Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saytlararası skript
Saytlararası skript (ing. Cross-site scripting) – veb sistemlərinə hücum növlərindən biri. Veb-səhifəyə zərərli kodun yerləşdirilməsinə və bu kodun bədniyyətlinin veb-serveri ilə qarşılıqlı əlaqəsindən ibarətdir (zərərli kod veb-səhifəni açan istifadəçinin kompüterində yerinə yetirilir). Zərərli kodu veb-serverdə olan boşluqdan və ya istifadəçinin kompüterindəki boşluqdan istifadə etməklə veb-səhifəyə yerləşdirmək olar. XSS hücumlarının dəqiq təsnifatı yoxdur, lakin ekspertlərin çoxu XSS-in ən azı iki növünü fərqləndirirlər: “əks olunmuş XSS” (“reflected XSS”) və “saxlanılan XSS” (“stored XSS”). Termin üçün “XSS” qısaltması kaskad stil cədvəlləri üçün istifadə edilən “CSS” (Cascading Style Sheets) qısaltması ilə səhv salmamaq üçün istifadə edilir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Skripka
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Kriket
Kriket (ing. cricket) — 11 nəfərdən ibarət 2 komanda arasında, çubuq və top köməyi ilə, mərkəzində 20 metr (22 yard) uzunluğunda düzbucaqlı bir sahə olan oval bir məkanda oynanan bir komanda oyunudur. Düzbucaqlı sahənin bir ucunda yer alan atıcı vəziyyətindəki komandanın oyunçusu topu, vurucu mövqeyindəki komanda oyunçusunun olduğu digər uca doğru ataraq, vurucunun arxasında olan qala bənzəri qurğuya (wicket) dəydirməyə, vurucu isə gələn bu topun qurğuya dəyməsinə maneə törətmək üçün əlindəki çubuq köməyi ilə topa vurmağa çalışar. Müvəffəqiyyətli bir vuruşun ardından atıcı komanda oyunçuları topu tutmağa çalışarkən, sahədə yer alan vurucu da qarşısındakı qurğuya doğru qaçar. Top, oyun sahəsi xaricinə çıxmadan tutulsa 'ran' adı verilən ədədlərdən 1, oyun sahəsi xaricinə çıxarsa 4, yerə heç dəymədən oyun sahəsi xaricinə çıxarsa 6 xal qazanar və vurucu mövqeyində ikən ən çox ədədə çatmağa çalışar. Atıcı komanda isə topu qurğulardan hər hansı birinə dəydirərək, qarşılanan topu yerə dəymədən tutaraq və ya bəzi müstəsna hallarda vurucuları oyun xaricində qoymağa çalışar. Oyun xaricində qalan oyunçunun yerinə başqa bir oyunçu girərkən, atıcı komanda isə 'over' adı verilən hər altı atışdan bir atıcısını dəyişdirmək məcburiyyətindədir. Beynəlxalq kriket müsabiqələrində istifadə edilən üç əsas format vardır. Twenty20 formatına görə hər iki komanda da 20 over həyata keçirir və ilk 20 over reallaşdırılmasından sonra komandaların rolları dəyişir. 10 vurucunun oyun xaricində qalması vəziyyətində isə 20 over həyata keçirilməsə belə komandaların rolları dəyişir.
Script
Skriptləşdirmə dili - hər hansı proqramın bir və ya bir neçə hissəsini idarə etməyə imkan verən proqramlaşdırma dilidir. Skript müəyyən proqramlarla yerinə yetirilən bir proqram hissəsidir. Skriptin proqramdan əsas fərqi, kompilyasiya olunmadan istifadə olunmasıdır. Skriptləşdirmə dillərinin müxtəlif tipləri vardır.
