu-Branku burnunda mayak fəaliyyət göstərir. Əvvəllər bu burun Cənubi Amerikanın ucqar nöqtəsi sayılırdı. Hətta burada fəaliyyət göstərən mayakda bununla bağlı lövhə vardır. Ancaq burun Seyşasdan 1 milometr şimal-qərbdə yerləşir. Burun 100 metr hündürlüyü olan qaya üzrindədir. Sahillərində çimərlik vardır.
Şeymas Hini
Şeymas Hini (ing. Seamus Heaney; 13 aprel 1939[…], Kastledavson[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 30 avqust 2013[…], Dublin) — irland yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1995). == Həyatı == Şeymas Jastin Hini irland şairi, nasir və tərcüməçidir. Şimali İrlandiyanın Derri qraflığında, doqquz uşaqlı ailənin birinci övladı kimi doğulmuşdur. 1957–1961-ci illərdə Bel-fast universitetində ingilis filologiyası üzrə təhsil almışdır. Hazırda Dublində yaşayan müəllif ötən əsrin 60-cı illərindən başlayaraq indiyə qədər ədəbi yaradıcılığı ilə bir sırada pedaqoji fəaliyyətini də davam etdirir. Müxtəlif vaxtlarda Şeymas Hini Dublindəki Kerisfort-Kollecin, Belfast Kraliça universitetinin, habelə Berkli (Kaliforniya, ABŞ) və Harvard universitetlərinin professoru olmuşdur. Bir müddət Oksford universitetində müasir poeziyadan mühazirələr oxumuşdur. Yaradıcılığa nisbətən gec, ali təhsilini başa vurduqdan sonra başlamışdır. "Naturalistin ölümü" (1966), "Zülmətə qapı" (1969), "Qışın sonu" (1972), "Çöl işləri" (1979) adlı kitablarında toplanan şeir və poemalar Şeymas Hinini müasir irland poeziyasında öz yeri və dəsti-xətti olan şair kimi tanıtmışdır.
Şeymas Xini
Şeymas Hini (ing. Seamus Heaney; 13 aprel 1939[…], Kastledavson[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 30 avqust 2013[…], Dublin) — irland yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1995). == Həyatı == Şeymas Jastin Hini irland şairi, nasir və tərcüməçidir. Şimali İrlandiyanın Derri qraflığında, doqquz uşaqlı ailənin birinci övladı kimi doğulmuşdur. 1957–1961-ci illərdə Bel-fast universitetində ingilis filologiyası üzrə təhsil almışdır. Hazırda Dublində yaşayan müəllif ötən əsrin 60-cı illərindən başlayaraq indiyə qədər ədəbi yaradıcılığı ilə bir sırada pedaqoji fəaliyyətini də davam etdirir. Müxtəlif vaxtlarda Şeymas Hini Dublindəki Kerisfort-Kollecin, Belfast Kraliça universitetinin, habelə Berkli (Kaliforniya, ABŞ) və Harvard universitetlərinin professoru olmuşdur. Bir müddət Oksford universitetində müasir poeziyadan mühazirələr oxumuşdur. Yaradıcılığa nisbətən gec, ali təhsilini başa vurduqdan sonra başlamışdır. "Naturalistin ölümü" (1966), "Zülmətə qapı" (1969), "Qışın sonu" (1972), "Çöl işləri" (1979) adlı kitablarında toplanan şeir və poemalar Şeymas Hinini müasir irland poeziyasında öz yeri və dəsti-xətti olan şair kimi tanıtmışdır.
Leucas
Leucas (lat. Leucas) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Leucas:The Plant List saytında takson barədə məlumat.
Selvas
Selvas - Cənubi Amerikada Amazon ovalığında rütubətli ekvatorial meşədir.
Sencan
Sencan — İranın Mərkəzi ostanının Ərak şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,592 nəfər və 2,897 ailədən ibarət idi.Bu şəhərin qədimki əhalisi yəhudilərdən ibarət idi ki hamısı İsrailə köçüblər.
Seygah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan) və yeddi əsas muğam dəstgahlarından biri.Mənası "Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır == Segah muğam dəstgahı kimi == Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. === Segah muğamı Azərbaycan musiqisində === Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: Kiçik oktavadakı "si" mayəli (Xaric Segah) Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah) Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı) Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı) Birinci oktavadakı "sol" mayəli (Haşım Segah)Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur."Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır. ==== Əsas Segah növləri ==== Zabul segah - mayeyi-zabul, muyə, manənd müxalif, segah (orta segah), məxluq, şikəsteyi-fars, mürəbbiqə, əraq, yədi-hasar, aşıq-guş şöbələrini qavrayan dəstgah.Orta segah – Zabul segahı dəstgahında əsil segah muğamının özü. Bir qayda olaraq manənd-müxalif şöbəsindən sonra ifa olunur.
Seyhan
Seyhan — Türkiyənin Adana ilində ilçə.
Seylab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Seylan
Seysan
Sisan-i Qədim (fars. سيسان قديم‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (9 ailə).
