Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Böyük qayalıq sittası
Böyük qayalıq sittası (lat. Sitta tephronota) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinin sitta cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Kiçik qayalıq sittasından daha böyük olub. Göz arxasındakı qara xətt daha nəzərəçarpan olmaqla gözün gerisində genişlənir və boyun yanlarına doğru uzanır. Qara sürmənin ("qaşın") kənarları ağdır. Qayaya qonmuş halda arxadan baxıldıqda, bu qara xətlər boyunun iki yanında birdən görünür. Ayaqları və quyruğu qısadır. Alını və təpə hissəsi daha tünd rəngli olub, bel tərəfi, boz, alt tərəfləri ağ, quyruğa doğru narıncı rəngli lələklər olur. Dişi və erkək bir birinə bənzəyir, yalnız quyruqaltı rəngində müəyyən fərqlilik müşahidə olunur.