Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Semeni
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Selscc == Tərif və məna == Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Zmeynıy adası
Zmeynıy (ukr. острів Зміїний, rum. insula Şerpilor, q.yun. Λευκός, yun. Φίδονισι, türk. Yilan Adası) — Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan ada. İnzibati cəhətdən isə Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir. Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007 ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır. Zmeynıy adası uzun zaman BMT məhkəməsində mübahisə predmeti olaraq qalırdı.
Liber Sereyni
Liber Sereyni Moskera (isp. Líber Seregni Mosquera; 13 dekabr 1916, Montevideo – 31 iyul 2004, Montevideo) — Uruqvay hərbi və ictimai xadimi, general. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" beynəlxalq Lenin mükafatı laureatı (1983). Ölkədə bərqərar olmuş xalqa zidd rejimə etiraz əlaməti olaraq 1969-cu ildə istefa vermişdir. 1971-ci ildən Uruqvay Kommunist Partiyası və ölkənin digər mütərəqqi partiya və təşkilatlarını birləşdirən Geniş Cəbhənin İcraiyyə Komitəsinin sədri olmuşdur. Odur ki, bu təşkilat 1973-cü il mürtəce hərbi çevrilişindən sonra gizli fəaliyyət göstərmişdir. Sülh, demokratiya və Uruqvay xalqının sosial tərəqqisi uğrunda apardığı mubarizə ustundə dəfələrlə təqiblərə məruz qalmış, 1978-ci ildə isə hərbi tribunalın əsassız hökmü ilə 4 il həbs cəzasına məhkum edilmişdir. Ölkənin və dünyanın mütərəqqi qüvvələrinin tələbi ilə 1984-cü ilin martında azad olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Frente Amplio: Gral.
Səməni (rəqs)
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. == Faydası == Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası «jenşen»dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. == Hazırlanma texnologiyası == Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
Səməni rəqsi
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Semenik Milli Parkı
Semenik Milli Parkı - Karaşul dərəsi (rum. Parcul Naţional Semenic-Cheile Caraşului) - Rumıniyanın cənub-qərbində qorunan ərazi - milli park. Park ölkənin Karaş-Severin judetsində yerləşir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin II kateqoriyasın daxildir. == Ümumi məlumat == Milli park Anina və Semeniç dağlarında yerləşir. Hər iki dağ Banat silsiləsinə daxildir. Sahəsi 36,214 hektardır. Ərazi tipik karst və meşə landşaftına malikdir. Bəzi ağacların yaşı 300-dən çoxdur. Avropanın qədim meşə sahələrindən birdir.