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Şəriət
Şəriət (ərəb. الشريعة‎) — İslamda qəbul edilən ibadət, davranış və cəzalarla əlaqəli bütün dini qanun anlayışlarına və qaydalarına verilən ad. Fiqh, digər tərəfdən, şəriətdə bu qanun və qaydaların nəzəri və praktiki tətbiqi araşdırmaları ilə əlaqəli və şəriətin nə mənada olduğunu müəyyənləşdirən fəaliyyətlərə verilən addır. Dini terminologiyada şəriət ayələr və hədislər kimi dinin mənbəyi kimi qəbul edilən Allah və Məhəmməd peyğəmbərin kəlamlarına, fiqh isə dini rəhbərlərin sözləri və hərəkətlərinə və onların şərhlərinə istinad edir. Qurana əsaslanan şəriət qanunları əsas mənbə kimi əsrlər boyu islam cəmiyyətlərini və bir çox məsələlərdə kişi və qadınlar arasında münasibətlər, müharibə, nikah, boşanma, irs mübadiləsi, şəhadətnamə kimi müəyyən edilmiş qaydalarla sosial həyatı tənzimləmişdir. Qadın geyimləri ilə bağlı dəqiq çərçivənin olmaması, Qadın geyimləri haqqında əmrin rejimi ilə Qurani-Kərimdə ifadə edilmiş cümlələrdə, ideyaların yaranmasına gətirib çıxarmışdır, hansılar ki, İslamda əsrlər boyu müzakirə edilmişdir, hansılar ki, bir sonunda qadın geyimlərini yalnız qadının cinsiyyət orqanlarını əhatə etmək üçün kifayətdir, digər tərəfdən və şəxslər də daxil olmaqla, bütün bədəni örtməyə qadını məcbur edirdilər. İslam fiqhinin məzhəbləri Quranı dinin əsas mənbəyi hesab edirlər. Vacib (fərz, vəcib və sünnət) əməllərdən əl çəkmək və pis (məkruh və haram) olaraq təyin olunan işləri etmək cəzaya səbəb olur. (hadd və ya tazir cəzaları) Klassik şəriət tətbiqlərindən bəzilərinə ciddi insan haqları pozuntuları daxildir. 'Müharibələrdə əsir götürülmüş' qadınların vəziyyəti insan hüquqları baxımından kritik bir mövzudur.
Skripka-böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Sarpet xardalı
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
The Script
The Script — İrlandiyanın məşhur rok qrupu. Qrup 2001-ci ildə İrlandiyanın paytaxtı Dublində yaradılıb. Qrupun əsas üzvləri solist Denni O'Donohyu, zərbçi Qlen Pauer, elektro gitaraçı Mark Şihandır. Qrupun ikinci dərəcəli üzvləri: bass gitarada Ben Sargeant, klavyedə Rodni Alexandro, digər elektro gitarada "Paul İnder"dir. Qrupun ilk albomu 2008-ci ildə öz adlarını verdiyi "The Script" albomu idi. Bundan sonra daha bir uğurlu albom 2010-ci ildə çıxan "Science & Faith" albomu olub. Artıq bu albom çıxarkən qrup fəaliyyətini ABŞ-də davam etdirirdi. Bu albomun ən gözəl mahnısı ise "For The First Time" adlı romantik mahnı olub. Bu albom çıxdığı vaxt qrupun başçısı Denni O'Donohyu Fransanın məşhur xəbər kanalı olan Euro News kanalına çağırılır və ondan albom haqqında geniş məlumat alınır. Qrupun tarixi ərzində ən böyük uğuru isə sözsüz ki, 2012-ci ilin fevral ayında Avropanın "ən yaxşı rok qrupu" adına layiq görülməsidir.
The White Stripes
The White Stripes – 1997-ci ildə ABŞ-nin Detroyt ştatında qurulmuş rok duosu. Qrup Cek Vayt (bəstəkar, vokal, gitara, piano və mandolin) və Meq Vaytdan (zərb alətləri və vokal) ibarət idi. Detroyt musiqi səhnəsində bir neçə sinql və üç albom buraxdıqdan sonra, The White Stripes 2002-ci ildə qaraj rokunun canlanması səhnəsinin bir hissəsi kimi məşhurlaşdı. Onların uğurlu təqdirəlayiq albomları "White Blood Cells" və "Elephant" ABŞ və Böyük Britaniyada müxtəlif media orqanlarının diqqətini çəkdi. "Seven Nation Army" adlı sinqlları onların ən tanınan mahnılarından biri oldu. Qrup 2005-ci ildə Get Behind Me Satan və 2007-ci ildə Icky Thump adlı daha iki albom yazdı və səsyazmada uzun fasilədən sonra 2011-ci ildə dağıldı.
