Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitno (dağ)
Sitno — Slovakiyada dağ. 1,009 metr (3,310 ft) hündürlüyü ilə Ştyavniske dağ sisliləsindəki ən hündür dağdır. Dik andezit divarları zirvəya qalxan yamacı üç tərəfdən əhatə edir. Sitno qalası orta əsrlərdə Banska Ştyavnisa və ətrafındakı filiz yataqlarına çıxış yollarını qorumaq üçün inşa edilmişdir. Qala 18-ci əsrin əvvəllərindən bəri xarabalığa çevrilib. Dağa Pohuvadlo gölündən təbii cığır ilə və ya Prenhov kəndindən qalxan piyada yolu ilə çıxmaq olar. == Tarixi == Sitno arxeoloji cəhətdən qorunan ərazi elan edilmişdir. Arxeoloji işlər zamanı burada Lusatiya mədəniyyətində aid kütləvi yaşayış yeri aşkar edildi. İstehkam tipli yaşayış sahəsi 16 hektar əraziyə sahibdir və Slovakiyadakı Lustaiya mədnəiyyətinə aid in yüksək istehkam yeridir. Eramızdan əvvəl 1200-800-cü illərdə burada yerləşən bu yaşayış məskəni çoxsaylı saxsı qablar, iplik alətləri, daş qablar, habelə bir sıra tunc tapıntılar, məsələn, bir fincan, balta, tir, iynə, iynə və s.
Soliton
“Soliton LTD” (Soliton chain of stores) - mağazalar şəbəkəsi məişət texnikaları, elektronika məhsulları satışını həyata keçirməklə yanaşı müştərilərə satış sonrası quraşdırma və texniki xidmət də göstərir. Solitonun əsas ofisi Bakida yerləşir. 2020-ci ilədək 2000 işçi sayı ilə 80-ə yaxın mağazasını açaraq fəaliyyətini davam etdirir. == Tarix == 1992-ci ildə fəaliyyətə başlamış Soliton Mağazalar Şəbəkəsi məişət texnikası və elektronika məhsullarının satışı, quraşdırılması və texniki xidməti ilə fəaliyyətini davam etdirməkdədir. İlk mağazasını 28 May metrosu yaxınlığında açmışdır. Bu Mağazalar Şəbəkəsi şəhərin 20 Yanvar, Memar Əcəmi, Elmlər Akademiyası, Xalqlar Dostluğu, Qara Qarayev və digər metro stansiyaları yaxınlığında fəaliyyət göstərməyə başlamışdır. Şəbəkə olaraq yalnız Bakı şəhərində deyil, həmçinin Quba, Xaçmaz, İsmayıllı, Mingəçevir,Zaqatala, Gəncə, Cəlilabad və Azərbaycanın digər bölgərində də fəaliyyətini göstərir. == Fəaliyyət == Soliton Mağazalar Şəbəkəsi dünyanın məşhur markalarının satışını və satış sonrası servisini həyata keçirir. Avropanın ən böyük ikinci bəyaz əşya istehsalçısı olan Beko, komputer, səs və görüntü sistemləri sektorunun qabaqcıl markalarından olan Grundig, 1 əsrdən artıq tarixə malik Alman markası Blomberg, Türkiyənin məşhur kompüter makrası Casper və digər dünya markalarının məhsulları kimi məişət və elektronika məhsullarını təklif edir. == Logistika == 2004-cü ildə məhsulların saxlanılması üçün 10.000 kv.m-dən qapalı anbar sahəsi, ehtiyat hissə anbarı, malların təmiri üçün böyük servis mərkəzi və ofis binası tikilərək istifadəyə verilmişdir.
Livno
Livno, Liyevno (serb-xorv. Ливно/Livno, Лијевно/Lijevno; köhnə adı Hlivno idi) — Bosniya və Herseqovinada şəhər və eyniadlı icmanın mərkəzi; Bosniya və Herseqovina Federasiyasının Kanton 10-nun inzibati mərkəzi. Əhalisi 10 080 nəfərdir (1991). Mostardan 127 km, Sarayevodan 212 km, Banya Lukadan 167 km və Splitdən 96 km məsafədədir. == Tarixi == Livno ilk dəfə 28 sentyabr 892-ci il tarixli Xorvatiya knyazı Muntsimirə məxsus sənəddə qeyd edilmişdir. Daha sonra, 949-cu ildə, Konstantin Baqryanorodnının "De administrando imperio" traktatında adı çəkilmışdır. 1326-cı ildən Livno Bosniya krallığının tərkibində idi ki, onu da 1463-cü ildə osmanlı türkləri fəth etmişdilər. 400 ildən çox davam edən Osmanlı hakimiyyəti dövründə şəhərdə bir çox şərq memarlığı abidələri inşa edildi. 1878-ci ildə Berlin konqresinin qərarı ilə Livno, bütün Bosniya və Herseqovina kimi, Avstriya-Macarıstan tərəfindən işğal edildi. 1918-ci ildə imperiyanın süqutundan sonra şəhər Serblər, Xorvatlar və Slovenlər Krallığının bir hissəsi oldu, hansı ki 1929-cu ildə Yuqoslaviya Krallığı adlandırıldı və 9 banovinə bölündü.
