Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skaniya
Skaniya və ya Skoneland (isv. Skåneland, Skånelandskapen; lat. Terra Scania, Terra Scaniae; dan. Skånelandene) — İsveçin cənubunda tarixi vilayət. Danimarkanın keçmiş üç vilayəti olan Skone, Halland və Blekingedən ibarətdir. 1658-ci ilə qədər Şərq vilayətləri adı altında Danimarkanın tərkibində olmuşdur. Daha sonra İsveçə verilən, lakin sonradan Danimarkaya qaytarılan Bornholm adası da bəzən Skaniya daxil edilir. Dil baxımından Skaniya İsveçin qalan hissəsindən kəskin şəkildə fərqlənir, çünki Skaniya dialekti İsveç dilindən daha çox Danimarka dilinə yaxındır. == İstinadlar == == Əlavə ədəbiyyat == Alenäs, Stig (2003). Loyalty — Rural Deans — Language Studies of 'Swedification' in the Church in the Lund Diocese during the 1680s.
Ukatnıy adası
Ukatnıy adası - Xəzər dənizinin şimalında, Volqa çayının deltasında yerləşən ada. Adanın sahilləri bataqlıqlaşmışdır. Uzunluğu 6.2 km, eni isə 4.3 km təşkil edir. Sahəsi 14,9 km²-dir. Ada ərazisində neft ehtiyatı vardır. Ukatnıy adası mübahisəli ərazidir. De-fakto ərazi Rusiyanın ərazisinə daxil olsa da, Qazaxıstan adanı tarixi torpağı hesab edir. Rusiya adanı Həştərxan vilayəti, Qazaxıstan isə Atırau vilayəti ərazisinə aid edir.
Skalzi kilsəsi (Venesiya)
Santa Mariya di Nazaret kilsəsi (it. Chiesa di Santa Maria di Nazareth) — İtaliyanın Venesiya şəhərində yerləşən Roma katolik məbədidir. O, şəhər sakinləri tərəfindən daha çox "Skalzi kilsəsi" olaraq adlandırılır və bunun başlıca səbəbi, binada, yaradıldığı gündən etibarən Ayaqyalın Karmelitlər Ordeninin yerləşməsi idi (Skalzi (it. Scalzi) — italyan dilindən tərcümədə "ayaqyalın" deməkdir). XVII əsrin parlaq və möhtəşəm Venesiya barokkosu üslubunun təkrarolunmaz nümunəsi sayılan bu kilsə, dahi memar Baldassaro Longinin layihəsi əsasında inşa edilmişdir. Skalzi kilsəsi, Venesiyanın Kannareco sestierisində, daha dəqiq desək, Santa Luçiya dəmiryol vağzalı ilə qonşuluqda yerləşir. Vağzaldan şəhərə daxil olan bütün qonaqlar, Kanal Qrandeni keçərək, şəhərin mərkəzinə üz tutmaq üçün adətən kilsənin yaxınlığında yerləşən Ponte delyi Skalzi adlı böyük körpüdən və ya Ferrovia adlanan vaporetto stansiyasından istifadə edirlər. == Memarlıq == === Eksteryer === Skalzini bəzəyən heykəllər dominant protaqonistlər rolunda çıxış edirlər və bu baxımdan kilsə, Venesiyanın yeganə və təkrarolunmaz müqəddəs dini tikilisi hesab edilir. Onun fasadında, altı künc kapella altarlarında və həmçinin əsas altarda, nef divarlarında və presviterilərdə mərmər heykəl nümunələri yerləşdirilmişdir. XVII əsrin ikinci yarısından XVIII əsrin əvvəlinə kimi davam edən Venesiya heykəltaraşlıq məktəbinin inkişafını və çiçəklənməsini əks etdirən bu heykəllər, öz kəmiyyət və keyfiyyətlərinə görə, kilsəni mükəmməl seyretmə qalereyasına çevirirlər.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.