Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Snejka dağı
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir. == Tarix == Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır. 1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir).
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
Lejla
Lejla (Bosniya dili: Lejla) — 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya təmsilçisi Hari Mata Hari qrupu tərəfindən Bosniya dilində səsləndirilən mahnıdır. Mayın 20-də keçirilən finalda ölkə, 229 xalla üçüncü olaraq bu günə qədər bu müsabiqədəki ən yaxşı dərəcəsini əldə etmişdir.
Alenka Qolyevşek
Alenka Qolyevşek (7 Sentyabr 1933 — 17 Yanvar 2017) — Sloveniyalı yazıçı, publisist və dramaturq. Qolyevşek Sloveniya mifiologiyasından bəhs edən Med bogovi in demoni (Tanrılar və iblislər) kitabına görə 1988-ci ildə Levstik Mükafatına layiq görülmüşdür. O, həmçinin dramaturq idi. Əri ədəbi tarixçi, filosof və publisist Taras Kermauner olmuşdur. == Biblioqrafiyası == === Gənclərin ədəbiyyatı === Čudozgode (Möcüzəli nağıllar), 1974 Po štirih, po dveh (Dörd ayağı, İki ayağı), 1996 === Gənclər üçün əsərlər === Čudežni kamen (Sehrli daş), 1979 Če zmaj požre mamo (Nə vaxt əjdaha ananı yeyəcək), 1981 Hiša (Ev), 1981 Kralj Matjaž, kako se imaš? (Kraz Matyaj necəsiniz?), 1981 Volk in rdeča kapica (Canavar və balaca qırmızı papaq tamaşası), 1982 Zakaj avto zjutraj noče vžgati (Niyə maşın səhər işləməyəcək?), 1982 Gornastenisedimuha (Divardakı teflyon) 1983 === Böyüklər üçün əsərlər === Srečanje na Osojah (Osojedə görüş), 1981 Pod Prešernovo glavo (Preserinin büstünün yanında), 1984 Zelena je moja dolina (Mənim vadim yaşıldır), 1985 Lepa Vida 87 (Gözəl Vida 87), 1987 Srečna draga vas domača (Xoşbəxt, sevimli ev kəndi), 1999 === Monoqrafiyalar === Mit in slovenska ljudska pesem (Mif və Sloveniyanın ənənəvi mahnıları), 1982 Med bogovi in demoni: liki iz slovenske mitologije (Tanrılar və iblislər arasında: Sloveniya mifologiyası rəqəmlərdən), 1988 Pravljice, kaj ste?
Kunitaka Sueoka
Kunitaka Sueoka (d. 1 fevral 1917) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Ceija Stojka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. == Həyatı == Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Seka
Seka (15 aprel 1954, Radford[d], Virciniya) — ABŞ pornoaktrisası. == Həyatı == Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulub. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurub, lakin bir müddət sonra boşanıb. 1977-ci ildə porno karyerasına başlayıb. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak edib.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Slesa qalası
Slesa qalası (gürc. სლესის ციხე) — Cənubi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki Axıska bələdiyyəsində yerləşən orta əsr qalasıdır. Tarixi bilinməyən qala kompleksi dövrümüzdə xarabalığa çevrilmiş qaladan və ona bitişik olan iki təpənin arasında yerləşən və strateji olaraq daha yaxşı qorunan qüllədən ibarətdir. Borcomi vadisi boyunca uzanan qala kompleksi Gürcüstanın mərkəzini cənubdan gələn hücumlardan qoruyurdu. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilmişdir. == Tarixi == Qalanın tarixi məlum deyil. Qalanın memarlıq xüsusiyyətləri və odlu silahlar üçün yaradılmış bəzəklər ilə təmin olunmasından belə ehtimal edilir ki, abidə orta əsrlərdə inşa edilmişdir. O dövrdə 16 ailənin yaşadığı Slesa kəndinin varlığı haqqında ilk dəfə 1598-ci ildə baş tutmuş Osmanlı siyahıyaalınması zamanı qeyd edilmişdir. Bölgənin Osmanlı tərəfindən fəth edilməsi Samtsxenin yerli əhalisinin sürgün edilməsi və ya assimilyasiyası ilə nəticələndi. 19-cu əsrdə kənd tərk edildi.
Belka-Snejna mağarası
Belka-Snejna mağarası (pol. Jaskinia Wielka Śnieżna) — Polşanın cənubunda, Qərbi Tatranın Malolonçnyak dağlarında karst məşhəlli mağara. Mağara Tatra Milli Park ətazisində yerləşir. Onun uzunluğu 23 753 m, qərinliyi isə 824 m təşkil edir. Bu göstərici ilə Polşanın ən uzun və dərin mağarasıdır. == Morfologiya == Belka-Snejna mağarası 5 girişi vardır. Əvvəllər bu girişlər fərqli mağaraların birişi olaraq hesab edilirdi: Qarlı mağara (pol. Jaskinia Śnieżna) — 1701 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. 1959-cu ildə kəşf edilmişdir. Böyük qarlı mağaradının əsas hissəsini təşkil edir.
Semka Sokoloviç-Bertok
Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008, Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır. Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir. == Həyatı == Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi. Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi.
Seka Qadiyev
Seka Qadiyev (oset. Гæдиаты Куыцырийы фырт Секъа; 1855, Qanisi[d], Mtsxeta-Mtianeti – 21 iyul (3 avqust) 1915, Vladiqafqaz) — osetin əsilli şair və yazıçı, Osetiya ədəbiyyatının klassiki. Osetiya klassik nəsrinin banisi. == Bioqrafiyası == Seka uşaqlığını ehtiyac və çətinliklə keçirir. 18 yaşında oxumağı və yazmağı öyrənir. 1872-ci ildə Qudski kilsəsində xorçu olaraq xidmət etməyə başlayır. Ancaq kiçik bir maaş 8 nəfərlik bir ailənin mövcudluğunu təmin edə bilmədiyindən, eyni ildə Seka daha yaxşı bir həyat axtarışında Şimali Osetiyaya köçür. Burada osetin kəndlərində xorçu kimi xidmət etməyə davam edir. Ancaq ailənin maddi vəziyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşmır. Uşaqları da özü kimi çalışmalı olur.
Səlimiyyə məscidi (Leja)
Səlimiyyə məscidi (alb. Xhamia e Selimijës) və yaxud Müqəddəs Nikolay kilsəsi (alb. Kisha e Shën Kollit) — Albaniyanın şimalında yerləşən Leja şəhərində tikili. Osmanlılar tərəfindən məscid kimi yenidən qurulmuş keçmiş kilsədir. Onun xarabalıqları tavanla qapadılmış və yenidən milli qəhrəmanı İskəndər bəy memorialı kimi bərpa edilmişdir. == Tarixi == 1459-cu ildə XIV əsrə aid əvvəlki binanın yerində Müqəddəs Nikolay kilsəsi inşa edilmişdi. Həmin kilsə Leja şəhərinin əsas kilsəsi hesab olunur və qala təpəsinin altında, Drin çayının yaxınlığında yerləşirdi. Tikilinin ölçüsü təxminən 18-in 8 metrə təşkil edirdi. Birnefli qotik üslubda olan tikili şərq tərəfdən yarımqövs çıxıntıya malik idi. Şimal və cənub divarlarında kiçik pəncərələr, qərb fasadında isə qapı və bir dairəvi pəncərə var idi.