Slint
Slint Brian McMahan(gitara və vokal) David Pajo(gitara) Britt Walford(baraban və vokal) Todd Brashear(Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Osisanq Şilton
Osisanq Şilton (23 fevral 1996) — Palaulu üzgüçü. Osisanq Şilton Palaunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Osisanq Şilton birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:46.60 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Piter Şilton
Piter Lesli Şilton (18 sentyabr 1949, Lester; ing. Peter Leslie Shilton) - məşhur ingilis futbol qapıçı.
Slitıy adası
Slitıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 şərqdə Lineynıy adası yerləşir. == Təsviri == Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 2,4 km, eni 750 m təşkil edir. Maksimal hündürlük 2 metrdir. Qərbində geodeziya məntəqəsi vardır.
Tenor-altino
Tenor altino, tenorino — tenorun ultra yüksək çeşididir. Diapazonu: — mi2, f2-ə qədər. Səs zərifliyi və gurultulu üst notlar ilə fərqlənir. Kiçik oktavanın aşağı yarısının notları kar və ifadəsizdir. Altino adətən daha yüksək kontrtenorla qarışdırılır, baxmayaraq ki, onlar həm səs xarakterinə, həm də anatomiyaya görə fərqlənirlər. Birincisi kifayət qədər maskulin tembrə malikdir və yuxarı notlar alındıqda səs bağları tamamilə sıxılır, ikincisi isə androqin səsə malikdir və yuxarı notlar falsetlə götürülür. Tenorino nadir səsdir, ona görə də onun repertuarı nisbətən kiçikdir. Belə səsə malik müğənnilərə operadan daha çox xorlarda və ya kamera teatrlarında rast gəlinir. == Qalereya == == Tenor-altinonun klassik opera partiyaları == N. A. Rimski-Korsakovun "Qızıl xoruz" operasından ulduz seyrçisi D. D. Şostakoviçin "Burun" operasından məhəllə nəzarətçisi A. Salyerinin "Tarar" operasından Kalpiqi M. Ravelin "Uşaq və sehr" operasından balaca qoca (Arifmetika müəllimi) == Həmçinin bax == Rodriqo Del Pozo Klaus Florian Foqt == İstinadlar == == Xarici keçidlər == Кто такой ТЕНОР-АЛЬТИНО? Какие бывают ТЕНОРА?
Katsuyoşi Şinto
Katsuyoşi Şinto (d. 15 sentyabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Lino Ventura
Lino Ventura (it. Lino Ventura, 14 iyul 1919–22 oktyabr 1987) — fransız aktyoru, mənşəcə italyan. Fransız filmlərində çəkilərək məşhur olmuşdur. == Həyatı == Lino Ventura İtaliyanın Şimali Parma şəhərində, Covanni Ventura və Luiza Borininin ailəsində anadan olmuşdur. Səkkiz yaşında ikən təhsilini yarımçıq qoymuş və çlışdığı peşələri dəfələrlə dəyişmışdir. İlk olaraq karyerasında boks və güləşlə məşğul olurdu. 1950-ci ildə Lino yunan-Roma güləşi üzrə Avropa çempionu olur, lakin Henry Cohen (həm də aktyor) ilə mübarizə zamanı onun sağ ayağı ciddi zədə alaraq idman karyerasını dayandırmaq məcburiyyətində qaldı. 1953-cü il Jak Bekkerin "Qənimətimə toxunmayın" qanqster filmidə çəkildikdən sonra, kino aləminə daxil oldu. Həmin andan da onun aktyorluq karyerası başladı. Qanqster filmlərinin çoxunda onun tərəf müqabili dostu, məşhur fransız aktyorları Jan Qaben və Alen Delon olmuşdur.
Finau Lino Ohuafi