The Script (albom)
The Script — The Script rok qrupunun 2008-ci ildə çıxan ilk albomudur. We Cry mahnısı ilə çıxış edən albomun dəqiq çıxış tarixi 11 avqust 2008-ci ildir. Albomun trek listi: We Cry , Before The Worst, Talk You Down, The Man Who Can't Be Moved, Breakeven, Rusty Halo, The End Where I Begin, Fall For Anything, If You See Kay, I'm Yours, Anybody There". Albomun 5 trekinə klip çəkilmişdir. Bunlardır: We Cry , Breakeven, Before The Worst, Talk You Down, The Man Who Can't Be Moved".
Millionaires (The Script mahnısı)
"Millionaires" mahnısı — The Script rok qrupunun #3 albomundan olan bir trekdir. Mahnının qısa məzmunu bundan ibarətdir ki, guya həyatdakı hər şeyin pul, var-dövlət olmadığını və insanın əsl varlılığının məhz ürəkdə, yəni hislərdə olduğunu göstərir. Mahnının klipi 12 İyun 2013 tarixində çəkilmişdir və hələ ki klipin baxış sayısı 4 milyona yaxındır. Qrup üzvləri özləri də müsahibələrində bildirmişlər ki, bu klip qrupun ən uğursuz klipləri arasındadır.
Superheroes (The Script song)
Superheroes — The Script rok qrupunun No Sound Without Silence albomuna daxil olan çıxış mahnısıdır. Mahnının klipi 4 Avqust 2014 tarixində yayımlanmışdır.
Skripka üçün iyirminci sonata (Motsart)
Skripka üçün iyirminci sonata C Major- da (K. 303 / 293c) Volfqanq Amadey Motsartın 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələmişdir və həmin il Motsartın Mariya Yelizabetə həsr olunmuş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Adagio — Allegro Molto — Adagio Tempo di Menetto Zaslaw, Neal; Cowdery, William (1990). Tamamilə Motsart: Wolfgang Amadeus Motsartın Musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Skripka üçün on doqquzuncu sonata (Motsart)
Skripka üçün on doqquzuncu sonata — E-Flat Major ( K 302 / 293b) -da Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələnmişdir. Əsər ilk dəfə elə həmin ildə Motsartın Mariya Yelizavettaya həsr edilmiş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Allegro Andante Grazioso Zaslaw, Neal; Cowdery, William (1990). Motsartın bütün əsərləri: Volfqanq Amadey Motsartın musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
If You Could See Me Now (The Script mahnısı)
"If You Could See Me Now" mahnısı — The Script rok qrupunun indiyə kimi həm #3 albomundan, həm də ümumiyyətlə çıxardığı ilk və tək "Hip hop" tərzində olan trekidir. Bu mahnı qrupun solisti Danny O'Donoghuenin atası Shay O'Donoghue xatirəsinə həsr olunmuşdur. Mahnının ərsəyə gəlməsində demək olar ki, Danny O'Donoghue özü iştirak etmişdir. Yalnız bir sıra yerlərində gitarist Mark Sheehan və digər bəstəkarlar düzəlişlər etmişdir. Mahnıda ən yadda qalan və təsir edici hissəsi isə "The roses came, but they took you away" yəni tərcümədə mənası "Güllər gəldi, amma onlar səni uzaqlaşdırdı" deməkdir. Bu hissə isə əbəs yerə işlədilməyib. Çünki Denninin atası məhz 14 Fevralda — Sevgililər günündə dünyasını dəyişmişdir. Məhz bu hadisə bu günə təsadüf etdiyi üçün o, bunu beləcə əlaqələndirib. Mahnının klipi 18 fevral 2013 tarixində çəkilmişdir. Hazırda klipin baxış sayı 20 milyondan çoxdur.