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. == Xüsusiyyətləri == Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Səlmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Şeyban
Şeyban— İranın Xuzistan ostanının Bavi şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,211 nəfər və 4,063 ailədən ibarət idi.
Şeytan
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Şeyxan
Şeyxan qəzası
Cycas
Saqo (lat. Cycas) — saqovniklər fəsiləsinə aid bitki cinsi.
EICAS
EICAS (ing. Engine Indication and Crew Alerting System, Mühərrik parametrlərinin göstərilməsi və nasazlıqların qarşısının alınması sistemi) — təyyarə heyətinin aviasiya mühərrikləri və digər cihazqayırma sistemləri ilə təmin edilməsi və ekipajın məlumatlandırılması üçün müasir təyyarələrdə istifadə olunan kompleks sistemdir (bütün ibtidai və ikinci dərəcəli mühərrik parametrlərinin göstəricisini təmin edir). Xəbərdarlıq mesajları, sistemdən imtina və bəzi istismar şərtləri barədə olan məlumat xəbərdarlıq mesajları vasitəsi ilə verilir . == İlk baxış == Əvvəllər mülki təyyarələr ekipajdan daim diqqət tələb edən elektromexaniki göstəricilərdən istifadə edirdilər. Bu sistemlərdə müasir rəqəmsal texnologiyaların təmin etdiyi çox yönlülük yox idi. Bundan başqa, çoxsaylı siferblatlar və ölçü cihazları daxildə əhəmiyyətli yer tələb edirdi. Qabaqcıl texnologiyanın tətbiqi ilə müasir bir təyyarə mühərrik ekranı və ekipaj xəbərdarlıq sistemi (EICAS) olaraq bilinən kompüter və ekran sistemlərindən istifadə edərək mühərriklərin və təyyarə sistemlərinin parametrlərinin davamlı izlənməsini təmin edə bilər. == Komponentlər == EICAS adətən müxtəlif mühərrik parametrlərinin ölçülməsi, o cümlədən, dəqiqədə çevrilmələr, temperaturun qiymətləri, yanacaq axını və miqdarı, yağ təzyiqi və s. EICAS tərəfindən nəzarət edilən digər tipik təyyarə sistemlərinə hidravlik, pnevmatik, elektrik, ətraf mühit və yerüstü nəzarət sistemini əlavə etmək olar. EICAS yüksək bağlantıya malikdir və məlumatların alınması/yönləndirilməsini təmin edir.
Secan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Seyba
Seyba (lat. Ceiba) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceiba aesculifolia (Kunth) Britten & Baker, 1896 Ceiba glaziovii (Kuntze) K.Schum., 1900 Ceiba insignis (Kunth) P.E.Gibbs & Semir, 1988 Ceiba pentandra (L.) Gaertn.
Socas
Socas- İranın Zəncan ostanınınd Xudabəndə şəhristanının Socasrud bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,577 nəfər və 1,345 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Səcah
Səcah binti əl-Haris (ərəb. سجاح بنت الحارث‎) — İslama görə, o, 7-ci əsrdə İslamı qəbul edən bəzi ərəbləri yeni dindən uzaqlaşmağa təşviq edən yalançı peyğəmbər idi. == Bioqrafiyası == Səcah Taqlibitlər arasında böyüyür və buna görə də xristianlığa yaxşı bələd idi. Məhəmməd peyğəmbərin dövründə Səcah “buludların ağası” adlandırdığı Tanrı adından trans halında danışdığını iddia edirdi. O, xüsusi bir yüksəklikdən (minbər) “vəhylər” söyləyirdi. Üstəlik bir müəzzini vardı ki, oda: “Şəhadət verirəm ki, Səcah Allahın peyğəmbəridir” deyə bağırırdı. Onun “açıqlamaları” qafiyəli nəsr şəklini alırdı. Səcah bir qrup tərəfdarı ilə birlikdə İraqdan doğma Bənu Təmim qəbiləsinin ərazisinə köçür. 633-cü ildə ordusunun başında Səcah o vaxt başqa bir yalançı peyğəmbər Müseylimənin fəaliyyət göstərdiyi Yəmamaya hücum edir. Yəmamaya getdikdən sonra Səcah İraqa qayıdır və orada daha sonra tövbə edərək İslamı qəbul edir.
Şeyda
Şeyda — Azərbaycanda və İranda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Fazil xan Şeyda — XIX əsr Azərbaycan şairi. Nəcəfqulu bəy Şeyda — XIX əsr Azərbaycan şairi. Qəmər bəyim Şeyda — XIX əsr Azərbaycan şairi. Mirzə Yəhya bəy Şeyda — XIX əsr-XX əsr Azərbaycan şairi. Mirzə Abbas xan Şeyda — XIX əsr-XX əsr İran şairi. Mirzə Ələkbər Şeyda — XIX əsr-XX əsr İran şairi. Yəhya Şeyda — XX əsr Azərbaycan şairi.