Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Livno
Livno, Liyevno (serb-xorv. Ливно/Livno, Лијевно/Lijevno; köhnə adı Hlivno idi) — Bosniya və Herseqovinada şəhər və eyniadlı icmanın mərkəzi; Bosniya və Herseqovina Federasiyasının Kanton 10-nun inzibati mərkəzi. Əhalisi 10 080 nəfərdir (1991). Mostardan 127 km, Sarayevodan 212 km, Banya Lukadan 167 km və Splitdən 96 km məsafədədir. == Tarixi == Livno ilk dəfə 28 sentyabr 892-ci il tarixli Xorvatiya knyazı Muntsimirə məxsus sənəddə qeyd edilmişdir. Daha sonra, 949-cu ildə, Konstantin Baqryanorodnının "De administrando imperio" traktatında adı çəkilmışdır. 1326-cı ildən Livno Bosniya krallığının tərkibində idi ki, onu da 1463-cü ildə osmanlı türkləri fəth etmişdilər. 400 ildən çox davam edən Osmanlı hakimiyyəti dövründə şəhərdə bir çox şərq memarlığı abidələri inşa edildi. 1878-ci ildə Berlin konqresinin qərarı ilə Livno, bütün Bosniya və Herseqovina kimi, Avstriya-Macarıstan tərəfindən işğal edildi. 1918-ci ildə imperiyanın süqutundan sonra şəhər Serblər, Xorvatlar və Slovenlər Krallığının bir hissəsi oldu, hansı ki 1929-cu ildə Yuqoslaviya Krallığı adlandırıldı və 9 banovinə bölündü.
Slavoy Jijek
Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir. Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır. == Həyatı == === İlk illəri === 1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır. Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə, ikinci dəfə model olan Analia Huni, 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir. Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır.